30 İyun 2026 08:50
136
Elm və texnika
A- A+
Anomal istilər Avropanı sınağa çəkir

Anomal istilər Avropanı sınağa çəkir


Son vaxtlar dünyanın müxtəlif bölgələrində rekord istilər, quraqlıqlar, meşə yanğınları və digər ekstremal hava hadisələri müşahidə olunur. Mütəxəssislər xəbərdarlıq edirlər ki, Sakit okeanda formalaşan El-Ninyo iqlim fenomeni rekord gücə çata və onsuz da qlobal istiləşmənin təsiri altında olan planetdə hava şəraitini daha da ağırlaşdıra bilər. 

Qarşıdakı dövrdə təbii fəlakətlərin daha tez-tez baş verməsi ehtimalı olduqca yüksəkdir. Bu proseslər təkcə təbiətə deyil, insanların sağlamlığına, iqtisadiyyata, kənd təsərrüfatına və gündəlik həyata da ciddi təsir göstərir. ABŞ-nin Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin məlumatına görə, hazırda müşahidə olunan El-Ninyonun tarixdə qeydə alınmış ən güclü hadisələrdən birinə çevrilməsi ehtimalı 63 faizdir. Bu proses 1997-ci ildə qeydə alınmış rekordu yeniləyə bilər. Qeyd edək ki, qlobal istiləşmənin təsirlərini daha da gücləndirən El-Ninyo ekvator yaxınlığında - Sakit okeanın mərkəzi və şərq hissələrində səth sularının anomal istiləşməsi nəticəsində yaranan təbii iqlim hadisəsidir. Bu istiləşmə okean və atmosfer dövriyyəsini dəyişdirərək dünyanın müxtəlif bölgələrində hava şəraitinə ciddi təsir göstərir.

Artıq Avropada müşahidə olunan hadisələr bu proqnozların nə qədər ciddi olduğunu göstərir. Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, Avropa dünyada ən sürətlə istiləşən qitədir və qlobal orta göstəricidən təxminən iki dəfə artıq istiləşir. Onun sözlərinə görə, hazırda təxminən 150 milyon insan həddindən artıq isti hava şəraitində yaşayır. İstilik dalğaları nəticəsində yüzlərlə insan həyatını itirib, məktəblər bağlanıb, elektrik şəbəkələri böyük yüklənmə ilə üzləşib.

Qebreyesus qeyd edib ki, insanlar bəzən yüksək temperaturun orqanizm üçün yaratdığı təhlükəni lazımi qədər qiymətləndirmirlər. Avropadakı yaşayış binaları, məktəblər və iş yerlərinin əksəriyyəti belə yüksək temperaturlara uyğun layihələndirilmədiyindən insanlar risk altında qalırlar. Təkcə iyunun 21-dən etibarən qitədə yüksək temperaturla əlaqəli əlavə 1300 ölüm hadisəsinin qeydə alındığı bildirilir.

Fransa isti hava dalğasının ən ağır təsirinə məruz qalan ölkələrdəndir. Temperaturun pik həddə çatdığı günlər ölkədə gündəlik ölüm sayı kəskin artıb. Əgər aprel və may aylarında gündəlik orta ölüm sayı 900-1000 nəfər arasında dəyişirdisə, isti hava dalğası zamanı bu göstərici 1400-ü keçib. Təkcə 3 gün ərzində ən azı əlavə 1000 ölüm hadisəsinin baş verdiyi açıqlanıb. Ölənlərin təxminən 85 faizi 65 yaşdan yuxarı şəxslər olub. Anomal istilər səbəbindən Parisdə xəstəxanalar fövqəladə hallarda tətbiq olunan "təcili yardım planı"nı aktivləşdiriblər. Bu plan çərçivəsində məzuniyyətdə olan tibb işçiləri yenidən işə çağırılıb, xəstəxanalarda çarpayı sayı artırılıb, təcili olmayan əməliyyatlar isə təxirə salınıb. Paris və ətraf ərazilər daxil olmaqla onlarla bölgədə qırmızı və narıncı təhlükə səviyyəsi elan olunub.

İspaniyada da vəziyyət narahatedicidir. May ayında yüksək temperatur səbəbindən ölənlərin sayı ölkə tarixində rekord həddə çatıb. Rəsmi məlumatlara əsasən, anomal istilər nəticəsində həyatını itirənlərin sayı artıq 100 nəfəri ötüb. Xüsusilə ölkənin şimal bölgələrində temperatur normadan 10-15 dərəcə yüksək qeydə alınıb.

Polşada da iyun ayında temperatur rekordu yenilənib. Almaniya ilə sərhəddə yerləşən Slubits şəhərində temperatur 38,9 dərəcəyə yüksəlib ki, bu da ölkədə iyun ayı üçün indiyədək qeydə alınmış ən yüksək göstəricidir. Meteoroloqlar yaxın günlərdə temperaturun 42 dərəcəyə çata biləcəyini bildirirlər.

Almaniyada isə rekord istilər meşə yanğınlarına səbəb olub. Şərq və cənub-qərb bölgələrində başlayan yanğınların söndürülməsi İkinci Dünya müharibəsindən qalmış partlamamış sursatların mövcudluğu səbəbindən daha da çətinləşib. Təxminən 650 nəfər təhlükəsizlik məqsədilə təxliyə olunub. Berlində əhalinin sərinləməsi üçün Brandenburq darvazası yaxınlığında iri su topları quraşdırılıb. Eyni zamanda isti hava nəticəsində təcili tibbi yardım çağırışlarının sayı yüzlərlə artıb. Yüksək temperatur nəqliyyat və digər infrastruktura da zərər vurub. Magistral yollarda beton örtüklər çatlayıb, dəmir yolu relsləri deformasiya olub.

Böyük Britaniyada yüksək temperatur fərqli təhlükə yaradıb. Son bir həftə ərzində 7 nəfər boğularaq həyatını itirib. İnsanlar isti havadan qorunmaq üçün su hövzələrinə üz tutsalar da, suyun temperaturu hələ də aşağı olduğundan orqanizmdə temperatur şoku yaranıb. Bu isə damar spazmı və əzələ qıcolmaları ilə nəticələnərək insanların suda nəzarəti itirməsinə səbəb olub.

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən ekoloq Cəmşid Bəxtiyar bildirib ki, dünyada müşahidə olunan anomal istilərin əsas səbəbi insan fəaliyyəti nəticəsində baş verən qlobal iqlim dəyişiklikləridir. Onun sözlərinə görə, atmosferdə karbon qazı, metan və digər istixana qazlarının sürətlə artması Yer səthinin orta temperaturunu yüksəldir və bu proses ekstremal hava hadisələrinin sayını artırır. "İstilərin rekord həddə çatmasının digər mühüm səbəbi uzun müddət davam edən yüksək təzyiq sistemləridir. Bu hadisə elmi ədəbiyyatda "heat dome", yəni "istilik qübbəsi" adlanır. Belə vəziyyətdə isti hava müəyyən ərazilər üzərində günlərlə, bəzən isə həftələrlə qalaraq temperaturun daha da yüksəlməsinə səbəb olur. Quraqlıq da prosesi sürətləndirən amillərdəndir. Torpaqda rütubət azaldıqca buxarlanma zəifləyir və Günəşdən gələn enerjinin daha böyük hissəsi havanı qızdırmağa sərf olunur. Şəhərlərdə beton və asfalt örtüklərinin çoxluğu isə "isti ada effekti" yaradaraq temperaturun ətraf ərazilərlə müqayisədə daha yüksək olmasına səbəb olur. Hazırda Avropada yaşanan rekord istilərin əsas səbəbi məhz qlobal istiləşmə fonunda yaranan uzunmüddətli istilik qübbəsidir", - deyə ekoloq qeyd edib.

Cəmşid Bəxtiyarın fikrincə, Avropadakı isti hava kütlələrinin eyni formada Azərbaycana keçəcəyini söyləmək düzgün olmaz: "Lakin həmin istilərə səbəb olan genişmiqyaslı atmosfer prosesləri Qafqaz regionuna da təsir göstərə bilər. Yay aylarında Azərbaycanda da normadan yüksək temperatur dalğalarının baş verməsi ehtimalı var. Xüsusilə Aran rayonlarında havanın temperaturu bəzi günlərdə 40 dərəcə və daha yüksək ola bilər. Bununla yanaşı, yağıntıların azalması və quraqlığın güclənməsi riski də artır. Son günlər intensiv yağıntılar insanlarda narahatlıq yaratsa da, uzunmüddətli perspektivdə su ehtiyatlarının qorunması baxımından bu cür yağışlar, əslində, müsbət qiymətləndirilməlidir".


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti bahalaşıb

10:00
30 İyun

Dünya çempionatında növbəti sensasiya: Mərakeş millisi Niderlandı mundialdan kənarlaşdırıb

09:53
30 İyun

Vitkoff İranla danışıqlar üçün Qətərə yollanıb

09:52
30 İyun

Dünya çempionatı: Paraqvay Almaniya millisini məğlub edərək 1/8 finala yüksəlib

09:43
30 İyun

Venesuelada zəlzələ qurbanlarının sayı 1700-ü ötüb

09:42
30 İyun

Peru mətbuatında Azərbaycanla diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş məqalə yayımlanıb

09:41
30 İyun

Anomal istilər Avropanı sınağa çəkir

08:50
30 İyun

4 ayda 4,7 milyard dollarlıq qeyri-neft məhsulları ixrac olunub

08:45
30 İyun

Süni intellekt və rəqəmsal texnologiyalar "orta güc" konsepsiyasının mühüm faktoru kimi

08:40
30 İyun

Fransanın beynəlxalq iflası

08:35
30 İyun

Yaxın Şərqdə sülhün taleyi hələ də aydın deyil

08:30
30 İyun

"AŞPA qərəzli siyasəti ilə özünə zərbə vurur"

08:25
30 İyun

İrəvanda vəzifə manipulyasiyaları

08:20
30 İyun

Bir əsr sonra yenidən Bakıda

08:15
30 İyun

Tərtər: növbəti məqsəd yeni hədəflərə çatmaqdır

08:10
30 İyun

"İntensiv bağçılıq xüsusilə meyvə yetişdirilən bölgələrdə əsas prioritet olmalıdır"

08:05
30 İyun

“AZƏRBAYCAN”ın Qarabağ səfəri

08:00
30 İyun

"Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:44
30 İyun

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:43
30 İyun

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 19 iyun tarixli 425-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:43
30 İyun

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

02:41
30 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!