16 İyul 2025 08:30
758
SİYASƏT
A- A+
Yaxın Şərqdə Azərbaycanın artan rolu: Bakıdan Dəməşqə strateji mesaj

Yaxın Şərqdə Azərbaycanın artan rolu: Bakıdan Dəməşqə strateji mesaj


"Azərbaycanın Suriya ilə təmasları, xüsusilə də Suriyada hakimiyyət dəyişikliyindən sonra bu ölkənin ərazi bütövlüyünə və suverenliyinə açıq dəstək verməsi rəsmi Bakının beynəlxalq hüquq və regional sabitlik prinsiplərinə sadiqliyini göstərir".

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova söyləyib.

Onun sölərinə görə, Türkiyə ilə birgə regional təşəbbüs Azərbaycanın Suriyanın münaqişədən sonrakı dövrdə bərpası və inkişafı prosesinə dəstək göstərməyə hazır olduğunu, Ankara-Bakı ittifaqının yalnız hərbi və siyasi deyil, həm də humanitar, iqtisadi sahələrdə regional gücə çevrildiyini nümayiş etdirir. Eyni zamanda "Bir millət, iki dövlət" fəlsəfəsinin üçüncü ölkələrə fayda verə biləcək real regional layihələrə çevrildiyini sübut edir. Azərbaycan isə bu addımı ilə həm müsəlman dünyasında nüfuzunu daha da artırır, həm də "yumşaq güc" vasitəsilə yeni tərəfdaşlıq imkanları yaradır. Görüşün Antalyada, yəni neytral və diplomatik baxımdan əlverişli bir məkanda baş tutması isə simvolik xarakter daşıyır: bu, "sıfır problem" prinsipinin yenidən canlandırılması üçün bir fürsət kimi görünə bilər.

S.Mikayılova əlavə edib ki, Azərbaycanın bu diplomatik addımı sadəcə ikitərəfli əlaqə deyil, həm də regional sabitlik və əməkdaşlıq modelinə yönəlmiş strateji yanaşmadır: "Bu, Azərbaycanın daha da artan diplomatik çevikliyini və postmünaqişə dövründə regional təşəbbüslərdə lider rolunu nümayiş etdirən bir nümunədir. Bir müddət əvvəl Prezident İlham Əliyevin tapşırığı ilə Baş nazirin müavini Samir Şərifov və Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin Suriyaya səfəri Azərbaycanın Yaxın Şərq regionuna olan marağının və oradakı fəallığının konkret təzahürüdür. Bu səfər ilk növbədə Azərbaycan-Suriya münasibətlərinin inkişafı və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Yaxın Şərqlə enerji təhlükəsizliyi, humanitar yardım, bərpa və yenidənqurma işləri sahələrində əməkdaşlıq imkanları mövcuddur. Suriya ilə bu kontekstdə aparılan dialoq və əməkdaşlıq planları Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirir. Bu cür böyük, qətiyyətli addımlarla Azərbaycan təkcə Cənubi Qafqaz regionunda deyil, həmçinin Avropa, Mərkəzi Asiya və Yaxın Şərqdə etibarlı, proqnozlaşdırıla bilən tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin balanslaşdırılmış, prinsipial və çoxşaxəli xarici siyasət xətti nəticəsində ölkəmiz beynəlxalq münasibətlər sistemində aktiv ölkəyə çevrilib".

Deputat bildirib ki, Azərbaycan 2020-ci ildə ərazi bütövlüyünü bərpa etdikdən sonra xarici siyasətində yeni mərhələyə qədəm qoyub:

"Ölkə artıq yalnız regional deyil, qlobal aktor statusu qazanmağa doğru irəliləyir. Bu isə daha çox istiqamətdə, daha geniş coğrafiyada və daha dərin əməkdaşlığın qurulması deməkdir. Prezident İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu Azərbaycanın yeni tərəfdaşlar qazanmasında və mövcud əməkdaşlıq formatlarının dərinləşdirilməsində mühüm rol oynayır. Dövlət başçısının liderliyi ilə həyata keçirilən siyasət sayəsində Azərbaycan həm geosiyasi əhəmiyyətini artırır, həm də regional təşəbbüslərin önündə gedən ölkəyə çevrilir. Beləliklə, Azərbaycan yalnız enerji ixracatçısı kimi deyil, həm də sülh, bərpa və inkişaf sahəsində qlobal əməkdaşlığa töhfə verən aktor kimi tanınır. Bu, eyni zamanda Azərbaycanın müstəqil, balanslı və çoxşaxəli xarici siyasətinin uğurlu nəticəsidir", - deyə o əlavə edib

S.Mikayılova qeyd edib ki, Azərbaycanın Yaxın Şərqdəki fəallığı bir neçə aspektdə özünü göstərir, o cümlədən siyasi və iqtisadi: "Ölkəmiz Suriya-İsrail və Türkiyə-İsrail münasibətlərində gərginliyin azaldılması, dialoqun təşviqi və etimadın qurulması üçün "sakit diplomatiya" prinsipinə əsaslanaraq mühüm vasitəçi rolunu oynayıb. Bu çərçivədə "qaynar xətt mexanizmi" kimi praktiki diplomatik alətlərin yaradılmasında Azərbaycanın təşəbbüskar və çevik davranması onun yalnız enerji ixracatçısı deyil, həm də regional sabitlik və dialoq üçün konstruktiv tərəfdaş olduğunu göstərir. Bu yanaşma Prezident İlham Əliyevin xarici siyasətinin əsas prinsiplərindən biri olan tərəfdaşlar arasında balansın qorunması və ziddiyyətlərin yumşaldılmasına töhfə vermək xəttinə tam uyğundur. Bundan başqa, Azərbaycan hazırda "Cənub qaz dəhlizi" vasitəsilə Avropaya qaz ixrac edir və lakin dünyada qaz bazarındakı rəqabətin artması təchizat marşrutlarının diversifikasiyasını zəruri edir. Bu baxımdan Azərbaycan qazının yeni regionlara, xüsusilə Yaxın Şərqə çıxarılması həm bazar risklərinin azaldılması, həm də gəlirlərin sabitliyi baxımından strateji əhəmiyyət daşıyır. Suriya hələ tam sabitlik əldə etməsə də, artıq bərpa və yenidənqurma mərhələsinə daxil olur ki, bu da enerji tələbatının artması deməkdir. Azərbaycan qazının Suriya və digər Yaxın Şərq ölkələrinə çatdırılması məsələsində Türkiyə mühüm tranzit ölkə kimi çıxış edir. Hazırda TANAP və digər qaz infrastrukturları bu regionda Azərbaycan qazının nəqli üçün baza rolunu oynaya bilər. Azərbaycanın Suriya bazarına qaz ixracı isə təkcə iqtisadi layihə deyil, eyni zamanda siyasi-strateji bir addımdır. Bu, Azərbaycanın Yaxın Şərqdəki nüfuzunu gücləndirir və Suriya ilə münasibətlərin dərinləşməsi üçün real əməkdaşlıq platforması yaradır. Bu təşəbbüslə Azərbaycan Suriya ilə münasibətləri yalnız diplomatik müstəvidə deyil, həm də praktiki iqtisadi əməkdaşlıq səviyyəsində möhkəmləndirir".

Azərbaycanın işğaldan azad olunmuş ərazilərdəki nümunəvi bərpa və yenidənqurma işləri apardığını deyən deputat bu təcrübənin Suriya üçün də mühüm əhəmiyyətə malik olduğunu bildirib.

"Bu sahədə əldə olunmuş təcrübə bir neçə aspektdən nadir hesab edilə bilər. Bu təcrübə illərlə davam etmiş müharibə nəticəsində dağıdılmış Suriya üçün həm dəyərli, həm də öyrənilə bilən bir model ola bilər. Azərbaycanın bu prosesdəki rolu yalnız texniki yardım göstərmək deyil, eyni zamanda sürətli və planlı icra mexanizmlərini bölüşməkdən ibarət ola bilər. Tarixə nəzər saldıqda görürük ki, Azərbaycan və Suriya arasında dostluğa və əməkdaşlığa əsaslanan münasibətlər mövcud olub. Həm mədəni, həm dini, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq potensialı yüksək qiymətləndirilib. Lakin Əsəd rejiminin xarici siyasətdə tərəfli mövqe tutması balanslı xarici siyasət yürüdən ölkələrlə münasibətlərin inkişafına mane olub. Bu səbəbdən real əməkdaşlıq imkanlarının mövcudluğuna baxmayaraq, Azərbaycanla əlaqələr uzun müddət formal və məhdud çərçivədə qalıb. Hazırda isə regionda və qlobal geosiyasi müstəvidə yaranan yeni vəziyyət, eləcə də Azərbaycanın artan beynəlxalq nüfuzu bu münasibətlərin yenidən qiymətləndirilməsi üçün real fürsət yaradır", - deyə deputat əlavə edib.

Deputat qeyd edib ki, nəticədə Azərbaycanın postmüharibə təcrübəsi ilə Suriya kimi müharibədən çıxmış bir ölkəyə töhfə verməsi strateji əməkdaşlıq nöqtəsidir. Azərbaycan bu prosesdə yalnız donor və ya yardım edən tərəf deyil, həm də uğurlu model təqdim edən bir aktor kimi rol oynayır. Bu isə Prezident İlham Əliyevin xarici siyasətinin əsas xüsusiyyətlərindən biri olan praktik əməkdaşlıq və balanslı diplomatiya prinsiplərinə tam uyğundur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!