05 Dekabr 2023 10:20
482
İQTİSADİYYAT
A- A+
Yatağın dəyişən təkcə adı olmadı

Yatağın dəyişən təkcə adı olmadı

 

"Dostluq"  Azərbaycanla Türkmənistanın dostluğunu daha da möhkəmləndirir

 

Xəzər dənizindəki "Dostluq"  yatağını  Azərbaycanla Türkmənistan birgə işləyəcəklər. 
Bu yatağın  karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında anlaşma memorandumu iki ölkənin hökumətləri arasında 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində olub. Həmin  il fevralın 25-də Prezident İlham Əliyev  anlaşma memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Azərbaycan və Türkmənistan arasında "Dostluq" yatağı üzrə Birgə İşçi Qrupu fəaliyyət göstərir və vaxtaşırı   iclaslarını keçirir. Keçən ay isə iqtisadiyyat naziri Mikayıl Cabbarovun Türkmənistana işgüzar səfəri çərçivəsində  keçirilən   görüşlər zamanı ölkələrimizin energetika sahəsində tərəfdaşlığının gündəliyində olan əsas məsələlər müzakirə olunub. Tərəflər enerji mübadiləsi üzrə əməkdaşlığın mövcud vəziyyəti,  o cümlədən "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı barədə fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, bu yataq əvvəllər uzun müddət Azərbaycanda "Kəpəz", Türkmənistanda isə "Sərdar" adlandırılıb. Zəngin neft-qaz ehtiyatları vəd edən yataq iki dövlətin dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün ona "Promejutoçnoye", yəni "Aralıq" deyiblər. Bu karbohidrogen mənbəyi  hələ  sovet  dönəmində Azərbaycan neftçiləri tərəfindən dənizin 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. Lakin "Aralıq" olduğu səbəbindən   uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar gedib. 1998-ci ildə Xəzər dənizinin orta xətti koordinatları üzrə Azərbaycanla Türkmənistan arasında danışıqlar aparılması  fikir ayrılıqlarına son qoyub və iki dost ölkə arasında bütün məsələlərin qarşılıqlı maraqlar əsasında həlli üçün etibarlı zəmin yaradıb. Yeri gəlmişkən: Xəzər dənizində geoloji kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə bağlıdır.
Ümumiyyətlə, son illərin ən mühüm hadisələrindən biri Xəzər dənizinin hüquqi stasusu barədə konvensiyanın imzalanmasıdır. 2018-ci il avqustun 12-də beş sahilyanı dövlətin rəhbərlərinin bu sənədə imza atması çoxtərəfli birgə işin uğurlu nəticəsi idi. Bu gün həmin konvensiya Xəzərdə təhlükəsizliyə və sabitliyə çox kömək edir. Yəni Xəzəryanı ölkələrin sıx qarşılıqlı iqtisadi fəaliyyəti, burada yaşayan xalqların həyat səviyyəsinin getdikcə daha da yüksəlməsi üçün geniş perspektivlər açılır.
Azərbaycan öz Prezidentinin rəhbərliyi ilə konvensiyanın hazırlanmasının bütün mərhələlərində konstruktiv işləmiş, digər Xəzəryanı ölkələrlə yanaşı, onun imzalanmasına töhfəsini vermişdir. Hələ 2010-cu ildə Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilmiş III Zirvə toplantısı bölgədə əməkdaşlığın möhkəmləndirilməsi işinə mühüm dəstək olmuşdur.     
Sözügedən konvensiya Xəzərdə həmçinin enerji sahəsində əməkdaşlığın yeni mərhələsinin başlanğıcını qoydu. 2019-cu ildə Türkmənbaşı şəhərində keçirilmiş birinci Xəzər İqtisadi Forumunun gedişində Azərbaycan və Türkmənistan arasında məzmunlu və faydalı danışıqlar aparıldı, bir sıra mühüm razılaşmalar əldə edildi. Ümumiyyətlə, son illər ərzində  ölkələrimiz arasında münasibətlər müsbət dinamika ilə inkişaf edir. Ali səviyyədə qarşılıqlı səfərlərin xronologiyası da bunu təsdiqləyir. 
"Dostluq" yatağının işlənməsi barədə ümumu qərar da bu münasibətlərdən qaynaqlanır. Mütəxəssislər yataqda təqribən 50 milyon tondan çox çıxarıla bilən neft  və 30 milyard kubmetrdən çox təbii qaz ehtiyatının olduğunu proqnozlaşdırırlar.
Azərbaycan və Türkmənistan tərəflərinin bu yatağı "Dostluq" adlandırmaq barədə ümumi qərarı da dərin rəmzi məna daşıyır. Çünki anlaşma memorandumunun imzalanması iki ölkənin energetika sahəsində prinsipcə yeni mərhələnin, möhkəm beynəlxalq hüquqi bazaya əsaslanan birgə işin başlanğıcını qoydu ki, bunlar da regiona sistemli və uzunmüddətli əsasda iri xarici investisiyalar axını üçün əlavə ciddi stimullar yaradır. Həm Azərbaycanın, həm də Türkmənistanın milli iqtisadiyyatının dinamik inkişafına, yeni iş yerlərinin yaradılmasına, insanların həyat səviyyəsinin yüksəldilməsinə yeni təkan verilir.
Anlaşma memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistanın  ovaxtkı  Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında keçirililən  görüşdə dövlətimizin başçısı Azərbaycanın və Türkmənistanın ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlandığını vurğulayaraq belə demişdir: "Bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək... Bugünkü imzalama Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu layihə ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq".
Türkmənistan  tərəfi də enerji sahəsindəki əməkdaşlığı yüksək dəyərləndirmişdi: "Bu gün Türkmənistan ilə Azərbaycan Respublikası arasında münasibətlər ardıcıl və dinamik inkişaf edir. Biz beynəlxalq arenada ümumi sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinin tərəfdarları kimi uğurla əməkdaşlıq edirik. Bizim ölkələr qlobal gündəliyin prinsipial əhəmiyyətli mövzusu olan enerji təhlükəsizliyi, beynəlxalq enerji axınlarının konfiqurasiyası barədə təsəvvürlər və bütövlükdə dünya energetikasının arxitekturası haqqında eyni fikirdədirlər".
Hər iki ölkənin həyatında əlamətdar olan bu tarixi hadisə, qeyd edildiyi kimi, dostluğun və əməkdaşlığın daha da möhkəmləndirilməsinə istiqamətləndirdi. Başqa sözlə, imzalanan sənəd strateji istiqamətdə - enerji sahəsində Azərbaycan-Türkmənistan  tərəfdaşlığının getdikcə genişlənməsinə xidmət edir ki, bunun üçün də zəruri olan bütün şərtlər mövcuddur. Yəni həm siyasi iradə, həm yüksəksəviyyəli texniki və texnoloji təchizat, peşəkar kadrlar və neft-qaz sahəsində zəngin iş təcrübəsi var. Xəzərdə birgə uğurlu fəaliyyətin əsas rəhni isə Azərbaycan və türkmən xalqlarının çoxəsrlik möhkəm qardaşlıq telləridir.
Elə keçən ay Aşqabadda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkmənistandakı nümayəndəliyinin açılması da bunu təsdiqləyir.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub  

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib  

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

“Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş tədbir keçirilib  

16:26
19 Dekabr

Ceyhun Əliyev: Ölkə ərazisində 600-ə qədər orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı mövcuddur  

16:24
19 Dekabr

Arayik Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir  

16:07
19 Dekabr

Vətəndaşların daha çox müraciət etdikləri xəstəxanaların adları açıqlanıb  

16:02
19 Dekabr

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!