24 Yanvar 2024 09:20
1768
İQTİSADİYYAT
A- A+
Yaşıl vətən

Yaşıl vətən

 

Ətraf mühit, elmi dildə desək, insanları əhatə edən, onlarla qarşılıqlı əlaqədə olan günəş şüaları, su, torpaq, hava və canlılar, antropogen maddə, əşyalar və qurğulardır. Biz özümüz də  ətraf mühitin ayrılmaz və  çox güclü təsirə malik olan hissəsiyik. 
Alimlər ətraf mühiti təbii və süni mühit olaraq iki hissəyə ayırıblar. İnsanların həmişə asılı olduqları mühit təbiidir. Süni mühit isə cəmiyyətin inkişafı ilə əlaqədər insanların fəaliyyəti nəticəsində yaradılıb. Müasir elmin köməyi ilə yaradılmış yeni çoxsaylı bitki və heyvan növləri, süni dəryalar, göllər, qoruqlar və s. bu mühitin obyektləridir. 
Təəssüf ki, keçən əsrin ortalarından ekoloji böhran özünü büruzə verməyə başlayıb. Hətta o dərəcədə ki, SOS siqnalı verilib və 1972-ci ildə BMT Baş Məclisinin İsveçin paytaxtı Stokholmda keçirilən iclasında  hər il iyunun 5-nin Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunması qərara alınıb. 
Dünya Ətraf  Mühitin Mühafizəsi Gününün hər il geniş tədbirlərlə qeyd edildiyi Azərbaycanda da ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli diqqət mərkəzindədir. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində də mühüm işlər görülür. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar, həmçinin Azərbaycanda hidrometeorologiyanın inkişafına dair dövlət proqramı qəbul edilərək icra olunur. Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də ətraf mühitin qorunmasında üstün çəkiyə malikdir. 
Təsadüfi deyil ki, 2010-cu il Azərbaycanda "Ekologiya ili" elan olunmuşdu. "Ekologiya ili" çərçivəsində ölkəmizdə milyonlarla ağac əkildi, yeni yaşıl zolaqlar salındı, meşələrin qırılmasına qarşı mübarizə gücləndirildi və digər ekoloji tədbirlər  reallaşdırıldı. Təbii ki, bütün bunlar nəticəsiz qalmadı. Ümumiyyətlə, son illər Azərbaycanda həyata keçirilən ekoloji tədbirlər sosial-iqtisadi islahatların tərkib hissəsi kimi qəbul olunur. 
Ekoloji tarazlığın mühafizəsində qarşıda duran vəzifələrdən biri də gələcək illərdə iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklərin  azaldılmasıdır. Mütəxəssislərin  fikri belədir ki, bu məqsədlə ölkədə yaşıllıqların payı artırılmalı, iqtisadi artımla ekoloji mühit  arasındakı tarazlıq qorunmalı, yararsız torpaq sahələri dövriyyəyə cəlb edilməklə mövcud resurslarımız bərpa edilməlidir. Eləcə də ölkənin keyfiyyətli suya tələbatı su resurslarından səmərəli istifadə etməklə ödənilməlidir. Söz düşmüşkən xatırladaq ki, 2022-ci ildə suyun təbii resurs olmasını insanlara çatdırmaq üçün  Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Azərsu" ASC, Meliorasiya və Su Təsərrüfatı Nazirliyi, IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Bir damcı" adlanan layihə hazırlanmışdır. Layihənin "Bir damcı öyrənək" və "Bir damcı dəyər verək" adlanan mərhələlərinin əsas məqsədi su mənbələrinin dəyərinin bilinməsi, sudan istifadə ilə bağlı vərdişlərin aşılanması və bunların sayəsində vətəndaşlara davamlı olaraq su ilə təminatda fayda verməyin vacibliyini vurğulamaqdır. 
Yaşadıgımız dünya, bizi əhatə edən aləm son dərəcə gözəl, zəngin və rəngarəngdir. Bu dünya, bu mühit, bu aləm təbiət  adlanır. Əslində, biz özümüz də təbiətin bir zərrəsi, onun tərkib hissəsiyik. Təbiət hamımızın anasıdır. Təəssüf ki, meşələrin qırılması və ətraf mühitin çirklənməsi bitki aləminə zərbələr vurur, nəticə etibarilə insanların saglamlığına  təhlükə yaradır. Bu səbəblərə görə təbiətin qorunması bizim planetin ən vacib məsələlərindən biridir. Təbiət bizi yedizdirir, içizdirir, geyindirir və müalicə edir. Təbiəti  sevmək, qorumaq hər bir vətəndaşın borcudur. Bu baxımdan ətraf mühitin mühafizəsində  meşələrin qorunması və bərpası əsas vəzifədir. Müasir dövrümüzdə  innovasiyalar insan həyatında nə qədər müsbət rol oynasa da, bir o qədər də təbii resurslara əks təsir edir. Müharibələrdə istifadə olunan müasir silahların öldürücü fəsadları insanlardan sonra meşələrdə özünü göstərir, əks olunur. Ona görə də meşə örtüyünü qorumaq, meşə sahələrinin azalmasının qarşısının alınması mütləqdir. 
Azərbaycanda bu sahədə də görülən işlər təqdirəlayiqdir. 20 il öncə ölkənin meşə ehtiyatları, adambaşına düşən meşə sahəsi və oduncağın həcminə görə göstəriciləri aşağı səviyyədə idi. Meşələrin təbii və süni bərpası da qənaətbəxş deyildi. Amma təxirəsalınmaz tədbirlər nəticəsində  ötən iki onillikdə 204 min 692,5 hektar ərazidə ümumi meşə bərpa tədbirləri aparıldı, 103 milyondan çox  ağac əkildi. 
Təbii meşələrdən başqa, milli parklar və qoruqlar da əvəzsiz sərvətimizdir. Milli parklarımız bənzərsiz  təbii mənzərəsi, fərqli iqlimi, təmiz  havası  və suyu ilə seçilir. Bu gün Azərbaycanda ümumi sahəsi 892 min 855,6 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri var. Ümumiyyətlə, hazırda ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,31 faizini təşkil edir. 
Gəlin təbiətimizi, o cümlədən yaşıllığı qoruyaq. Həm də təkcə qorumayaq, ərazisini genişləndirməkdə dövlətə kömək edək, arxa olaq, əlindən tutaq və unutmayaq ki, vətənin hər qarış torpağını yaşıllaşdırmaq müqəddəs borcumuzdur.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!