26 May 2023 09:40
535
İQTİSADİYYAT
A- A+
"Yaşıl iqtisadiyyat" qlobal inkişafa xidmət edir

"Yaşıl iqtisadiyyat" qlobal inkişafa xidmət edir

 

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev mayın 23-də ATƏT-in Parlament Assambleyasının sədri xanım Marqareta Sederfelti qəbul edərkən beynəlxalq münasibətlərin Qafqaz üçün əhəmiyyətli məqamlarına toxunmuş, Milli Məclisin və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransın əhəmiyyətini vurğulamış, nümayəndə heyətinin işğaldan azad edilmiş torpaqlarımıza səfərinin, orada aparılan işlərlə yerində tanış olmalarının önəmini diqqətə çatdırmışdır.
Biz bu görüşü təsadüfən xatırlatmadıq. Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan quruculuq işləri, yeniliklərin və innovasiyaların tətbiqi sülh nəzərriyyəsinin inkişafı baxımından bütün dünya üçün son dərəcə əhəmiyyətlidir. 
44 günlük Vətən müharibəsində düşmən üzərində zəfər çalan Azərbaycan Ermənistanın sülhə sarı ətalətlə və pis aktyor qiyafəsində komik ləngərləməsinə rəğmən, sülh müqaviləsinin imzalanması üçün fəal təşəbbüslər göstərir, böyük çətinliklərin və ciddi təsirlərin bahasına Ermənistanı sülhə sövq edir. Azərbaycan Prezidenti ATƏT-nin Parlament Assambleyasının sədri xanım Marqareta Sederfelt ilə görüşündə ən vacib məsələlərdən birini də belə incələmişdir ki, Azərbaycan, Gürcüstan və Ermənistanın eyni platformada bir araya gətirilməsi və inteqrasiya olunmuş Cənubi Qafqaz modelinin yaradılması təşəbbüsü məhz ölkəmiz tərəfindən irəli sürülmüşdür. 
Məlumdur ki, bu gün Azərbaycan bütün qüvvəsini iqtisadi islahatların dərinləşməsinə, iqtisadiyyatın güclənməsinə yönəltmişdir. Bu baxımdan xanım Marqareta Sederfeltin Milli Məclisin və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə "Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın xüsusi  əhəmiyyət kəsb etdiyini vurğulaması təsadüfi deyil. Xanım Marqareta Sederfelt bu tədbirdə ATƏT-ə üzv ölkələrin çox sayda parlament nümayəndə heyətlərinin təmsil olunduğunu bildirmiş və gündəlikdə duran vacib məsələlərin müzakirəsi üçün yaxşı imkan yarandığını diqqətə çatdırmışdır. 
ATƏT Parlament Assambleyasının sədrinin və nümayəndə heyətinin Zəngilan rayonuna səfəri, işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri ilə yerində tanış olması isə qonaqlara dünyaya özünü ən "qədim" və ən "müdrik" xalq kimi sırımağa vərdişli olan ermənilərin 30 illik işğal dövründə hansı rəzilliklərə imza atdıqlarını öz gözləri ilə görməyə imkan yaratmışdır. Təzada baxın: qonaqlar eyni zamanda Zəngilan şəhərində həyata keçirilən yenidənqurma işləri, eləcə də "ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndi ilə tanış olmuşlar. Daha sonra Prezidentin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev qonaqlar üçün təqdimat mərasimi keçirmişdir. Ardınca ATƏT rəsmiləri dəmir yolu infrastrukturuna, "Azərişıq" ASC-nin "yaşıl enerji" obyektlərinə baş çəkmişlər. Bu tədbir müharibənin girdablarında sürünən Ermənistanla qüdrətli və sülhsevər Azərbaycan arasında fərqləri görməyə imkan yaratmışdır. 
Məlumat üçün bildirək ki, ATƏT PA-nın nümayəndələrinin iştirakı ilə mayın 22-də Bakıda keçirilən "Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu" mövzusunda konfrans hazırda cəmiyyətlərin üzləşdiyi böyük iqtisadi və ekoloji təhlükəsizlik problemlərinin faydalı həlli üçün yolların müəyyən olunmasına xidmət edirdi. Konfransda "yaşıl iqtisadiyyat"ın qlobal və yerli səviyyədə sosial-iqtisadi tərəqqiyə təsiri mövzusuna toxunulmuş, ekoloji təhlükəsizliyin təmin olunması və ətraf mühitin çirklənməsinin minimuma endirilməsi üçün mütərəqqi üsulların tətbiqinin vacibliyi vurğulanmışdır. Bu tədbir bir daha göstərmişdir ki, Azərbaycan bölgəmiz üçün davamlı, ədalətli və təhlükəsiz gələcəyin təmin edilməsinə çalışır. 

Bahadur İMANQULİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!