13 Noyabr 2024 08:05
320
İQTİSADİYYAT
A- A+
"Yaşıl enerji" sahəsində yaxın və böyük tərəfdaşımız 

"Yaşıl enerji" sahəsində yaxın və böyük tərəfdaşımız 


BƏƏ-nin "Masdar" şirkətinin Azərbaycandakı fəaliyyəti COP29-da da vurğulandı


COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev "Masdar" şirkətinin adını çəkdi. Bu da təsadüfi deyil. Çünki Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bu tanınmış şirkəti "yaşıl enerji" sahəsində ən yaxın tərəfdaşlarımızdandır. 

Bir neçə ay əvvələ qayıdaraq Prezident İlham Əliyevin Şuşada keçirilən Media forumunda dediyi sözləri xatırlayaq: "Biz istəyirik ki, Azərbaycanda keçiriləcək COP29 məhz həmrəylik tədbiri olsun. Ona görə də bu ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etmişik. Biz COP-da "Troyka"nın təsis edilməsinin təşəbbüskarı olduq. Bu, ötən, hazırkı və gələcək sədrlərin - Birləşmiş Ərəb Əmirliklərinin, Azərbaycanın və Braziliyanın "Troykası"dır. Bu, bir mexanizmdir. Buna qədər bu, mövcud deyildi. "Troyka" mexanizmini biz yaratmışıq və əminəm ki, bu mexanizm gələcəkdə də davam edəcək".

 "Troyka"nın COP29-da yüksək səviyyədə təmsil olunması dövlətimizin başçısının bu proqnozunun da doğrulduğunu göstərir. O cümlədən COP28-in ev sahibi olmuş Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan COP29-da iştirak edir. Bütün bunlarla yanaşı, BƏƏ ilə Azərbaycan arasında "yaşıl enerji" sahəsində sıx əməkdaşlıq və tərəfdaşlıq əlaqələri mövcuddur. Belə ki, BƏƏ-nin "Masdar" şirkətinin ölkəmizdə həyata keçirilən bərpaolunan enerji layihələrində önəmli rolu var. Təkcə o faktı qeyd etmək kifayətdir ki, "Masdar" Bakıda Xəzər regionunun və MDB məkanının ən böyük günəş-elektrik stansiyasını tikib.

 Xatırladaq ki, 230 MVt gücündə "Qaradağ" Günəş-Elektrik Stansiyası keçən il oktyabrın 26-da işə salındı. Obyektin təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də Prezident İlham Əliyevin iştirakı ilə keçirilmişdi. Prezident stansiyanın açılışında da iştirak etdi.

 Stansiya 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənayemiqyaslı ilk günəş-elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal olunmaqla 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. Stansiya 110 mindən çox evi elektrik enerjisi ilə təmin edəcək.

Məlum olduğu kimi, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də ölkəmizdə "yaşıl enerji" istehsalının genişləndirilməsi məsələsi də əhəmiyyətli yer alıb. Hədəf ümumi enerji istehsalı gücündə bərpaolunan enerjinin payını indiki 17,3 faizdən 2025-ci ildə 24, 2030-cu ildə isə 30 faizə çatdırmaqdır. Bu məqsədə doğru atılan inamlı və uğurlu addımlardan biri də məhz "Qaradağ"ın tikintisinin başa çatdırılıb istifadəyə verilməsi oldu.

 Bu il isə Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazov və BƏƏ-nin sənaye və yüksək texnologiyalar naziri, "Masdar" şirkətinin idarə heyətinin sədri Sultan Əhməd Əl-Cabirin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən görüş tərəfdaşlığın uğurla davam etdiyinin daha bir təsdiqi oldu. Belə ki, görüşdə "Masdar" şirkəti ilə quruda və dənizdə "yaşıl enerji" layihələrinin icrası, hər iki ölkənin apstrim sektorunda dövlət şirkətlərinin iştirakı, həmçinin COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edildi. 1000 MVt gücündə günəş və külək enerjisi stansiyalarının inşası ölkələrimizin "yaşıl enerji" keçidinə birgə töhfəsi kimi dəyərləndirildi.

Görüşün yekununda Energetika Nazirliyi və "Azərenerji" ASC ilə "Masdar" şirkəti arasında 445 MVt gücündə Biləsuvar, 315 MVt gücündə Neftçala Günəş-Elektrik stansiyaları və 240 MVt gücündə Abşeron-Qaradağ Külək-Elektrik stansiyası layihələri üzrə "İnvestisiya müqaviləsinə Əlavə", "Enerji alqı-satqı müqaviləsi", "Ötürücü şəbəkəyə qoşulma müqaviləsi" və "Torpaq icarə müqaviləsi" imzalandı

İyunun 4-də Prezident İlham Əliyev "Bakı-Ekspo" Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və "Yaşıl Enerji" - "Caspian Power" sərgilərinin açılışı zamanı Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və yüksək texnologiyalar naziri Sultan Əhməd Əl Cabir tədbir çərçivəsində Neftçala, Biləsuvar Günəş-Elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək-Elektrik Stansiyasının təməlini qoydular. Sultan Əhməd Əl-Cabir tədbirdəki çıxışında dedi: "Məqsədimiz 2030-cu ilədək bərpaolunan enerji potensialını üç dəfə artırmaqdır. Böyük məmnuniyyətlə deyərdim ki, zati-aliləri, cənab Prezidentin də vurğuladığı kimi, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan hazırda üç yeni bərpaolunan enerji layihəsinin təməlqoyma mərasimini qeyd edəcəkdir. Biləsuvar və Neftçala Günəş-Elektrik stansiyaları, Abşeron-Qaradağ külək layihəsi ilə birlikdə Azərbaycanın artmaqda olan enerji ehtiyaclarını təmin etmək məqsədilə 1 qiqavat təmiz enerji hasil edəcək. Bütün bunlar faktiki olaraq, Birləşmiş Ərəb Əmirliklərinin tərəfdaşlıq tarixinə yazılmaqdadır. Belə ki, burada məqsəd bu ölkənin "yaşıl inkişaf"ını, artımını gücləndirmək və Dayanıqlı İnkişaf Məqsədlərini qlobal şəkildə təşviq etməkdədir. Qeyd etmək istəyirik ki, bu cür praktiki tərəfdaşlıqlar bizim bu sahə üzrə öhdəliyimizi bir daha nümayiş etdirir, eyni zamanda bizim səmimi niyyətlərimizi və bu sahəyə olan həqiqi marağımızı bir daha ifadə edir. Məqsədimiz burada "yaşıl artım" gündəliyini inkişaf etdirməkdir".

 Əlavə etmək yerinə düşər ki, 2006-cı ildə BƏƏ-də yaradılan "Masdar" həmin vaxtdan bəri zəngin təcrübə toplayıb, dünyada günəş və külək enerjisinin inkişafına on milyardlarla dollardan çox sərmayə yönəldərək onlarla layihənin iştirakçısı olub. "Masdar" daim təmiz texnologiya innovasiyalarını artırmağa, Yaxın Şərqdə, eləcə də dünyada bərpaolunan enerji sektorunun inkişafına mühüm töhfələr verməyə səy göstərir. Onun fəaliyyət göstərdiyi ölkələr sırasında BƏƏ ilə yanaşı, Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Mərakeş, Böyük Britaniya, ABŞ, Avstraliya, Serbiya, Hindistan, İndoneziya, Özbəkistan və bir çox başqaları var. Azərbaycan bu şirkətin çalışdığı 40-dan çox ölkədən biridir. Təqdirəlayiqdir ki, tərəfdaşlığımızın tarixi qısa olsa da, uğurlar ürəkaçan, perspektivlər böyükdür. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dekabrın 15-16-da ölkə ərazisində hava şəraiti nisbətən sabitləşəcək

17:49
14 Dekabr

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir

17:48
14 Dekabr

“The Jerusalem Post”: Ermənilər konstitusiyalarına yenidən baxmalıdırlar

17:47
14 Dekabr

Gürcüstanın yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Mixeil Kavelaşviliyə

17:44
14 Dekabr

Mixail Kavelaşvili Gürcüstan Prezidenti seçilib 

17:43
14 Dekabr

Baş Dövlət Yol Polisi İdarəsi qarın yollarda yarada biləcəyi fəsadlarla bağlı xəbərdarlıq edib

16:44
14 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:03
14 Dekabr

Qar və güclü çovğun Qobustanda yol qəzalarına səbəb olub

15:41
14 Dekabr

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

15:37
14 Dekabr

Faktiki hava: Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir

14:38
14 Dekabr

Dekabrın 15-də hava əsasən yağmursuz olacaq

14:34
14 Dekabr

ANAMA-nın şöbə müdiri: Vətən müharibəsindən sonra 382 nəfər mina qurbanı qeydə alınıb

14:31
14 Dekabr

İşğaldan azad edilmiş ərazilərdə “Təhlükəsiz məktəb” layihəsi çərçivəsində maarifləndirmə aparılır

13:41
14 Dekabr

MSK müşahidəçilər üçün yaddaş kitabçası hazırlayıb

13:27
14 Dekabr

“TÜRKSOY-un II Beynəlxalq Simulyasiyası” keçirilir

13:26
14 Dekabr

Əhməd İsmayılov: Süni intellekt texnologiyaları asanlıqla dezinformasiya mənbəyinə çevrilə bilər

13:11
14 Dekabr

    “Yaşıl dünya üçün müzakirə platforması” çərçivəsində debat forumları təşkil olunacaq

13:03
14 Dekabr

"Gənclər üçün media akademiyası” adlı layihə keçirilib

13:02
14 Dekabr

“Masdar”: Bu günə qədər Qaradağ GES-dən şəbəkəyə 500 milyon kilovat-saatdan artıq təmiz enerji ötürülüb  

12:58
14 Dekabr

Faktiki hava: Bəzi yerlərdə intensiv sulu qar, qar yağır

12:57
14 Dekabr

Leyla Əliyeva Ruandada reallaşdırılacaq layihələr üzrə görüşlər keçirib

12:46
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!