18 Mart 2022 01:56
4864
İQTİSADİYYAT
A- A+
“Yaşıl enerji” Azərbaycanın enerji siyasətinin mühüm hissəsinə çevrilir

“Yaşıl enerji” Azərbaycanın enerji siyasətinin mühüm hissəsinə çevrilir

 

“Azərbaycan 2030”: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl enerji” istehsalının genişləndirilməsi məsələsi də əhəmiyyətli yer alıb. Hədəf ümumi enerji istehsalı gücündə bərpaolunan enerjinin payını indiki 17,3 faizdən 2025-ci ildə 24, 2030-cu ildə isə 30 faizə çatdırmaqdır.

Bu istiqamətdə inamlı addımlar atılır. Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri - 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan edib. Burada artıq bir neçə su-elektrik stansiyası inşa edilib və fəaliyyətə başlayıb. Günəş və külək-elektrik stansiyalarının yaradılması ilə bağlı isə konkret planlar var. Bir sözlə, həmin bölgələrin potensial imkanı böyükdür. Artıq dəqiq hesablamalar aparılıb və günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. İlkin addımlar da atılır, bp şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş-elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir və onların uğurla nəticələnəcəyinə şübhə yoxdur. Bu bölgəyə digər böyük şirkətlər maraq göstərirlər.

Xızı-Abşeron və Qaradağ ərazilərində isə ilk nəhəng layihələrin həyata keçirilməsinə artıq start verilib. Onlardan biri də Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş-Elektrik Stansiyasıdır. Stansiyanın təməlqoyma mərasimi bu il martın 15-də Gülüstan sarayında keçirilib. Elə buradaca xatırladaq ki, cəmi iki ay əvvəl həmin sarayda Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin tikdiyi “Xızı-Abşeron” Külək-Elektrik Stansiyasının təməli qoyulub. Bu tədbirlərin hər ikisi adi hadisələr deyil, Azərbaycan energetikasının davamlı inkişafını səciyyələndirən önəmli faktlardır.

Prezident İlham Əliyev Qaradağ Günəş-Elektrik Stansiyasının təməlqoymasında məhz bunu vurğulayaraq deyib:”Bildirməliyəm ki, bu ilin əvvəlindən energetika sahəsində çox önəmli addımlar atılıbdır. Yanvar ayında bu sahədə məşhur olan, Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə külək-elektrik stansiyasının təməli qoyuldu. Fevral ayında “Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı oldu və bu gün 230 meqavat gücündə günəş-elektrik stansiyasının təməli qoyulur. Yəni hələ 3 ay tamamlanmayıb ki, artıq 855 meqavat gücündə yeni generasiya gücləri yaradılır, artıq 385 meqavat gücündə yaradılıbdır. Əminəm ki, 2023-cü ildə əlavə güclər bizim ümumi sistemimizə daxil ediləcəkdir və bu, işin sadəcə olaraq, başlanğıc hissəsidir. Çünki bərpaolunan enerji növlərinin inkişafı bizim üçün prioritet məsələdir. Biz uzun illər bu məsələnin həlli ilə bağlı çalışırıq və bu gün real nəticələr görürük”.

Ümumiyyətlə, Azərbaycan bərpaolunan enerji növləri istehsal etmək üçün böyük potensiala malikdir. Xəzərsahili ərazilərimizin və dağlıq bölgələrimizin küləkli, diyarımızın bütövlükdə günəşli olması, bolsulu çaylarımızın çoxlugu yeni enerji obyektlərinin inşa edilməsinə imkan verir. Buna görə də dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Bunun digər əsaslı səbəbləri də var. Dövlət başçısının dediyi kimi: “Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır”.

Həm də qeyd edək ki, bizdə elektrik enerjisi yalnız ekoloji cəhətdən təmiz mənbələrdən - təbii qaz, su, günəş və küləkdən istehsal edilir.

Hazırda regionda və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac var. Azərbaycan dörd qonşu ölkəyə enerji ixracını artıq təmin edib və gələcəkdə digər bazarlara da çıxacaq. Bu baxımdan hər bir yeni stansiyanın inşa olunması ixrac imkanlarımızı da artırır.

Təməli qoyulan Qaradağ Günəş-Elektrik Stansiyası 230 meqavat gücündə olacaq. Bu stansiya da öz növbəsində həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, həm də ixrac imkanlarını genişləndirəcək.

Layihənin icraçısı dünyada tanınmış və bu sahədə böyük təcrübə toplamış “Masdar” şirkətidir. Sözügedən tədbirdə Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazrouei bildirib ki, hazırda “Masdar” 30-dan artıq ölkədə çalışır. Məqsəd günəş enerjisi texnologiyalarını dünyanın bir çox ölkəsində tətbiq etməkdən ibarətdir. Nazir həmçinin Azərbaycanda bərpaolunan enerji planlarını enerji siyasətinin mühüm hissəsinə çevrilməsini dəstəklədiklərini deyib: “Birləşmiş Ərəb Əmirlikləri və “Masdar” şirkəti təmiz enerjiyə aid geniş gündəliyin icrasında Azərbaycana birbaşa xarici sərmayələrini və dəstəyini davam etdirməyi səmimiyyətlə arzulayırlar və biz tərəfdaşlığımızı daha da gücləndirmək üçün daha böyük imkanları araşdıracağıq”.

“Masdar” şirkəti Azərbaycanla dost olan ölkəni - Birləşmiş Ərəb Əmirliklərini təmsil edir. Ölkələrimiz arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir. Siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq uğurla davam edir. Ticarət əlaqələri genişlənir, turizm sahəsində əməkdaşlıq üçün böyük imkanlar mövcuddur. Artıq bərpaolunan enerji istehsalı sahəsində də əməkdaşlığa start verilib.

 

Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

H.B.Məmmədovun"Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

01:03
17 Aprel

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və MOL Vector Ltd arasında Azərbaycan Respublikasının Şamaxı, Qobustan, Abşeron, Hacıqabul və Ağsu rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri barədə

01:02
17 Aprel

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması haqqında

01:01
17 Aprel

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 yanvar tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”ndə dəyişiklik edilməsi barədə

01:01
17 Aprel

“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 19 noyabr tarixli 356 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:00
17 Aprel

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 15 mart tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi haqqında 

00:58
17 Aprel

Sahibə Qafarova: Parlamentlərarası İttifaq qlobal idarəetmədə səslərimizin daha güclü eşidilməsində böyük rol oynayır  

22:29
16 Aprel

Nazir: Müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi və motivasiyasının artırılması prioritet məsələlərdəndir  

21:47
16 Aprel

Rusiyada axtarışda olan cinayətkar polisləri güllələyib

21:31
16 Aprel

İrandakı məktəblər distant təhsilə keçir

21:14
16 Aprel

Yeni tərcümə texnologiyası təqdim edilib  

21:04
16 Aprel

Azərbaycana idxal olunan avtomobillərin sayı azalıb

20:53
16 Aprel

Azərbaycana yeyinti məhsulları idxalı artıb

20:43
16 Aprel

ACE platformasından 2,1 milyon ton neft hasil edilib

20:36
16 Aprel

İnsanın qan təzyiqi riski içdiyi su ilə də bağlı ola bilər

20:24
16 Aprel

ABŞ-nin təyyarədaşıyan gəmisi son 50 ilin rekordunu qırıb

20:15
16 Aprel

ABŞ-dən İrlandiyaya köçənlərin sayı son illərdə kəskin artıb

20:03
16 Aprel

Yaponiya Asiya ölkələrinə neft böhranı üçün 10 milyard dollar yardım ayırır

19:51
16 Aprel

Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub  

19:48
16 Aprel

Çin iqtisadiyyatı sürətlə artır

19:42
16 Aprel

ABŞ-dən İrlandiyaya köçənlərin sayı son illərdə kəskin artıb

19:34
16 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!