16 Aprel 2025 08:10
572
Mədəniyyət
A- A+
"YARAT"da "Bir zamanlar dəniz" adlı qrup sərgisinin açılışı olub

"YARAT"da "Bir zamanlar dəniz" adlı qrup sərgisinin açılışı olub


Aprelin 15-də "YARAT" Müasir İncəsənət Mərkəzinin XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində "Bir zamanlar dəniz" adlı qrup sərgisinin açılışı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və "YARAT" Müasir İncəsənət Məkanının təsisçisi, rəssam Aida Mahmudova sərgi ilə yaxından tanış olublar.

AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycan sənətçilərinin rəngkarlıq, qrafika, fotoqrafiya, video və instalyasiya əsərləri təqdim olunub.

Sərginin kuratoru Zəhra Məmmədova AZƏRTAC-a açıqlamasında bildirib ki, sərgi Xəzər dənizi ilə onun ətrafında əsrlər boyu yaşayan insanlar arasında formalaşmış psixoloji, mədəni və arxetipik əlaqələri araşdırır. O, sərginin əsas ideyasının havaylı tədqiqatçı Karin İnqersoll tərəfindən irəli sürülmüş "dəniz epistemologiyası" anlayışına istinad etdiyini vurğulayıb. 

"Onun təbirincə, dəniz, sadəcə, bir coğrafi məkan deyil, həm də dünyanı dərk etməyin və formalaşmağın bir yoludur. Bu mənada Xəzər insanın öz kimliyini, tarixini və arzularını oxuya biləcəyi bir məkana çevrilir. Sərgidə dənizə yalnız baxılmır, həm də onunla qarşılaşma baş verir. Multidisiplinar yanaşma vasitəsilə ekspozisiya su ilə münasibətlərimizin canlı arxivinə, ekoloji itki, mədəni unudulma və bağın yenidən qurulması ehtimalı üzərində həm poetik, həm də tənqidi düşüncəyə çevrilir.

Elmi proqnozlara görə, çağdaş əsrin sonuna qədər Xəzər dənizinin sahəsi 25 faizə qədər azala bilər. Tarix boyu Xəzərin su səviyyəsi dövri şəkildə dəyişmiş olsa da, bu gün baş verən proseslər geri dönməz xarakter daşıya və birbaşa antropogen dövrlə əlaqəli ola bilər", - deyə kurator əlavə edib.

Sərginin, həmçinin filosof Həsən Quliyevin "Arxetipik azərilər: mentalitetin simaları" kitabına istinad olunduğunu diqqətə çatdıran Zəhra Məmmədova söyləyib: "Bu əsərdə dənizin əksər hallarda müqəddəs bir varlıqdan daha çox təhlükə və ya resurs kimi qəbul edildiyi qeyd olunur. Sərgi belə bir sual ortaya qoyur: görəsən, bu yanaşma dəyişə bilərmi? Xəzər dənizi itki yeri olmaqla yanaşı, eyni zamanda qayğı göstərilən, təxəyyülü oyadan və mənəvi bağlar quran bir varlıq kimi yenidən mənalandırıla bilərmi?".

Ekspozisiya dənizlə həm tarixi, həm də müasir perspektivdən tanışlığı təklif edir. Sovet dövrü Azərbaycan sənətçilərinin əsərləri və arxiv materialları Xəzərin əsrlər boyu Azərbaycan şüurunun periferiyasında necə mövcud olduğunu nümayiş etdirir: görünən, lakin uzaq, istismar olunan, lakin nadir hallarda canlı orqanizm kimi qəbul edilən. Müasir sənətçilər isə bunun əksinə olaraq, Xəzəri incə və intim bir məkan kimi təsvir edirlər. Müxtəlif media vasitəsilə insanla dəniz, keçmişlə indi, yaddaşla unudulma arasında dialoq qururlar".

Sərgidə Nadir Eminov, Baba Əliyev, Müseyib Əmirov, Ənvər Əsgərov, Lətif Feyzullayev, Hüseyn Haqverdiyev, Mirnaib Həsənoğlu, Gündüz Hunlar, Zakir Hüseynov, Fərhad Xəlilov, Fikrət İbrahimli, Ülviyyə İman, Nadir Qasımov, Novruz Məmmədov, Oqtay Mirqasımov, Aleksandr Mişon, Elvin Nəbizadə, Elnarə Nəsirli, Maral Rəhmanzadə, Rais Rəsulzadə, Əli Rza, Aliya Bayramova & Timur Zaripov, Mirnadir Zeynalov və CHINGIZ kimi müxtəlif nəsillərə mənsub sənətçilərin əsərləri nümayiş olunur.

Tədbir çərçivəsində kurator və yazıçı Dərya Yücel,  müstəqil kurator və "Artcom" platformasının təsisçisi Aigerim Kapar və rəssam CHINGIZ-in iştirakı ilə "Xəzər dənizinin kölgəsi mövzusuna həsr olunmuş panel müzakirə də aparılıb.

Sonda Xalq artisti Oqtay Mirqasımovun 1965-ci ildə ekranlaşdırdığı "Dəniz" adlı sənədli film nümayiş olunub.

Nümayişdən əvvəl çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev qeyd edib ki, ötən əsrin 60-cı illərində sənədli filmlərə yeni nəfəs gətirən nümunələr meydana çıxmışdı. Bu filmlərin özünəməxsus poetik dünyası var. "Dəniz" filmi də məhz bu dövrün məhsuludur.

Ekran əsərinin çoxulduzlu aktyor heyətinə məxsus olduğunu diqqətə çatdıran C.Quliyev deyib: "Ekran əsəri cəmi 17 dəqiqə davam edir və dialoqdan istifadə olunmur. Sadəcə, musiqi və səslərlə müşayiət olunur. Musiqi isə əsasən dənizi təsvir edir və onun ovqatını ötürür".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!