14 Noyabr 2018 16:23
323
DÜNYA
A- A+

Yaponiyanın kibertəhlükəsizlik naziri kompüterdə işləməyi bacarmadığını etiraf edib


Yaponiyanın Nazirlər Kabinetində kibertəhlükəsizlik məsələlərinə cavabdeh olan nazir Yoşitaka Sakurada parlamentin aşağı palatasında keçirilən debatlar zamanı fərdi kompüterdən istifadə etməyi bacarmadığını etiraf edib.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, müxalifətdən olan deputatların suallarını cavablandıran nazir gənclik illərində əzmlə çalışdığını və buna görə də kompüterdən istifadəni öyrənməyə vaxtı qalmadığını bildirib. Bundan sonra vəzifə pillələri ilə uğurla irəliləyən Y.Sakurada əməkdaşlara və katiblərə müvafiq tapşırıqlar verərək işi idarə edib. Buna görə də onun kompüteri öyrənməsinə ehtiyac qalmayıb.

Nazirin etirafı deputatların çoxunu şoka salıb. Müxalifətdən olan deputat Masato İmai bildirib ki, belə bir şəxsə ölkənin kibertəhlükəsizliyinin etibar edilməsi inanılmazdır.

Y.Sakurada bəyan edib ki, böyük siyasi təcrübəyə malik olması ona verilən tapşırıqları uğurla yerinə yetirməyə imkan yaradır. Lakin atom elektrik stansiyalarının kiberterrordan qorunması ilə bağlı suala cavab verərkən o, bu məsələnin detallarını bilmədiyini etiraf edib.

Bundan sonra müxalifət nazirin istefasını tələb edəcəyini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video