“Google Play Market”də yeni funksiya istifadəyə verilir
“Google” eyni anda bir neçə tətbiqin yüklənməsi və quraşdırılması funksiyasını “Play Market” platformasına inteqrasiya edir. Yenilənmə bir neçə tətbiqin cihaza sıra ilə deyil, eyni anda birdən yüklənməsini təmin edəcək. Bu funksiyanı test etmək üçün istifadəçi bir neçə tətbiqi eyni zamanda yüklənməyə qoymalıdır. Bu halda tətbiqlər sıra ilə deyil, eyni anda yüklənib cihaza quraşdırılır.
Yeni funksiyada bir məhdudiyyət var. Belə ki, eyni anda yalnız iki tətbiqi yükləmək olar. Əgər istifadəçi eyni anda yükləmə üçün üç ədəd tətbiq seçsə, seçilmiş üçüncü tətbiq yükləmə prosesində olan digər iki tətbiqdən birinin yüklənib bitməsini gözləyəcək. Tətbiqlərdən birinin yüklənmə prosesi başa çatdıqdan sonra isə üçüncü tətbiqin yüklənməsinə start veriləcək.
Qeyd etmək lazımdır ki, “Google Play Market” yeni funksiyası ilk olaraq “Google Pixel” smartfonlarında aktiv olub.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ötən ay Azərbaycanda gündəlik neft hasilatı 596 min barel olub
16 May
XİN: Fransadan Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik
16 May
Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 17 milyard manatlıq məhsul satılıb
16 May
Azərbaycan ilə Kuba arasında səhiyyə və tibb elmi sahəsində səmərəli əməkdaşlıq mövcuddur ...
16 May
Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü olub YENİLƏNİB
16 May
Ermənistanın qanunsuz dağ-mədən fəaliyyətini ifşa edən xəritə hazırlanıb YENİLƏNİB ...
16 May
DİM mayın 26-da qəbul imtahanı verəcək abituriyentlərə müraciət edib
16 May
Bu ilin dörd ayında uşağın anadan olmasına görə 33,4 min nəfərə müavinət təyin olunub ...
16 May
Şahbəddin Musayev: Ermənilər ekoloji problemlər yaradaraq suların çirklənməsinə səbəb olurlar ...
16 May
FAO nümayəndəsi: Su qıtlığı səbəbindən artan rəqabət ölkələr arasında problemlər yarada bilər ...
16 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!