29 Aprel 2024 19:18
290
DÜNYA
A- A+

Çağrı mərkəzlərində süni zəka dövrü başlayır

 

Süni zəka texnologiyalarının geniş miqyasda inteqrasiyası bəzi peşələri yox olma təhlükəsi altında qoyub. Onlardan biri də çağrı mərkəzi (call-center) işçiləridir. Artıq şirkətlərin bəziləri telefon üzərindən həyata keçirilən dəstək xidmətinin işçilərini generativ süni zəka ilə əvəzləməyə başlayıb. Məlumata əsasən, ehtimal ki, bir ildən sonra bu sahədə yalnız süni zəka əsaslı çatbotlar istifadə ediləcək. Bu narahatedici proqnozu “Financial Times” qəzeti ilə “Tata Consultancy Services” şirkətinin rəhbəri K. Krithivasan bölüşüb.
Qeyd etmək lazımdır ki, “Tata Consultancy Services” bazar dəyərinə görə Hindistanın ikinci ən böyük şirkətidir və onun işçi sayı bütün dünya üzrə 616 min nəfərdən çoxdur. K.Krithivasan bildirib ki, süni zəka çağrı mərkəzlərinə tələbatı minimuma endirəcək. O əlavə edib ki, onun şirkəti bu mövzu ilə əlaqəli işçi ixtisarlarını hələ müşahidə etməyib. Lakin onun sözlərinə əsasən, transmilli müştərilər generativ süni zəka sistemlərini inteqrasiya etməyə başladıqları zaman vəziyyət kökündən dəyişəcək və bu öz növbəsində sözügedən sahəyə təsir göstərəcək. Şirkət rəhbərinin fikrincə, süni zəka texnologiyası daxil ola biləcək zəngi öncədən proqnozlaşdırmaq imkanına sahib olmalı və daha sonra problemi aktiv şəkildə həll etməlidir.
Keçən il Hindistanın “Duukan” şirkətinin icraedici direktoru şirkətin dəstək xidməti komandasının 90 faizini işdən azad etmişdi. O bildirmişdi ki, bu addım müştərinin sorğusuna ilk cavabın təqdim olunma müddətini və müştərilərin dəstək xərclərini 85 faiz azaltmağa kömək edib. 

Ülkər XASPOLADOVA,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video