30 May 2023 13:09
327
DÜNYA
A- A+

Yaponiyanın Baş naziri qalmaqala görə oğlunu işdən çıxarıb


Yaponiyanın Baş naziri Fumio Kişida öz katibi və böyük oğlu Şötaronu Nazirlər Kabinetinin rəhbərinin rəsmi iqamətgahında qonaqlıq təşkil etdiyinə görə vəxifəsindən azad edib.
Bundan əvvəl həftəlik "Şukan Bunşun" qəzeti yazıb ki, ötən ilin dekabrında baş nazirin oğlu bir neçə qohum və tanışını hökumət başçısının iqamətgahına dəvət edib. Onlar nazirlər kabineti formalaşdıqdan və imperator tərəfindən təsdiqləndikdən sonra onun üzvlərinin rəsmi fotoları çəkilən binanın qırmızı xalçalı ön pilləkənində şəkil cəkdiriblər.
Əvvəlcə Fumio Kişida hökumət başçısının Tokio iqamətgahında nalayiq davranışına görə  oğluna  sərt irad bildirib.
Daha sonra Yaponiya Nazirlər Kabinetinin başçısı məsuliyyəti ictimaiyyət qarşısında məsuliyyəti nəzərə alaraq, oğlunun hərəkətlərini yersiz adlandırmış və vəzifəsindən azad etmək qərarına gəlmişdir. Şötaro Kişida vəzifəsini iyunun 1-də tərk edəcək.
31 yaşlı Şötaro Kişida ötən ilin oktyabrında atasının siyasi məsələlər üzrə katibi təyin edilmişdi.


Rizvan CƏFƏROV,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video