21 Oktyabr 2026 18:31
165
DÜNYA
A- A+
Yaponiya torpaq nümunələri gətirmək üçün Marsa zond göndərdi

Yaponiya torpaq nümunələri gətirmək üçün Marsa zond göndərdi


Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) Marsın peyki Fobosdan torpaq nümunələri gətirmək məqsədilə MMX zondunu kosmosa çıxarıb. “Lenta.ru”nun yazdığı məlumata görə, dünyada ilk dəfə Fobosa eniş edərək oradan Yerə süxur nümunələri çatdırmalı olan bu aparatın orbitə buraxılışı H3 daşıyıcı raketi vasitəsilə Taneqasima kosmodromundan uğurla həyata keçirilib.

Raketin yuxarı pilləsindən ştat rejimdə ayrılan “Martian Moons eXploration” (MMX) aparatı artıq Marsa tərəf istiqamət götürüb. Plana əsasən, təxminən 10 ay sürəcək planetlərarası uçuşdan sonra aparatın 2027-ci ilin avqustunda Marsa çatması gözlənilir.

Üçillik missiya çərçivəsində MMX Marsın Fobos və Deymos peyklərini tədqiq edəcək. Torpaq nümunələri toplamaq üçün Fobosun səthinə iki dəfə eniş edilməsi nəzərdə tutulur. Zondun göyərtəsində həmçinin Fransa və Almaniyanın birgə istehsalı olan “IDEFIX” roveri yerləşdirilib. Bu roverin peykə enişi 2028-2029-cu illərin qovşağına planlaşdırılır.

Nümunələrlə dolu kapsulun Yerə qayıdışı isə 2031-ci ildə gözlənilir. Layihə JAXA tərəfindən NASA və Avropa Kosmik Agentliyi ilə beynəlxalq əməkdaşlıq çərçivəsində icra olunur.

Yaponiyanın təhsil, mədəniyyət, idman, elm və texnologiyalar naziri Yoşihiro Sekinin sözlərinə görə, bu layihə Marsın peykinin mənşəyini müəyyənləşdirməyə və gələcəkdə Qırmızı Planetə təşkil ediləcək ekspedisiyalar üçün mühüm texnologiyaları sınaqdan keçirməyə imkan verəcək.


Yasəmən MUSAYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Payızın ən faydalı qidaları hansılardır? 

18:57
21 Oktyabr

“AI Academy”nin ilk məzunları

18:43
21 Oktyabr

Sevdiyiniz insanla birlikdə yemək qan şəkərini normaya salır

18:38
21 Oktyabr

Yaponiya torpaq nümunələri gətirmək üçün Marsa zond göndərdi

18:31
21 Oktyabr

“Spotify” 50 milyondan çox süni intellekt mahnısını tövsiyə siyahılarından çıxardı  

18:12
21 Oktyabr

Yaddaş zəifləməsini ləngitməyin sadə yolu tapılıb

17:52
21 Oktyabr

NATO Qara dənizdə gəmilərin mühafizəsi üçün bölgəyə əlavə qüvvələr göndərir  

17:35
21 Oktyabr

Neftçalada müşavirə keçirilib  

17:13
21 Oktyabr

TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir  

17:11
21 Oktyabr

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr müzakirə olunub  

17:06
21 Oktyabr

“Startup School 4” proqramının tərəfdaşlarının investisiya portfeli 3 milyard dolları ötür  

17:06
21 Oktyabr

Sürtünmə zamanı materialların struktur dəyişikliklərini izləmək üçün üsul hazırlanıb  

16:56
21 Oktyabr

“AzərEnerji” Dünya Bankı ilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsini dəyərləndirib

16:54
21 Oktyabr

“Sirli gedişlər”in beynəlxalq ədəbi yolu  

16:53
21 Oktyabr

D.Tramp: İranla müharibə çox yaxında bitəcək, neft qiymətləri kəskin düşəcək  

16:39
21 Oktyabr

BMT: Qlobal istiləşmə təhlükəli həddə çatır

16:33
21 Oktyabr

Fermerlər üçün aqrar təlimlər təşkil olunub

16:31
21 Oktyabr

Siz hansı türk tayfasındansınız?  

16:19
21 Oktyabr

“AzerGold”un xarici ölkədə ilk törəmə şirkəti – “AzerGold Uzbekistan” təsis edilib  

16:03
21 Oktyabr

İranlı general: İnfrastrukturumuz hədəf alınarsa, Hörmüz boğazının dibindən keçən kabelləri məhv edə bilərik  

15:54
21 Oktyabr

Dezinformasiya və kiberhücumlar: hibrid təhdidlərin yeni reallığı  

15:49
21 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!