21 Noyabr 2026 10:17
165
SİYASƏT
A- A+
YAP-ın 34 illik fəaliyyəti müstəqil Azərbaycanın dövlətçilik tarixinin mühüm hissəsidir

YAP-ın 34 illik fəaliyyəti müstəqil Azərbaycanın dövlətçilik tarixinin mühüm hissəsidir


Yeni Azərbaycan Partiyasının Azərbaycanın müasir tarixindəki yeri və rolu müstəsna əhəmiyyətə malikdir. 1992-ci il noyabrın 21-də yaradılan  partiya ölkənin ən ağır siyasi böhranla üzləşdiyi bir dövrdə meydana gəldi. Həmin vaxt ölkədə hökm sürən siyasi anarxiya, hakimiyyət uğrunda mübarizə, iqtisadi tənəzzül, Ermənistanın hərbi təcavüzü və torpaqlarımızın işğalı Azərbaycanın dövlət kimi mövcudluğunu sual altına almışdı. Belə mürəkkəb şəraitdə 91 nəfər tanınmış ziyalının Ümummilli Lider Heydər Əliyevə müraciəti ilə yeni siyasi təşkilatın yaradılması təşəbbüsü irəli sürüldü. Bu müraciət əslində xalqın xilası və güclü dövlətçilik arzularının siyasi ifadəsi idi.

Milli Məclisin deputatı Nigar MƏMMƏDOVA qəzetimizə açıqlamasında bildirib ki, Ulu Öndər Heydər Əliyev müraciətə cavabında yeni partiyanın yaradılmasını tarixi zərurət kimi qiymətləndirib. Beləliklə, Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı və Heydər Əliyev partiyanın sədri seçildi. “Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında da bəyan etdiyi kimi, “Yeni Azərbaycan Partiyasının yaradılması, xalqın tələbi idi”. Yəni, YAP Azərbaycanın xilası və müstəqil dövlətçiliyinin qorunması zərurətindən meydana gəldi. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı və Prezident seçilməsi ölkəmizin taleyində dönüş nöqtəsi oldu. Dövlət çevrilişi cəhdlərinin, separatçılıq meyilləri və vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı, ölkədə siyasi sabitliyin əsası qoyuldu. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxdı, iqtisadi islahatlara başlanıldı. “Əsrin müqaviləsi”nin imzalanması, xarici investisiyaların ölkəyə cəlb edilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi müstəqil dövlətin gələcək inkişaf strategiyasını müəyyənləşdirdi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev VIII Qurultaydakı çıxışında bu tarixi mərhələyə qiymət verərkən YAP-ın yaranması ilə Azərbaycanın gələcək qələbələri arasında birbaşa əlaqə olduğunu vurğulayıb. Dövlət başçımızın da söylədiyi kimi, bizim qələbələrimizin başlanğıcı məhz Yeni Azərbaycan Partiyasının təsis qurultayı və ondan sonrakı dövr idi. Həqiqətən də hadisələrin gedişi təsdiqlədi ki, partiyanın tarixi missiyası müasir Azərbaycan dövlətçiliyinin təməllərinin möhkəmləndirilməsi ilə birbaşa bağlıdır”, – deyə o əlavə edib.

Deputat qeyd edib ki, 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs yeni inkişaf mərhələsinə qədəm qoyub. İqtisadiyyatın şaxələndirilməsi, enerji və nəqliyyat layihələrinin reallaşdırılması, müdafiə sənayesinin inkişafı, güclü ordunun formalaşdırılması və beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi Azərbaycanın regional və qlobal mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Nəticədə ölkəmiz həm iqtisadi, həm də siyasi və hərbi güc baxımından yeni keyfiyyət mərhələsinə yüksəlib. Bu inkişaf strategiyasının ən mühüm nəticəsi 2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi Zəfər və 2023-cü ilin sentyabrında dövlət suverenliyinin tam bərpası oldu. Azərbaycan öz gücü, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 30 illik işğala son qoydu. Bu tarixi hadisələr Azərbaycan dövlətçiliyinin gücünü, milli maraqların müdafiəsində siyasi iradənin həlledici rolunu nümayiş etdirdi.

N.Məmmədova vurğulayıb ki, YAP-ın fəaliyyətində mühüm istiqamətlərdən biri də ölkədə siyasi dialoqun və konstruktiv əməkdaşlıq mühitinin təşviqidir: “Azərbaycanda siyasi partiyalar arasında təmasların genişləndirilməsi, müxtəlif siyasi qüvvələrin ümummilli məsələlər ətrafında bir araya gəlməsi və siyasi dialoq platformalarının formalaşdırılması bu baxımdan əhəmiyyətlidir. YAP-ın təşəbbüsləri ilə inkişaf edən bu təcrübə siyasi sistemin güclənməsinə və milli həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir. Çünki dövlətin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyi kimi məsələlər bütün siyasi qüvvələrin ortaq məsuliyyətidir. Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışı partiyanın qarşısında dayanan yeni vəzifələri də müəyyənləşdirib. Dövlət başçımız ideoloji təhlükəsizlik məsələsinə xüsusi diqqət çəkərək bildirib ki, ideoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Bu isə siyasi partiyaların fəaliyyətinin həm də informasiya müharibələri, kiberhücumlar, xarici ideoloji təsirlər fonunda milli maraqların qorunmasına yönəlməsinin vacibliyini göstərir”.

Deputat bildirib ki, güclü hərbi potensial, milli maraqlara əsaslanan müstəqil xarici siyasət ölkəmizin strateji inkişaf modelinin əsas komponentləridir. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın sürətləndirilməsi, sosial rifahın yüksəldilməsi və insan kapitalının inkişafı yeni mərhələnin prioritetlərindəndir. Bu tarixi vəzifələrin icrasında YAP üzvləri də fəal iştirak edir. Bu gün Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olmaqla, geniş potensiala və ictimai dayaqlara malikdir. Prezident İlham Əliyevin qurultayda qeyd etdiyi kimi, ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var. Beləliklə, Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyəti müstəqil Azərbaycanın dövlətçilik tarixinin mühüm hissəsidir. Bu gün YAP-ın qarşısında dayanan əsas missiya milli maraqların qorunmasına, Azərbaycanın yeni strateji hədəflərinə çatmasına töhfə verməkdir.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

YAP-ın 34 illik fəaliyyəti müstəqil Azərbaycanın dövlətçilik tarixinin mühüm hissəsidir

10:17
21 Noyabr

Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub

09:47
21 Noyabr

Bilmək istəyirəm

09:45
21 Noyabr

Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNƏCƏK

09:44
21 Noyabr

Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

09:43
21 Noyabr

Paytaxt rayonlarında qarlı havalara hazırlıq tədbirləri başa çatıb

09:40
21 Noyabr

Azərbaycanın Şərqə uzanan strateji xətti: Vyetnamla yeni tərəfdaşlıq səhifəsi

09:35
21 Noyabr

"Qədər"ə dəxli olmayan qara statistika

09:35
21 Noyabr

Kukla Teatrında "Uşaq Hüquqları Aylığı" çərçivəsində tədbir keçirilib

09:30
21 Noyabr

Bakı-Hanoy əməkdaşlıq modeli tarixi dostluğun müasir iqtisadi tərəfdaşlıqla uzlaşdırılması nümunəsidir

09:25
21 Noyabr

Alim, yazıçı, publisist

09:25
21 Noyabr

Dövlətçilik, milli birlik və tarixi Zəfər yoluna aparan 34 il

09:22
21 Noyabr

İnsan talelərinə sığınan ömür

09:20
21 Noyabr

Müasir yaşayış binaları rahatlığın memarlıq nümunələridir

09:15
21 Noyabr

Qədim Qəbələnin zəngin şəhər mədəniyyəti 

09:10
21 Noyabr

Bakının daş abidələri

09:05
21 Noyabr

Gəncədə TECHERA şirkəti sərgi təşkil edəcək

09:00
21 Noyabr

Dünyanın ən böyük polimetal yataqlarından biri Balakəndədir

08:55
21 Noyabr

Azərbaycan daha bir beynəlxalq qiymətləndirmədə önə çıxıb

08:50
21 Noyabr

Məşğulluğun sınanmış modeli: dövlət-biznes tərəfdaşlığı

08:45
21 Noyabr

Neftverməni artırmaq üçün innovativ yanaşmalar və yeni texnologiyalardan istifadə olunur

08:40
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!