28 Avqust 2026 10:20
132
Mədəniyyət
A- A+
ANA

ANA


Anam mənim, səninlə danışmağa, söhbətləşməyə o qədər ehtiyacım var ki! Olanlara sənin həmişə dediyin bir kəlmə sözün məlhəm olardı. "Darıxma, hər şey yaxşı olacaq. İrəlidə səni hələ gözəl günlər gözləyir". Ana, xəbərin varmı o günlər tükənmək üzrədir? Amma sənin təskinliyinə hələ də ehtiyacım var.

İndi mən səni torpağa tapşırdığımız vaxtdakı yaşından fərqliyəm. Ağır da olsa, indi mən səndən yaşlıyam. Ana, bilmirəm niyə tələsdin?

Məni qınamasan həmişə ürəyimdə fikirləşdiyimi dilimə gətirəcəm. Sən torpaqlarımızın işğalını görmədin. Qaçqınlığın acı həqiqətini dadmadın. O sevdiyin evin bir gün nişanə üçün belə bir daşının qalmadığının nisgilini yaşamadın. Bəlkə də dözməzdin bu fəlakətə, bu ayrılığa. 

Anam mənim, uyuduğun, tamamilə dağıdılmış qəbiristanlığa gedib çıxa bilmirəm. Səni orada da tapmayacağımdan çox qorxuram. Əgər məzarını tapmasam məndən inciməzsən ki? Axı o boyda qəbiristanlıqda cəmi bir-iki köhnə məzar daşı qalıb deyirlər. Hələ mina qorxusu var. Odur ki, dözmək gərəkdir. 

Anam mənim, ruhun şad olsun. Torpaqlarımız işğaldan azad olunub. Daha Dağlıq Qarabağ adında yer yoxdur. Sənin çox sevdiyin, yağının darmadağın etdiyi və buna görə də "Qafqazın Xirosiması" deyilən Ağdam indi başdan-başa yenidən qurulur. Dünyanın ən abad, gözəl şəhəri olacaq. Təkcə geri dönməyən sənli günlərim, itmiş xatirələrimdir.

Anam mənim, bağışla ki, 37 ildə ilk dəfə bu il sənin bu dünyaya vida etdiyin günü unutdum. Sənin gənc qoyub getdiyin mən balan artıq yaşa dolub. Və nə yazıq ki, yaşın gətirdiyi o çətinlikləri yaşamaq məcburiyyətindədir. 

Mənim yorğun anam, atasız böyütdüyün dörd övladına təhsil verdin, ev-eşik elədin. Amma əlimiz çörəyə çatanda sən yox idin. Bax nisgillərin ən böyüyü budur. Müdrik anam, yadındadırmı ailəmizin ən kiçiyi olan qardaşımla bağlı bir fikri bizə təlqin etmişdin. Böyük bacım və qardaşım olduğu halda dedin ki, o sizin dədənizdir. Onda uşaq ağlım ilə bu sözləri qavramağa çətinlik çəkmişdim. Bəlkə də bir az qısqanmışdım. Yeri gəlmişkən, sonbeşiyin o vaxt bu imtiyazdan yetəri qədər sui-istifadə edirdi. Bu gün isə sənin nə qədər uzaqgörən olduğun təsdiqini tapdı. (Allah böyük bacı-qardaşıma qəni-qəni rəhmət eləsin). Kiçik qardaşım  həqiqətən də hamımıza dədə əvəzi oldu.

Anam mənim, uşaq vaxtı dünyanı belə ədalətsiz bilmirdim. Mənə elə gəlirdi ki, sən də əbədisən, ölə bilməzsən. Bəzən bizə tutduğun iradlar xoşumuza gəlməsə də, etiraz etməzdik. Amma xasiyyətin sərt olduğu üçün dilimizə gətirməzdik. Çox tələbkar idin. Çünki həm ata əvəzi, həm ana kimi iki ağır yük daşıyırdın. Əziyyətin böyük idi. Yorulsan da, dilinə gətirməzdin. Yəqin ki, bunu bizə nisgil olmasın deyə belə edirdin. Bunu mən ana olandan sonra anladım.

Anam mənim, indi sən gördüyün dünya da dəyişib. Dəyişməyən ana sevgisi, ana məhəbbətidir. Yəqin ki, bu heç zaman dəyişməyəcək də. İndi sən məndən yaşca kiçiksən. Lakin sənə elə ehtiyacım var ki. Heç olmasa yuxularıma gəl, dərdləşək. Düşünürəm ki, sənin yuxuda da olsa söyləyə biləcəklərin həyatıma yüngüllük gətirər.


Rəfiqə  SADIQOVA,

yazıçı-jurnalist

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kiberdələduzluğun yeni üsulları - DİN çağırış edir

10:51
28 Avqust

Bakıda küləyin sürəti saniyədə 23 metrədək güclənir - FAKTİKİ HAVA

10:43
28 Avqust

Restoranlarda servis haqqı olmalıdırmı?

10:27
28 Avqust

ANA

10:20
28 Avqust

Qızıl və gümüş ucuzlaşıb

10:18
28 Avqust

Neft qiymətləri azalır

10:16
28 Avqust

“Sabah”ın baş məşqçisi: Biz “Qarabağ”dan çox şey öyrəndik

10:14
28 Avqust

Laçın Beynəlxalq Film Festivalının qalibləri mükafatlandırılıb

10:13
28 Avqust

Azərbaycan nefti 92 dollardan baha satılır

10:12
28 Avqust

Bakıda güclü külək nəticəsində 2 nəfər xəsarət alıb

10:11
28 Avqust

Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib

10:09
28 Avqust

Astanada Azərbaycanın milli incəsənəti və pəhləvanlıq ənənələri təqdim olunub

10:06
28 Avqust

Ərdəbil sevdalı Rübabə xanım

09:59
28 Avqust

Sözün, sənətin və iradənin birləşdiyi film - "Qəzəlxan"

09:52
28 Avqust

Yeni mərhələ, regional rəqabət və mövcud potensial

09:45
28 Avqust

"Yanardağ" qoruğunu ən çox hansı ölkələrin vətəndaşları ziyarət ediblər?

09:38
28 Avqust

Azərbaycanın suyu da dərmandır, "Qalaaltı" kimi

09:31
28 Avqust

Azərbaycan və Özbəkistan arasında əlyazmaların surətlərinin mübadiləsinə dair təşəbbüs irəli sürülüb

09:24
28 Avqust

Azərbaycanın xilaskarlıq missiyası

09:17
28 Avqust

Müəllim, alim, ictimai xadim

09:10
28 Avqust

Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb  

09:08
28 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!