28 Noyabr 2023 09:40
539
SİYASƏT
A- A+
"Yalan ayaq tutar, yeriməz"

"Yalan ayaq tutar, yeriməz"

 

Media azadlığından sui-istifadə edənlərin təxribatları ifşa olunur 

 

"Çox təəssüflər olsun ki, bəzi hallarda Azərbaycandakı media azadlığından milli maraqlara qarşı sui-istifadə hallarına rast gəlirik. Jurnalist ilk növbədə peşə etikasına riayət etməli, milli maraqlara xidmət göstərməli və yad ünsürlərdən kənar durmalıdır. Hər bir media nümayəndəsi öz fəaliyyətində xalqın, dövlətin təəssübünü çəkməlidir, onun maraqlarına xidmət göstərməlidir". 
Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Azxeber.com" informasiya portalının baş redaktoru Hacıbəy Heydərli deyib. O qeyd edib ki, ölkədəki media, söz azadlığından istifadə edən bəzi şəxslər zaman-zaman xarici ölkələrin təsiri altına düşür, onların yalan vədlərinə, maddi maraqlarına aldanırlar. "Təsadüfi deyil ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki zəfərindən sonra bizi sevməyən ölkələr aktivləşib, onlar hər vəchlə ölkədəki sabitliyi pozmağa çalışırlar. Cəbhədə müharibə bitsə də, informasiya müharibəsi davam edir", -  deyən baş redaktor bildirib ki, bu müharibədə də aparıcı qüvvə heç şübhəsiz media nümayəndələridir: "Bu baxımdan jurnalistlərimiz çox diqqətli olmalı və ölkənin milli maraqlarını hər şeydən üstün tutmalıdırlar. Prezident İlham Əliyev jurnalistlərlə görüşündə bu haqda demişdir: Milli jurnalistikamız, Azərbaycan jurnalistikası vətənpərvər olmalıdır, milli maraqlar hər şeydən üstün olmalıdır. Ümummilli məsələlərdə heç bir kənar fikir ola bilməz. Düşünürəm ki, bu sözlər hər bir azərbaycanlı jurnalist üçün yol xəritəsi olmalıdır. Bir çox hallarda media haqda danışarkən, biz onun birinci funksiyasını cəmiyyəti informasiya ilə təmin etmək kimi görürük. Ancaq burada çox incə məqamlar var, jurnalist informasiya ilə dövlət sirrini, hərbi sirri ayırd etməyi bacarmalıdır".
H.Heydərli onu da vurğulayıb ki, Azərbaycan cəmiyyəti digər ölkələrin maraqlarına xidmət edən şəxsləri çox yaxşı ayırd edə bilir və onlara sərt münasibətini göstərir: "Bu adamların heç bir sosial dəstəyi mövcud deyil, onlar sadəcə Qərb dairələrinin sifarişlərini həyata keçirir və düşmən mövqeyindən çıxış edirlər. Tam əminliklə deyə bilərik ki, Azərbaycan mediası və cəmiyyəti Qərbdəki mərkəzlər tərəfindən həyata keçirilən anti-Azərbaycan kampaniyasına lazımi şəkildə cavab verir. Bu isə həm də o deməkdir ki, Azərbaycan mediası artıq dövlətimizin maraqlarını həm daxildə, həm də xaricdə müdafiə etmək, qorumaq gücünə malikdir".

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!