24 Fevral 2023 01:01
1872
Mədəniyyət
A- A+
Xurşidbanu Natəvan təsviri sənətdə

Xurşidbanu Natəvan təsviri sənətdə

 

Azərbaycan bədii fikrinin görkəmli siması, şair, rəssam, ictimai xadim Xurşidbanu Natəvanın 180 və 190 illik yubileyləri Prezident İlham Əliyevin 2012 və 2022-ci illərdə imzaladığı sərəncamlarla yüksək səviyyədə qeyd olunub. Xan qızı Natəvan Qarabağda ictimai fəaliyyəti ilə dövrünün sayılıb-seçilən, xeyirxah qadınlarından biri kimi tanınıb. Araz çayından Ağcabədiyə çəkilən su arxının, Bakıdan Şıx kəndinə gedən baş yolun çəkilişi onun adı ilə bağlıdır. O, Şuşaya, eləcə də Malıbəyli kəndinə su çəkdirmişdi. Şuşanın mərkəzindəki bulaq onun adı ilə "Xan qızı bulağı" adlanır. X.Natəvan ədəbiyyata bağlı olub, şeirlər yazıb, dövrünün tanınmış şairi olub. O həm də təsviri sənətlə məşğul olub, gözəl rəsmlər çəkib, dekorativ tətbiqi sənət sahəsində maraqlı nümunələr ərsəyə gətirib. 
X.Natəvanın AMEA-nın Əlyazmalar İnstitutunda mühafizə olunan şeirlərindən ibarət albom diqqəti cəlb edir. "Gül dəftəri" adlanan 227 səhifəlik albom 1886-cı ildə hazırlanıb. Albomun cildinin üzərində tirmə rəngli saplarla bir tərəfdə nərgiz, qızılgül və miladi "1886-cı il" tarixi, digər tərəfdə isə küknar, qovaq, şam ağacı və "1304-cü il" hicri tarixi toxunulub. Albomda yasəmən, qərənfil, süsən, lalə gülləri, quşlar, evlər, körpülər təsvir edilib, müxtəlif mənzərə, miniatür və etüdlər yaradılıb. Rəsmlər nazik uclu qara karandaşla icra olunub. X.Natəvan incə rəssam təxəyyülü ilə realist formada naturadan müxtəlif mənzərə rəsmləri çəkib. O, naturadan, yüksək dəqiqliklə obyektin plastik quruluşunun və işıq-kölgə həllinin uğurlu icrasına nail olub. Tiflis mənzərələrindən "Kür qırağı", "Metex qalası", "Narınqala", "Müctəhid bağı", "Şeyx Sənan dağı"nın rəsmləri olduqca təbii və canlı təsvir edilmişdir. Natəvan Qarabağa həsr edilmiş mənzərə rəsmlərini ustalıqla real təsvir metodu ilə çəkmişdir. Şairlər Məmo bəy Məmai və Həsən Yüzbaşıyev Natəvanın rəsm etdiyi "Gül", "Bənövşə", "Qərənfil", "Qönçə" rəsmlərindən ilhamlanaraq ona şeirlər həsr etmişlər. 
Milli Azərbaycan Tarixi Muzeyində X.Natəvanın yüksək zövqlə, zərif dekorativ naxışlarla bəzədilmiş şəxsi əşya və geyimləri saxlanılır. Xan qızı 1858-ci ildə anası və həyat yoldaşı Xasay Usmiyevlə birlikdə məşhur fransız yazıçısı Aleksandr Düma ilə Bakıda görüşərkən digər hədiyyələrlə yanaşı, öz əli ilə tikdiyi pul kisəsini də yazıçıya bağışlamışdı. Əl işinin incəliyinə və sənətkarlıq xüsusiyyətlərinə heyran qalan A.Düma onu "ən gözəl hədiyyə" adlandırmışdı. A.Düma ilə birgə Azərbaycanda olmuş fransız rəssamı J.P.Moyne Natəvanla görüşlərindən xatirə rəsmi çəkmişdir. 
Xurşidbanu şəxsiyyəti, obrazı və yaradıcılığı ilə təsviri sənət nümayəndələrinin diqqətini cəlb etmiş, ona həsr olunmuş bir çox rəssamlıq, qrafika və heykəltaraşlıq əsərləri yaradılmışdır. Azərbaycanın tanınmış rəssamı, qrafika və heykəltaraşlıq ustaları - Heydər Cabbarlı, Mikayıl Abdullayev, Maral Rəhmanzadə, Tağı Tağıyev, Nəcəfqulu İsmayılov, Altay Hacıyev, Arif Hüseynov, Abdulla Ələkbərov, E.Tripolskaya, Həyat Abdullayeva, Ömər Eldarov, Elcan Şamilov, Salhab Məmmədov, Əli İbadullayev, Akif Əsgərov, Natiq Əliyev, İmran Mehdiyev və başqaları öz yaradıcılıqlarında şairin obrazına, onun ədəbi və ictimai fəaliyyətinə həsr edilmiş əsərlər yaradıblar. Bu sənət nümunələri əsasən Azərbaycan Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və şəxsi kolleksiyalarda saxlanılır. Monumental heykəltaraşlıq əsərləri isə ölkəmizin və xarici dövlətlərin şəhərlərində ucalır. 
Natəvanın ədəbi yaradıcılığı özünün bədii məziyyətləri ilə seçilir. O, ağır tale yaşayıb. Şairin həyat yoldaşı və ciyərparə oğlu dünyadan vaxtsız köçüblər. Oğul dərdi onun ədəbi yaradıcılığında kədərli cığır açıb. Övlad fərağı ilə o, bir çox şeirlər yazıb. X.Natəvan obrazı, onun surətinin təsviri rəssamlarımızın yaradıcılığında məhz bu baxımdan təcəssüm olunub.
Xan qızının təsviri sənətdə ilk dəfə surətini yazıçı, dramaturq Cəfər Cabbarlının qardaşı oğlu, rəssam Heydər Cabbarlı yaradıb. X.Natəvanın Xalq rəssamı, heykəltaraş Ömər Eldarovun yaratdığı heykəlinin ərsəyə gəlməsində Heydər Cabbarlının rolu olub. Belə ki, heykəltaraş bədii şuranın üzvü olarkən H.Cabbarlı çəkdiyi Xan qızının portreti ilə yanaşı, şairin fotolarını da bədii şuraya təqdim edib. Bu zaman bədii şuranın üzvü olan Ö.Eldarovun diqqətini cəlb edən Xan qızının fotosurətləri sonradan heykəltaraşın şairənin mərmərdən büstünün və tunc, qranitdən monumental heykəlinin yaradılmasına səbəb olmuşdur. Bu heykəli Mirzə İbrahimov Ö.Eldarovun emalatxanasında görmüş, Bakıda qoyulmasına təşəbbüs göstərmişdir. Memarları E.İsmayılov və F.Leontyev olan heykəlin açılışı 1960-cı ildə baş tutmuşdur. Bakının mərkəzində X.Natəvanın milli geyimdə, fikirlərə qərq olmuş, qəmli baxışları ilə yadda qalan duyğulu və bir qədər də qəmli obrazı dairəvi postament üzərində olduqca cəlbedici görünür. Həmçinin Xan qızı Natəvanın 2016-cı ildə Belçikanın Vaterleo şəhərində (müəllif İmran Mehdiyev) və 2017-ci ildə Fransanın Evian-le Bən şəhərində (müəlliflər Salhab Məmmədov və Əli İbadullayev) heykəlləri qoyulub. Şairənin Ağdamda yerləşən qəbirüstü abidəsinin müəllifi Xalq rəssamı, heykəltaraş Elcan Şamilov olmuşdur. 
Xalq rəssamı Mikayıl Abdullayev Xan qızının obrazına iki dəfə müraciət edib. Onun yaratdığı "Xurşidbanu Natəvanın portreti" adlı rəngkarlıq əsəri diqqəti daha çox cəlb edir. Rəssamın "Xeyir-dua" adlı əsəri Üzeyir bəy Hacıbəylinin məktəb illərinə həsr olunub. Kompozisiyanın mərkəzində Hacıbəylilərin qonşusu olmuş şairin obrazı təsvir edilib. Rəssam burada kiçik Üzeyir təhsil almağa yollanarkən X.Natəvanın onu müqəddəs "Qurani-Kərimin" altından keçirərək xeyir-dua verməsini təsvir edib. 
Xalq rəssamı Oqtay Sadıqzadə şairin obrazına bir neçə dəfə müraciət edib. 
Əslən Şuşadan olan, Xalq rəssamı Altay Hacıyev yaradıcılığında Natəvanın müxtəlif biçimlərdə yadda qalan obrazını yaradıb. 
Xalq rəssamı Maral Rəhmanzadə 1985-ci ildə X.Natəvanın əsərlərinə müraciət edərək, şairin ədəbi yaradıcılıq nümunələrinə akvarel texnikasında illüstrasiyalar yaratmışdır. 
Xalq rəssamı Tağı Tağıyevin "Xurşidbanu Natəvan", Əməkdar incəsənət xadimi Nəcəfqulu İsmayılovun "Xurşidbanu Natəvan", Xalq rəssamı Arif Hüseynovun "Qarabağ tarixi" seriyasından "Xurşidbanu Natəvan" portretləri, Xalq rəssamı, heykəltaraş Akif Əsgərovun "X.Natəvan və A.Dümanın Bakıda görüşü" adlı kiçik formalı heykəltaraşlıq əsərləri də özlərinin bədii texniki işlənilmə və estetik məziyyətləri baxımından nəzər-diqqəti cəlb edir.
Ötən il Azərbaycan Milli İncəsənət Muzeyində X.Natəvanın 190 illik yubileyi ilə əlaqədar "Tək inci" adlı sərgi təşkil olunmuşdur. Sərgidə Xan qızının rəsmləri və əl işləri, həmçinin rəssamlarımızın ona həsr etdikləri təsviri sənət nümunələri nümayiş etdirilmişdir.

Əsəd QULİYEV,
Rəssamlar İttifaqının üzvü,
sənətşünas

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!