18 Avqust 2017 12:08
222
İQTİSADİYYAT
A- A+
Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb

Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb

 

Azərbaycanda xurma istehsalı və ixracı ilə məşğul olan sahibkarların təşəbbüsü və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis olunub.

Bununla bağlı avqustun 16-da Göyçay rayonunda nazirliyin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AzPROMO) dəstəyi, Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Göyçay və ətraf rayonlarda xurma istehsalı və ixracı ilə məşğul olan 50-yə yaxın sahibkarın iştirakı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən AzPROMO-nun vitse-prezidenti Yusif Abdullayev qeyd edib ki, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılması, bu sahədə ixracın genişləndirilməsi prioritet istiqamətlərdəndir və Prezidentin “Made in Azerbaijan” brendinin təbliğinə dair 2016-cı il 5 oktyabr tarixli fərmanı bu baxımdan xüsusilə əhəmiyyətlidir.

Vurğulanıb ki, hazırda Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması və ixracının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin xarici ölkələrdə təbliği məqsədilə ixrac missiyaları təşkil edilir, beynəlxalq sərgilərdə yerli məhsullarımız vahid ölkə stendində nümayiş olunur, xarici ölkələrə ticarət nümayəndələri təyin edilir və ticarət evləri yaradılır, sahibkarlara ixrac təşviqi ödənilir, ixracatçılara məsləhət xidməti göstərilir, ixtisaslaşmış assosiasiyaların yaradılması dəstəklənir.

Azərbaycan əsas xurma istehsalçısı və ixracatçılarındandır və ölkəmizin bu sahədə geniş potensialı var. Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının fəaliyyəti də sahibkarlığın inkişafı, eləcə də bu sahədə istehsalın və ixracın artırılması, ölkənin ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli olacaq. Bildirilib ki, İqtisadiyyat Nazirliyi dövlət başçısının tapşırığına uyğun olaraq, sahibkarların ixtisaslaşmış assosiasiyalarda birləşməsinə daim dəstək göstərir və indiyədək nazirliyin dəstəyi ilə arıçılar, şərab, nar, fındıq, meyvə-tərəvəz, tekstil ixracatçıları və istehsalçıları assosiasiyaları yaradılıb. Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının fəaliyyətinin təşkilinə də lazımi dəstək göstəriləcək.

Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Ədalət Dövlətov sahibkarlığın inkişafı ilə bağlı rayonda görülmüş işlər, həyata keçirilən layihələr barədə məlumat verib, belə assosiasiyaların yaradılmasının əhəmiyyətini vurğulayıb.

Sonra tədbir iştirakçılarının təklifi əsasında Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının təsis edilməsi məsələsi səsə qoyulub və yekdilliklə qəbul olunub.

Assosiasiyanın dövlət qeydiyyatı ilə bağlı təşkilati məsələlərə dair müzakirələr aparılıb, “Siracoğlu Fermer Təsərrüfatı” şirkətinin rəhbəri Qədir Yusifov assosiasiyanın idarə heyətinin sədri seçilib.

“Siracoğlu Fermer Təsərrüfatı” şirkətinin rəhbəri Q.Yusifov assosiasiyanın fəaliyyətinin xurma istehsalı və ixracı sahəsində fəaliyyət göstərən sahibkarlar arasında assosiativ əlaqələrin qurulması, bu sahədə ixracın genişləndirilməsi baxımından səmərəli olacağını qeyd edib.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub  

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib  

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

“Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş tədbir keçirilib  

16:26
19 Dekabr

Ceyhun Əliyev: Ölkə ərazisində 600-ə qədər orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı mövcuddur  

16:24
19 Dekabr

Arayik Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir  

16:07
19 Dekabr

Vətəndaşların daha çox müraciət etdikləri xəstəxanaların adları açıqlanıb  

16:02
19 Dekabr

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Donald Tramp Venesuela ilə müharibə ehtimalını istisna etməyib  

15:51
19 Dekabr

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!