19 Dekabr 2023 10:35
690
İQTİSADİYYAT
A- A+
Xoşbulaq müasir turizm məkanına çevrilə bilər

Xoşbulaq müasir turizm məkanına çevrilə bilər

 

Təbiət gözəllik yaradanda sanki heç nəyi Azərbaycandan əsirgəməyib. Başdan-başa təbii mənzərələri ilə seçilən ölkəmizdə flora və fauna o qədər zəngindir ki, xarici turistlər bu gözəlliyə heyran qalmaya bilmirlər. Hətta elə ərazilərimiz var ki, onun havasının, bitki örtüyünün şəfaverici olması artıq çoxdan qəbul edilib.
Daşkəsən rayonunun Xoşbulaq kəndinin sorağı hələ yüz illərlə əvvəl dillərdə dastan olub. Buranın müalicə bitkilərinin min bir dərdə dərman olması, təmiz havası barədə Azərbaycanda bilməyən, eşitməyən az adam tapılar. Odur ki, nəinki yay aylarında, eləcə də qış mövsümündə Xoşbulaq qonaq sarıdan korluq çəkmir.
Bütün bunları nəzərə alan dövlət başçısının diqqət və qayğısı ilə son illər Xoşbulaq yaylağına asfalt yol çəkilmiş, kənddə çoxsaylı infrastruktur layihələri reallaşdırılmışdır. İndi burada qaz, işıq, su problemi demək olar tamamilə aradan qaldırılmışdır. Kənddə əhalinin də, evlərin də sayı xeyli artmışdır.  Buradakı müasir Olimpiya Mərkəzi ilin bütün aylarında turistlərlə dolu olur. Kənd kitabxanası, mədəniyyət evi, klub da həm kənd sakinlərinin, həm də qonaqların tez-tez üz tutduqları yerlərdir. Xüsusən yay aylarında respublikamızın müxtəlif bölgələrindən insanlar dəbdəbəli istirahət məkanlarından qaçaraq dincəlmək üçün Xoşbulağa gəlirlər. Onlar əsasən evlər kirayələyirlər. Amma kənd turizminin geniş yayıldığı Xoşbulaqda hotel-restoran tipli ailəvi istirahət məkanları da mövcuddur. Onu da qeyd edək ki, Xoşbulağa ən çox gələnlər əsasən astma-bronx xəstəliyindən əziyyət çəkənlər olur.
Kənddə turistlərin razı qaldıqları məqamlardan biri də burada təbii və keyfiyyətli qida məhsullarının ucuz və asan tapılmasıdır. Bu isə o deməkdir ki, Xoşbulaqda dincəlmək turistlərə o qədər də baha başa gəlmir. Bir sözlə, Xoşbulağın bir problemi varsa, o da kəndə hələ qəsəbə statusunun verilməməsidir. Yerli sakinlərlə söhbət zamanı dedilər ki, kəndə qəsəbə statusu verilməsinin artıq vaxtı çatıb. Yaxşı olardı ki,  bu məsələ ilə bağlı dövlət orqanları götür-qoy edib qərar qəbul edəydilər. Bu, ölkəmizdə daha bir müasir turizm məkanının yaranmasına imkan verərdi. 

Sabir ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!