29 May 2026 17:36
184
İQTİSADİYYAT
A- A+
Xocalıda istehsal olunan tekstil məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək

Xocalıda istehsal olunan tekstil məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək

İşğaldan azad olunmuş ərazilərdə yeni istehsal müəssisələrinin qurulması və əhalinin məşğulluğunun təmin edilməsi dövlətin əsas prioritetlərindən biridir. Mayın 28-də Prezident İlham Əliyevin iştirakı ilə Xocalı şəhərində açılışı olan “Qarabağ Tekstil Evi” Məhdud Məsuliyyətli Cəmiyyətində 85 nəfər daimi işlə təmin olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Türkiyə və Çin texnologiyalarının quraşdırıldığı müəssisədə il ərzində 1,4 milyon ədəd tekstil məhsulu istehsal olunacaq.

“Qarabağ Tekstil Evi” MMC-nin təsisçisi Rizvan Təhməzov jurnalistlərə açıqlamasında bildirib ki, ilkin mərhələdə müəssisədə müxtəlif çeşiddə və ölçülərdə ev tekstili məhsulları, o cümlədən yataq dəsti, çarpayı və divan örtüyü, dəsmal və digər məhsulların istehsalı nəzərdə tutulur. Xammal tədarükü əsasən daxili bazar hesabına təmin ediləcək müəssisəyə, eyni zamanda, Türkiyə, Özbəkistan və Çindən də xammal idxal olunacaq. Müəssisənin məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək.

O deyib ki, müəssisədə işlə təmin olunanlar əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlardır. Bununla yanaşı, Xocalı və Ağdam rayonlarının 40 sakini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə təşkil edilən 2 aylıq peşə təliminə cəlb olunacaq. Təlim proqramını uğurla başa vuran iştirakçılar müəssisədə işlə təmin ediləcəklər. Gələcəkdə iş yerlərinin sayının 200-ə çatdırılması, əlavə olaraq geyim istehsalının təşkili planlaşdırılır.

İstehsal müəssisəsinin ilkin investisiya dəyəri 4,2 milyon manatdır. Onun yaradılmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 3,2 milyon manat məbləğində güzəştli kredit ayrılıb, 1 milyon manat isə özəl investisiya yönləndirilib. Müəssisə işğaldan azad edilmiş ərazilərin rezidentləri üçün nəzərdə tutulan bütün güzəşt və azadolmalardan yararlanacaq.

Qeyd edək ki, Xocalıda “Qarabağ Tekstil Evi” MMC-nin fəaliyyətə başlaması ölkəmizdə sənayenin inkişafına, yerli istehsalın və ixrac potensialının genişləndirilməsinə, idxaldan asılılığın azaldılmasına töhfə verəcək, işğaldan azad edilmiş ərazilərdə məşğulluğun artırılmasına şərait yaradacaq. Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün əlverişli investisiya və biznes mühiti yaradılıb ki, bu da regionda iqtisadi fəaliyyətin genişlənməsinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir. İşğaldan azad edilmiş ərazilərin rezidentləri üçün geniş vergi, gömrük və sosial güzəştlər tətbiq olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İranla bağlı son qərar vermək üçün Ağ Evdə komandası ilə görüşür

19:04
29 May

Çexiyada Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil edilib YENİLƏNİB

18:52
29 May

Xocalıda istehsal olunan tekstil məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək

17:36
29 May

Havanın temperaturu 3-6 dərəcə enəcək- XƏBƏRDARLIQ

17:31
29 May

Türkiyədə Şengen viza sistemindən narazılıq artır

16:53
29 May

San-Marino Respublikasının Regent Kapitanları Aliçe Mina və Vladimiro Selvadan

16:41
29 May

Xankəndidə 4 növdə iş əlcəkləri istehsal ediləcək

16:21
29 May

Meksikada Müstəqillik Günü münasibətilə təntənəli konsert təşkil olunub

16:07
29 May

Bakı Təşəbbüs Qrupu Hindistandakı kasta ayrı-seçkiliyini beynəlxalq gündəmə gətirir

15:56
29 May

İstanbulun fəthindən 573 il ötür

14:59
29 May

Varşavada Visla çayının üzərindəki körpü Azərbaycan bayrağının rənglərinə bürünüb

14:46
29 May

Rumıniyada dron insidenti Avropanın təhlükəsizlik sistemində yeni çağırışları üzə çıxarıb

14:37
29 May

Sabah paytaxtda və bölgələrdə qeyri-sabit hava şəraiti gözlənilir

14:27
29 May

İordaniya mətbuatı Azərbaycanın Müstəqillik Gününü geniş işıqlandırıb

13:19
29 May

Malayziyada Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

13:17
29 May

ABŞ-İran danışıqları neft bazarına təsir etdi: qiymətlər kəskin düşdü

13:10
29 May

Romada Azərbaycanın Müstəqillik Günü: İtaliya rəsmiləri strateji tərəfdaşlığı yüksək qiymətləndiriblər

12:58
29 May

Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifdən

12:58
29 May

Azərbaycana İrandan külli miqdarda narkotik vasitə gətirən yük maşınının sürücüsü saxlanıldı

12:32
29 May

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

12:31
29 May

Dövlət Məşğulluq Agentliyi əlilliyi olan 1500 nəfəri işlə təmin edib

12:08
29 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!