29 May 2026 18:52
160
İQTİSADİYYAT
A- A+
Çexiyada Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil edilib YENİLƏNİB

Çexiyada Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil edilib YENİLƏNİB

28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın Çex Respublikasındakı səfirliyi tərəfindən rəsmi qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, qəbulda Çex Respublikasının Baş naziri Andrey Babiş, Parlamentin Deputatlar Palatasının Sədri Tomio Okamura, Çexiya Hökumət Ofisinin rəhbəri xanım Tünde Barta, Baş nazirin milli təhlükəsizlik üzrə müşaviri Hinek Kmoniçek başda olmaqla, Çexiya dövlət qurumlarının çoxsaylı nümayəndələri, Parlamentin Deputatlar Palatasının Azərbaycan–Çexiya Dostluq Qrupunun üzvləri, Çexiyada akkreditə olunmuş diplomatik korpus rəhbərləri, habelə media təmsilçiləri və Azərbaycanlı diaspor fəalları iştirak ediblər.

Azərbaycan və Çexiyanın dövlət himnləri səsləndirildikdən sonra səfir Yaşar Əliyev açılış nitqi ilə çıxış edib. 1918-ci ildə yaradılmış və müsəlman Şərqinin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli kimliyinin möhkəmləndirilməsi və müasir dövlətçilik ənənələrinin formalaşdırılmasında mühüm tarixi rol oynadığını bildirən səfir, bu irsin Azərbaycan xalqının 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etməsi və dövlətçilik ənənələrini qoruyub saxlaması üçün mühüm zəmin yaratdığını qeyd edib.

Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra böyük inkişaf və transformasiya yolu keçdiyini vurğulayan səfir, ölkəmizin hazırda Cənubi Qafqazın aparıcı iqtisadi gücü olmaqla yanaşı, regional bağlantılar, enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlıq sahələrində etibarlı beynəlxalq tərəfdaş kimi çıxış etdiyini, həmçinin Orta Dəhliz layihəsi vasitəsilə dialoq, ticarət və regional əməkdaşlığın inkişafında mühüm rol oynadığını bildirib.

Ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi edən nüfuzlu ölkəyə çevrildiyini qeyd edən səfir, COP29-un uğurlu təşkilindən sonra Azərbaycanın bu ilin mayında davamlı şəhər inkişafı, təhlükəsiz və dayanıqlı yaşayış mühiti, iqlim dəyişiklikləri, əlçatan mənzil təminatı, inklüziv inkişaf və regional əməkdaşlıq kimi mühüm məsələlərin müzakirə olunduğu və 186 ölkədən dövlət və hökumət nümayəndələrinin iştirak etdiyi BMT-nin Dünya Urbanizasiya Forumunun 13-cü Sessiyasına (WUF13) da müvəffəqiyyətlə ev sahibliyi etdiyini vurğulayıb.

Hazırda Azərbaycan–Çexiya ikitərəfli münasibətlərinin tarixi inkişaf mərhələsi yaşadığını bildirən səfir, bir ay əvvəl Çexiya Baş naziri Andrey Babişin 50-dən çox aparıcı Çex şirkətinin nümayəndələri ilə birlikdə Azərbaycana rəsmi səfər etdiyini və səfərin Baş nazirin Avropa İttifaqından kənara ilk rəsmi səfəri olmasının Çexiyanın ikitərəfli münasibətlərimizə verdiyi xüsusi əhəmiyyəti sübut etdiyini vurğulayıb.

Bununla yanaşı, səfər çərçivəsində təşkil olunmuş Azərbaycan–Çexiya Biznes Forumunda iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, ənənəvi sahələrlə yanaşı, qarşılıqlı maraq doğuran yeni istiqamətlər üzrə əməkdaşlıq imkanlarının da müzakirə edildiyini qeyd edən səfir, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forumdakı çıxışına istinad edərək, “Hazırkı mövcud yüksək səviyyəli siyasi təmasların iki ölkə liderləri tərəfindən biznes dairələrinə ikitərəfli ticarət və investisiya əlaqələrinin daha da inkişaf etdirilməsi ilə bağlı aydın siyasi mesaj” olduğunu bildirib.

Rəsmi qəbulda fəxri qonaq qismində çıxış edən Çex Respublikasının Baş naziri Andrey Babiş Çexiyanın Azərbaycan ilə strateji tərəfdaşlıq münasibətlərini çox yüksək qiymətləndirdiyini qeyd edərək, bu əlaqələrin müxtəlif sahələrdə uğurla genişləndirilməsindən məmnunluğunu ifadə edib.

İqtisadi əməkdaşlıq əlaqələrinə xüsusilə toxunan Baş nazir, ticarət və investisiya əlaqələrinin ildən-ilə inkişaf etdiyini, Çex şirkətlərinin Azərbaycandakı geniş imkanlardan yararlanaraq azərbaycanlı tərəfdaşlarla əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.

Enerji sahəsində əməkdaşlığın münasibətlərimizin əsasını təşkil etdiyini bildirən A. Babiş, Azərbaycanın Çexiyanın ən böyük xam neft təchizatçısı olduğunu və bunun yalnız iqtisadi maraq deyil, eyni zamanda qarşılıqlı etimad və etibarlı tərəfdaşlığın göstəricisi olduğunu bildirib. O, həmçinin enerji təhlükəsizliyinin qlobal gündəmdə xüsusi əhəmiyyət kəsb etdiyi bir dövrdə Azərbaycan kimi etibarlı tərəfdaşa sahib olmağın Çexiya üçün çox böyük önəm daşıdığını vurğulayıb.

Eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və enerji mənbələrinin şaxələndirilməsindəki mühüm rolundan bəhs edən Baş nazir, Xəzər regionunu Avropa bazarları ilə birləşdirən təşəbbüslərin strateji əhəmiyyət daşıdığını və bu kontekstdə Azərbaycanı əsas tərəfdaşlardan biri hesab etdiklərini qeyd edib.

Azərbaycana son səfərini və səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə aparılmış açıq və konstruktiv müzakirələri, eləcə də cari ilin yanvarında Davos Dünya İqtisadi Forumu çərçivəsində iki lider arasında baş tutan görüşü məmnunluqla xatırlayan A. Babiş, bu tip müntəzəm dialoqun münasibətlərimizin yalnız formal xarakter daşımadığını, əksinə, praktiki nəticələrə yönəlmiş fəal əməkdaşlıq formatında inkişaf etməsinin göstəricisi olduğunu qeyd edərək, bu təmasların qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və Çexiya–Azərbaycan iqtisadi əməkdaşlığının daha da genişləndirilməsinə yeni imkanlar yaradacağına əminliyini ifadə edib.

Karlovı Varı hava limanının uçuş-enmə zolağının genişləndirilməsi üzərində çalışdıqlarını və bu addımın azərbaycanlı turistlərin Çexiyanın məşhur kurort şəhərlərinə səfərlərinin artmasına töhfə verəcəyini bildirən Baş nazir, bununla yanaşı, Budvar məhsullarının Azərbaycanda istehsalı istiqamətində əməkdaşlığı dəstəklədiklərini və bu sahədə artıq ilkin danışıqların başladığını da qeyd edib.

Azərbaycanın sürətli inkişafı, yüksək əzmi və gələcəyə olan inamının onda böyük təəssürat yaratdığını bildirən A.Babiş, səfər zamanı yalnız iqtisadi əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlər üzrə məhsuldar müzakirələrin deyil, eyni zamanda iki xalq arasında mövcud olan səmimi münasibətlər və qarşılıqlı etimada da şahid olduğunu qeyd edib. O, həmçinin Azərbaycan xalqının qonaqpərvərliyi və səmimiyyətinin onda dərin təəssüratlar yaratdığını xüsusilə vurğulayıb.

Nitqinin sonunda Baş nazir geniş potensiala malik ikitərəfli əlaqələrimizin qarşılıqlı etimad, konstruktiv dialoq və praktiki əməkdaşlıq ruhunda daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Tədbirdə həmçinin Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Tomio Okamura da çıxış edib.

Çexiya və Azərbaycan arasında uzun illər qarşılıqlı hörmət və ortaq iqtisadi maraqlara əsaslanan praqmatik münasibətlərin mövcud olduğunu bildirən T. Okamura, Azərbaycanın son illərdə təkcə Qafqazın deyil, həmçinin Avropa dövlətlərinin əsas tərəfdaşlarından birinə çevrildiyini qeyd edib. Enerji sahəsində əməkdaşlığımızı yüksək qiymətləndirən sədr, Azərbaycanın bu gün Çexiyanın enerji təhlükəsizliyi və strateji resurslarının şaxələndirilməsi istiqamətində mühüm tərəfdaşı olduğunu bildirib.

T. Okamura enerji ilə yanaşı, ticarət, nəqliyyat, investisiya, mədəniyyət və xalqlararası əlaqələr kimi digər sahələrdə də münasibətlərin gələcək inkişafına inamını ifadə edib.

O, çıxışının sonunda Cənubi Qafqaz regionunda sabitliyin və sülhün möhkəmləndirilməsinə yönəlmiş diplomatik səyləri alqışladığını bildirib.

Ziyafət zamanı Azərbaycan Mədəniyyət Evinin rəhbəri Leyla Begimin kuratorluğu ilə Müstəqillik Gününə həsr olunmuş xüsusi sərgi-kompozisiya təqdim olunub. Sərgidə nümayiş olunan və azərbaycanlı rəssamlar Vəfa Aşumova və Heyran Mustafazadənin müəllifi olduqları, Azərbaycan mədəniyyətinin zənginliyini əks etdirən gəlinciklər, rəsmlər və digər simvolik sənət nümunələri qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İranla bağlı son qərar vermək üçün Ağ Evdə komandası ilə görüşür

19:04
29 May

Çexiyada Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil edilib YENİLƏNİB

18:52
29 May

Xocalıda istehsal olunan tekstil məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək

17:36
29 May

Havanın temperaturu 3-6 dərəcə enəcək- XƏBƏRDARLIQ

17:31
29 May

Türkiyədə Şengen viza sistemindən narazılıq artır

16:53
29 May

San-Marino Respublikasının Regent Kapitanları Aliçe Mina və Vladimiro Selvadan

16:41
29 May

Xankəndidə 4 növdə iş əlcəkləri istehsal ediləcək

16:21
29 May

Meksikada Müstəqillik Günü münasibətilə təntənəli konsert təşkil olunub

16:07
29 May

Bakı Təşəbbüs Qrupu Hindistandakı kasta ayrı-seçkiliyini beynəlxalq gündəmə gətirir

15:56
29 May

İstanbulun fəthindən 573 il ötür

14:59
29 May

Varşavada Visla çayının üzərindəki körpü Azərbaycan bayrağının rənglərinə bürünüb

14:46
29 May

Rumıniyada dron insidenti Avropanın təhlükəsizlik sistemində yeni çağırışları üzə çıxarıb

14:37
29 May

Sabah paytaxtda və bölgələrdə qeyri-sabit hava şəraiti gözlənilir

14:27
29 May

İordaniya mətbuatı Azərbaycanın Müstəqillik Gününü geniş işıqlandırıb

13:19
29 May

Malayziyada Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

13:17
29 May

ABŞ-İran danışıqları neft bazarına təsir etdi: qiymətlər kəskin düşdü

13:10
29 May

Romada Azərbaycanın Müstəqillik Günü: İtaliya rəsmiləri strateji tərəfdaşlığı yüksək qiymətləndiriblər

12:58
29 May

Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifdən

12:58
29 May

Azərbaycana İrandan külli miqdarda narkotik vasitə gətirən yük maşınının sürücüsü saxlanıldı

12:32
29 May

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

12:31
29 May

Dövlət Məşğulluq Agentliyi əlilliyi olan 1500 nəfəri işlə təmin edib

12:08
29 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!