27 May 2026 08:50
141
İQTİSADİYYAT
A- A+
Prezident aqrar sektorun qarşısına konkret vəzifə qoydu

Prezident aqrar sektorun qarşısına konkret vəzifə qoydu


Daxili bazar əsas ərzaq məhsulları ilə yerli istehsal hesabına təmin olunmalıdır


1980-ci illərin sonu - 1990-cı illərin əvvəlində baş verən məlum hadisələr kənd təsərrüfatına da ağır zərbə vurmuşdu. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev bu vəziyyəti aradan qaldırmaq üçün ilk addımı atdı. Keçmiş SSRİ məkanında birinci olaraq Azərbaycanda torpaq islahatı həyata keçirildi - kəndli öz torpağının, öz taleyinin sahibi oldu. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladığı vaxtdan da prioritetlər sırasında dayanan məsələlərdən biri məhz aqrar sahənin inkişafıdır. 

Dövlət başçısının bu günlərdə keçirdiyi kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə göstərdi ki, mövzunun aktuallığı daim gündəmdədir. İlk təşəbbüslərdən biri regional inkişaf proqramı idi ki, onun da tərkibində kənd təsərrüfatı xüsusi yer tuturdu. 2004-cü ilin əvvəlindən başlayaraq bir neçə beşillik proqram qəbul edildi və bunlar bir çox məsələlərin həll edilməsinə kömək göstərdi. Bütün regionlar canlandı, məşğulluq artdı və böyük infrastruktur layihələri icra edildi. Həmin layihələr olmadan Azərbaycanın bugünkü ümumi inkişafını təsəvvür etmək mümkün deyil. 

Məlumdur ki, eyni zamanda kənd təsərrüfatının tənəzzülə uğramış sahələrini dirçəltmək zərurəti yaranmışdı. Ona görə də  ötən illər ərzində bir neçə dövlət proqramı qəbul edildi. Dövlət başçısı ayrı-ayrı sahələrin inkişafı məqsədilə bölgələrdə geniş müzakirələr keçirdi. Beləliklə,  üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq və digər sahələrə öz keçmiş şöhrəti qaytarılmağa başladı.

Kənd təsərrüfatının inkişafına yönəldilən amillərdən biri də subsidiyaların verilməsi oldu. Bu günlərdə keçirdiyi müşavirədə Prezident İlham Əliyev həmin məsələ barədə belə demişdir: "Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir. Düzdür, burada da təkmilləşmə üçün imkanlar var və bu edilməlidir. Bu barədə də danışılacaq. Müxtəlif güzəştlər verilir, o cümlədən gübrə, yanacaq güzəştləri. Deyə bilərəm ki, bu da dünyada nadir sayda olan ölkələrdə tətbiq edilir. Fermerlərə metodik tövsiyələr verilir və hər cür dəstək göstərilir, o cümlədən güzəştli kreditlərin verilməsi. Bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələr təbii ki, kənd təsərrüfatının inkişafına böyük təkan vermişdir".

Dövlət başçısı müşavirədəki çıxışında son illər pambıqçılığın və baramaçılığın timsalında digər kənd təsərrüfatı sahələrinin inkişafını misal gətirsə də, son vaxtlar istehsal dinamikasının  qaneedici olmadığını qeyd etmişdir. Odur ki, hələ bir müddət əvvəl Prezident Administrasiyasına, hökumətə göstəriş verilib ki, kənd təsərrüfatının inkişafına dair yeni dövlət proqramı hazırlansın və  qəbul edilsin. Bu sənəd  həm dövlət investisiyaları, həm özəl sektor tərəfindən cəlb ediləcək investisiyaları özündə ehtiva etməlidir.

Prezident qeyd etmişdir ki, özəl sektor nümayəndələrinin də proqramın icrasında xüsusi rolu olmalıdır. Odur ki, müxtəlif mexanizmlərdən də istifadə edilməlidir ki, Azərbaycan sahibkarlarının kənd təsərrüfatının inkişafına sərmayə qoymasına daha böyük həcmdə nail olunsun.

Beynəlxalq əlaqələrimiz də bu işə daha bir köməkdir. Belə ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən-ilə artır. Bir çox ölkələrin şirkətləri müxtəlif sahələrdə əməkdaşlıq etmək istəyirlər. Əlbəttə ki, bütün şirkətlərə, o cümlədən xarici investorlara qanun çərçivəsində lazımi şərait yaradılır. Eyni zamanda xarici şirkətlər bizə lazım olan sahələrə cəlb edilməlidir. 

Çünki istehsalımızla  özümüzü təminetmə əmsalı artmalıdır. Məsələn, buğda ilə özümüzü cəmi 55 faiz səviyyəsində təmin edirik və bu əmsal artmır. Qarşıya idxalı  azaltmaq vəzifəsi qoyulur. Özümüzü ərzaq buğdası ilə 100 faiz təmin etmək hədəflənir.  Yerli kartofla təminatımız 91 faiz olsa da, idxalı tamamilə aradan götürməliyik. Prezident bunu qarşıya bir  vəzifə kimi qoyur.  

Bir sıra ərzaq məhsulları da var ki, onunla yerli təminat 100 faizə yaxın, yaxud bundan da çoxdur. Bir sıra məhsulları isə idxal etmək lazım gəlir.

Prezident bir sıra misallar gətirərək demişdir ki, həmin rəqəmləri investorlar üçün səsləndirir: "Onları dəvət edirəm ki, bizdə bu gün idxal olunan məhsulların istehsalına onlar töhfə versinlər".

Müşavirədə torpaqlardan səmərəli istifadə, kənd təsərrüfatı texnikası ilə təminat, gübrə istehsalının artırılması və s. vacib məsələlərə toxunulub. O cümlədən su təchizatı məsələləri üzərində dayanılıb. Prezident İlham Əliyev qeyd edib ki, bunsuz kənd təsərrüfatının inkişafı mümkün deyil: "Burada da bir çox önəmli layihələr icra edildi. Su anbarları - Taxtakörpü, Şəmkirçay ən böyük su anbarlarıdır, Göytəpə su anbarı, digər su anbarları. İndi 10 su anbarının yenidən qurulması layihəsi icra edilir. Qarabağ və Şərqi Zəngəzur işğalçılardan azad ediləndən sonra dərhal orada su anbarlarının bərpasına başlamışıq və artıq Köndələnçay su anbarlarının sayı üç oldu. Xaçınçay, ondan sonra Suqovuşan, Sərsəng, Zabuxçay su anbarları yenidən quruldu. Sovet vaxtında yox idi, indi Bərgüşad və Həkəri su anbarlarının tikintisi işləri gedir. Qarabağda və Şərqi Zəngəzurda bizim 25 faiz su ehtiyatlarımız formalaşır. Onlardan səmərəli istifadə etmək, həm o bölgəni, həm digər bölgələri su ilə təmin etmək mümkün olacaq. Çünki vaxtilə Sərsəng və Suqovuşan su anbarları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılanda məqsəd Qarabağın hüdudlarından kənarda olan 7-8 rayonu su ilə təmin etmək idi. O vaxt, işğaldan sonra ermənilər suyumuzu kəsmişdilər. İndi bir kanal fəaliyyətdədir. Digər kanalın tikintisi davam edir və beləliklə, 8 rayona, təqribən 100 min hektar torpağa su veriləcək".

Nəzərdə tutulan kanallar işə düşəndən sonra bəlkə də 200-300 min hektar torpağa su veriləcək. Lakin  bu torpaqlarda müasir şəbəkə qurulmalıdır və bu da sözügedən dövlət proqramında nəzərdə tutulur. Hazırda 130 min hektarda müasir suvarma sistemləri tətbiq olunur. Hədəf isə  bunu 300 min hektara çatdırmaqdır. Əgər bu sistem qurularsa,    məhsuldarlıq da arta bilər.

Bununla bağlı Prezident demişdir: "Burada məqsəd məhsuldarlığı maksimum artırmaq və torpaqların dəqiq analizini aparmaqdır ki, hansı ərazidə hansı torpaq sahəsində hansı məhsulun yetişdirilməsi daha məqsədəuyğun ola bilər. Burada, əlbəttə ki, rayonlaşma məsələləri çox önəmlidir. Amma bilirəm ki, bəzi hallarda bir rayonda fərqli torpaq sahələrində torpağın keyfiyyəti də fərqlidir. Ona görə demək ki, filan rayonda ancaq bu məhsul yetişdirilsin, başqa məhsul yetişdirilməsin, düzgün olmaz. Təbii ki, hər bir sahə üzrə dəqiq analiz aparılarkən onun elektron versiyası, müxtəlif dəqiqləşdirmə üsulları, yeni texnologiyalardan istifadə edilməlidir, o cümlədən süni intellekt, peyk imkanları, yerlərdə aparılan tədqiqat. Ölkə ərazisi o qədər də böyük deyil. Ona görə bunu etmək çətin olmayacaq. Müəyyən işlər görülüb. Ancaq hər bir əkin üçün yararlı torpaq sahəsinin, necə deyərlər, öz pasportu olmalıdır". 

Təxmini hesablamalar göstərir ki, dövlət xətti ilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün 2 milyard manatdan çox vəsait lazım olacaq, özəl sektorun payı isə təqribən 3 milyard manatdan çox təşkil edəcək. Rəqəm çox böyük, vaxt isə azdır. Çünki  nəzərdə  tutulan vəzifələr cəmi dörd il yarım ərzində həyata keçirilməlidir: "Ona görə proqram qəbul ediləndən dərhal sonra biz işlərə başlamalıyıq,"- deyə dövlətimizin başçısı bildirmişdir.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaxın Şərqdəki gərginlik bir sıra şirkətlərin gəlirini artırıb

09:10
27 May

Qadınlar arasında karate üzrə Avropa çempionu Mədinə Sadıqova vətənə qayıdıb

09:05
27 May

Zəngilanlı məktəblinin dünya universitetlərinə uzanan yolu

09:00
27 May

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı daha üç sənədlə möhkəmləndi

08:55
27 May

Prezident aqrar sektorun qarşısına konkret vəzifə qoydu

08:50
27 May

İsmayıl qurbanından başlayan mənəvi yol

08:45
27 May

Uşaqların müdafiəsi hər birimizin ortaq məsuliyyətidir

08:40
27 May

Gələcəyin şəhər nümunələri: Bakı Ağ Şəhər və Sea Breeze

08:35
27 May

Yeni dövlət proqramı kənd təsərrüfatının strateji güc mənbəyi kimi formalaşmasına xidmət edir

08:30
27 May

Brüssel qərəzli addımları ilə tərəfdaşlarını itirir

08:25
27 May

Azərbaycanın orta gücə çevrilməsi geosiyasi reallıqdır

08:20
27 May

Parlamentin yaz sessiyası başa çatdı

08:15
27 May

Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşünün Sədrinin yekun çıxışı

08:10
27 May

Müstəqilliyimiz etibarlı əllərdədir

08:05
27 May

Cümhuriyyət ideallarından qüdrətli Azərbaycana 

08:00
27 May

R.A.Əliyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

04:39
27 May

2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında

04:38
27 May

Apellyasiya məhkəmələri sədrlərinin, məhkəmə kollegiyası sədrinin, birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında

04:37
27 May

"Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027-2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında

04:36
27 May

Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

04:32
27 May

Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında

04:30
27 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!