09 Fevral 2026 16:47
198
CƏMİYYƏT
A- A+
Xocalıda arxeoloji tədqiqatların yeni ünvanı: Xocalı tarixi-arxeoloji kompleksi

Xocalıda arxeoloji tədqiqatların yeni ünvanı: Xocalı tarixi-arxeoloji kompleksi

Artıq 2 ildir ki, AMEA Arxeologiya və Antropologiya İnstitutunun təşkil etdiyi Xocalı arxeoloji ekspedisiyası Xocalı tarixi-arxeoloji kompleksində tədqiqatlar aparır. İşğaldan azad edilmiş Xocalı rayonunun arxeoloji abidələrinin öyrənilməsi aktualdır və düşmən iddialarının qarşısını almaq məqsədi daşıyır. Sahəsi 2 hektardan çox olan müsəlman nekropolunda aşkar edilmiş qəbirlər qədim dövrlərdən türkdilli əhalinin sıx yaşamasını və islami dəfnləri sübut edir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Xocalı arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru dosent Şamil Nəcəfov deyib. O bildirib ki, Xocalı nekropolu müxtəlif tarixi dövrləri birləşdirir: “Bunlar Tunc dövrünə aid kurqanlar, XIII-XVIII əsrlərə aid müsəlman qəbirləri və türbələr, həmçinin müasir müsəlman qəbiristanlığıdır. Nekropol 140 kvadrata bölünüb. 2024-cü ildə 800 kvadratmetr, 2025-ci ildə 400 kvadratmetr sahə qazılıb. Nekropolda hələlik 6 kurqan müəyyən edilib, onlardan ikisinin üst örtüyü açılıb. Lakin kurqanaltı qəbir kameralarının qazıntısı növbəti mərhələ üçün saxlanılıb. Üçüncü qrupa daxil olan 10-14 metr diametrli bu kromlexli kurqanların üstü daş və torpaq qarışığından ibarətdir. Ümumilikdə, Xocalı nekropolunda indiyədək 212 müsəlman qəbri aşkar edilib. Çox sıx salınmış qəbirlər 35-40, bəzən hətta 60-70 santimetr dərinlikdə yerləşir. Təxmini hesablamalara əsasən, nekropolda üzəri torpaqla örtülən, heç bir yerüstü əlaməti bilinməyən 2000-dən çox orta əsr müsəlman qəbrinin aşkar edilməsi gözlənilir.

İslam dövrü nekropolunda qəbirlər 4 qrupa bölünür: sənduqələr, daş qutu formasında, kənarına çay daşları düzülmüş və tam çay daşı ilə örtülü olan qəbirlər. Forma və tipinə görə 1 və 2-ci qrup qəbirlər XVI-XVIII əsrlərə, 3 və 4-cü qrup qəbirlər isə XIII-XV əsrlərə aid edilir. Qəbirlərin sıxlığı orta əsrlərdə ərazinin yerli sakinlərinin davamlı məskunlaşmasının əyani sübutudur. Çox yanaşı salınan qəbirlər ehtimal ki, qohumluq əlaqəsi olan şəxslərə və yaxud bir ailə üzvlərinə aiddir. Nekropolda uşaq qəbirlərinin azlığı həmin dövrdə uşaq ölümlərinin sayının az olmasının göstəricisidir”.

Tədqiqatçı bildirir ki, qəbirlər üzərində zəngin naxışlar (bayraqdar, Günəş, Ay, ulduz, svastika, gül, ox atan atlı və s.) və epiqrafik yazılar var: “Kompleksdə 4 məqbərə yeri aşkar edilib. Məqbərələrin birinin üzəri tamamilə açılmış və məqbərənin daxilindən 5 qəbir aşkar edilib. 1 saylı məqbərə daxilində salınan qəbirlərin yaxın qohumluq əlaqəsi olan insanlara məxsusluğu şübhə doğurmur. Məqbərə daxilindəki qəbirlərin yanından XV-XVI əsrlər üçün şirli saxsı qablar və şirsiz qab nümunələri onların dövrü haqqında bəzi fikirlər söyləməyə əsas verir. Lakin məqbərə daxilindəki üzərində “Hacı Xatun” yazısı olan qadın qəbrinin XVIII əsrə aid olduğu hesab edilir. Xocalı müsəlman türbəsi (1356-1357-ci illər) 10 bucaqlı bünövrə üzərində qurulub, günbəzi qoşa örtüklüdür. Elxanilərin İslamı qəbul etdiyi ilk vaxtlar inşa edilmiş, lakin üzərindəki kitabəsi qalmayan və yaxud bədnam qonşularımız tərəfindən dağıdılan bu türbə haqqında orta əsr mənbələrində hansı məlumatların ola biləcəyi araşdırılmaqdadır. İlkin məlumatlar onun sufi təriqəti ilə əlaqəli olduğunu göstərir. XIV əsr İslam salnaməçilərindən İbn Bəzzaz Ərdəbilinin “Səffat-üs-Səfa” əsərində Qarabağda sufi türbələri haqqında məlumatlar araşdırılır. Kompleksdə aparılan tədqiqatlar Xocalının XIII-XVIII əsrlərdə müsəlman-türk toplumunun sıx məskunlaşmasını təsdiqləyir. Qəbir daşlarındakı səlcuq-türk rəmzləri bunun sübutudur.

Xocalı türbəsinin XIII-XIV əsrlərdə Qarabağ sufilik məktəbinin nümayəndələrinə məxsus olması haqqında yekdil fikrə gəlmək üçün xeyli mənbə araşdırmalarının aparılması vacibdir. Paralel olaraq qazıntı işlərinin aparılması, sahənin tanıtımı, ərazinin gələcəkdə arxeoloji park statusuna sahib olması gözlənilən nəticələrdəndir. Əlverişli məkanda yerləşməsi, rayon mərkəzinə yaxınlığı burada salınacaq arxeoparkın arxeoturizm mənbəyinə çevrilməsinə kömək edəcək. Ərazinin Ağdamın İmarət kompleksi nümunəsində tarixi kompleksə çevrilməsi istiqamətində planlaşdırılan işlər çox məqsədəmüvafiq və uğurlu bir addım olardı”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə və İranın XİN başçıları arasında telefon danışığı olub

21:23
09 Fevral

Misli Premyer Liqası: “Turan Tovuz” “Kəpəz”ə qalib gəlib  

21:03
09 Fevral

Aleksandr Sırski: Ukraynanın zərbələri nəticəsində Rusiyada neft emalı 19 faiz azalıb  

20:53
09 Fevral

Prezident: Hər zaman demişəm ki, Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq  

20:37
09 Fevral

Prezident İlham Əliyev: Hazırda Azərbaycan heç zaman görünmədiyi qədər daha mühüm tərəfdaşa çevrilir  

20:33
09 Fevral

Vens: Tərəfdaşlarımız TRIPP layihəsinin çox məhsuldar investisiya imkanı olduğunu düşünürlər  

20:18
09 Fevral

ABŞ-ın vitse-prezidenti TRIPP fondunun yaradılacağını elan edib  

20:07
09 Fevral

Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib YENİLƏNİB 

20:07
09 Fevral

Vens: TRIPP layihəsi regiona tarixi transformasiya gətirəcək  

19:58
09 Fevral

Nikol Paşinyan: Prezident Trampın şəxsi iştirakı ilə regionda sülh bərqərar oldu  

19:47
09 Fevral

Azərbaycanın ABŞ və İsraillə münasibətlərinin mövcud vəziyyəti müzakirə olunub  

19:31
09 Fevral

Türkiyənin "Eczacıbaşı Holding" şirkətlər qrupunun Azərbaycanda potensial fəaliyyəti müzakirə olunub  

19:07
09 Fevral

“Barselona”nın prezidenti istefa verib  

18:46
09 Fevral

Portuqaliyada prezident seçkilərində qalib müəyyənləşib

18:44
09 Fevral

Astronavtlar artıq kosmosa smartfon apara biləcək  

18:40
09 Fevral

MOK-un erməni idmançılarla bağlı müraciəti müsbət nəticələnib

18:38
09 Fevral

Milli Məclisin Regional məsələlər komitəsində bələdiyyələrin 2025-ci ildəki fəaliyyəti müzakirə olunub  

18:34
09 Fevral

Qırğızıstan Çin və TDT-yə üzv ölkələrlə yükdaşımalar üçün “e-Permit” sistemini tətbiq edib  

18:31
09 Fevral

İsveçrəli xizəkçi Qış Olimpiya Oyunlarında nadir göstəriciyə imza atıb

18:05
09 Fevral

Pensiyalar indeksləşdirilərək 9,3 faiz artırılır

18:04
09 Fevral

Əmək pensiyaları indeksləşdirilir - SƏRƏNCAM  

18:02
09 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!