XİN: Ermənistandan hərbi cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməsini tələb edirik
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan XİN-in hərbi cinayətlərlə bağlı bəyanatını şərh edib.
AZƏRTAC XİN-in Mətbuat xidməti idarəsinə istinadla şərhi təqdim edir: “Ermənistan XİN-in 2022-ci il 2 oktyabr tarixli, Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbi cinayətlərin törədildiyini iddia edən bəyanatı onilliklər ərzində təcavüzkar siyasət yürüdən, bir milyona yaxın insanın fundamental hüquqlarını tapdalayan, hərbi və mülki şəxslərə qarşı çoxsaylı hərbi cinayətlər törədən bir ölkənin riyakarlığının nümunəsidir.
Vurğulayırıq ki, Ermənistandan fərqli olaraq Azərbaycan öz beynəlxalq öhdəliklərinə ciddi yanaşır və hərbi əməliyyatlar zamanı törədilən cinayətlərlə bağlı iddialar müvafiq dövlət qurumları tərəfindən araşdırılır.
Belə ki, 2022-ci sentyabrın 17-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğu sosial şəbəkələrdə yayılan videoların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün hərtərəfli araşdırmalara başlanıldığını bəyan edib.
Xatırladırıq ki, Ermənistan silahlı qüvvələri tərəfindən hələ Birinci Qarabağ müharibəsindən etibarən nəinki azərbaycanlı hərbçilərə, eləcə də mülki şəxslərə qarşı misli görünməmiş qırğınlar törədilib, yalnız bir gecədə 1992-ci il fevralın 26-da Xocalı şəhərində 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilib, bu günədək 4000-ə yaxın azərbaycanlının taleyi barədə heç bir məlumat verilməyib.
2020-ci oktyabrında Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir şəhərlərinin mülki əhalisini raket hücumuna tutaraq insanlıq əleyhinə cinayətlər törədilib.
Ermənistanın səbəbkarı olduğu mina təhlükəsi bu gün bölgədə insanların həyatına ciddi hədədir. 2020-ci ilin noyabrından bu günədək əksəriyyəti mülki şəxs olmaqla 250-dək insan mina qurbanı olub. Azərbaycan ərazilərində aşkarlanan minaların 2021-ci ildə Ermənistanda istehsal olunması faktı isə Ermənistanın bir tərəfdən mina xəritələrini hələ də tam olaraq Azərbaycana verməyərək, digər tərəfdən yeni minalar basdırmaqla azərbaycanlılara qarşı hərbi cinayətlərini davam etdirdiyinin sübutudur.
Ermənistan hökuməti bu günədək törədilən hərbi cinayətlərin qarşısının alınması və ya törədilmiş cinayətlərə görə aidiyyəti şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində bugünədək heç bir əməli tədbir görməyib.
Ermənistanın əsassız iddialar yayaraq beynəlxalq ictimaiyyəti yanıltmaq və öz məsuliyyətini gizlətmək cəhdlərini qətiyyətlə qınayırıq.
Ermənistandan beynəlxalq öhdəliklərinə əməl etməyi və çoxsaylı hərbi cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməsini tələb edirik”.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Qəbələdə Vüqar Həşimov adına 9-cu Şahmat Memorialı başa çatıb
11 Dekabr
Danimarka səfiri Rusiya XİN-ə çağırılıb
11 Dekabr
Polşada hökumət dəyişikliyi baş verib
11 Dekabr
Azərbaycan və Yunanıstan XİN rəhbərləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
11 Dekabr
Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib
11 Dekabr
SOCAR-ın prezidenti “Mizuho” Maliyyə Qrupunun nümayəndə heyəti ilə görüşüb
11 Dekabr
Azərbaycan ilə Slovakiya arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib...
11 Dekabr
“Facebook Messenger”də yeni funksiyalar
11 Dekabr
“X”ın süni intellekt proqramı istifadəyə verilir
11 Dekabr
“Qarabağ”ın “Hekken”lə oyun ərəfəsində son məşqinin vaxtı açıqlanıb
11 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Ümummilli etimad ünvanı10 Dekabr 2023

Prezident seçkilərinin nəticəsini Şuşada və Xankəndidə dalğalanan Azərbaycan bayrağı müəyyənləşdirib...09 Dekabr 2023
Zəfər mandatı08 Dekabr 2023

Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iş...07 Dekabr 2023

Qafqazda təhlükəsizliyi və sülhü Azərbaycan təmin edəcək06 Dekabr 2023

Ağ Evin Azərbaycan qərəzi və rəzaləti05 Dekabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!