10 Iyul 2024 14:53
338
DÜNYA
A- A+

“Xiaomi”nin smart zavodu fəaliyyətə başlayacaq

“Xiaomi” şirkətinin yeni nəsil smartfonların istehsalı üçün nəzərdə tutduğu zavodu fəaliyyətə başlayacaq açır. Zavodun digərlərindən fərqi buradakı işçilərin yalnız robotların olacağıdır. Bu barədə şirkətin baş direktoru Ley Jun məlumat verib.

“Ağıllı” zavod tezliklə Pekində fəaliyyətə başlayacaq və planlaşdırıldığı kimi sutkada 24 saat işləyəcək. Burada robot maşınlar bir-biri ilə qarşılıqlı əlaqədə olacaq, tozları özləri təmizləyəcək və məhsulların keyfiyyətini yoxlayacaqlar. Zavodun saniyədə bir, gündə 86,4 min smartfon istehsal edə biləcəyi planlaşdırılır.

“Xiaomi” bu layihəyə 2,4 milyard yuan (təxminən 561 milyon manat) xərcləyib. Şirkət qeyd edib ki, Pekində “ağıllı fabrik”in açılması yalnız ilk addımdır və gələcəkdə bu sahə genişlənəcək.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video