25 İyun 2025 08:55
709
İQTİSADİYYAT
A- A+
Xəzərin səssiz qəhrəmanları - Azərbaycan dənizçiləri

Xəzərin səssiz qəhrəmanları - Azərbaycan dənizçiləri


Dəniz sonsuzluğa açılan üfüq, dərinliklərdə gizlənən həyat, uca göylərin suya yazılmış hekayəsini özündə əks etdirən mavi bir dünyadır. Bu dünyada  yaşanan həyat isə səssiz və görünməzdir  - balıqların rəqsi, yosunların  dalğalanması, sualtı aləmin nəfəs alması kimi... Dəniz sahilsiz arzuların, həyata dair susqun duaların gizli şahididir. Onun hər dalğası keçmişin izlərini yuyub aparır, gələcəyin sirlərini isə dərinliklərində qoruyur. 

Və bu dünyanın içindəki yaşantıların gözəlliklərini görən bir peşə sahibi var - dənizçi. Hər il iyunun 25-i dünyada Dənizçilər Günü kimi qeyd edilir. Prezident İlham Əliyevin 19 iyun 2014-cü il tarixli sərəncamı ilə Azərbaycanda da  həmin gün  dənizçilərin peşə bayramı hesab olunur. 25 iyun yalnız bir peşənin deyil, bir həyat tərzinin, bir fədakarlığın, bir səssiz qəhrəmanlığın bayramıdır. Bu günün məqsədi dənizçilərin beynəlxalq ticarətdə, insanların rifahında və təhlükəsizliyində oynadıqları əhəmiyyətli rolu bir daha ictimaiyyətə çatdırmaqdır. Çünki dənizçilər yalnız iqtisadiyyatın çarxlarını hərəkətdə saxlayan şəxslər deyil, həm də dövlətlər  arasında körpü quran, mədəniyyətləri, xalqları və sərvətləri bir-birinə bağlayan insanlardır. Azərbaycanın dəniz qəhrəmanları üçün bir gün bir gecə ilə, bir ay bir səfərlə, bir il isə həsrətlə ölçülür. Dənizçi günlərlə sahildən uzaqda olsa da, hər zaman Vətənə yaxındır. 

Azərbaycan dənizçisi yalnız  hansısa bir gəmini idarə edən, ona xidmət edən şəxs deyil. O, təhlükəyə sinə gərən, uzun aylar ailəsindən uzaqda çalışan, minlərlə ton yükü bir ölkədən digərinə daşıyan, həm də Azərbaycanın bayrağını beynəlxalq sularda dalğalandıran bir səfirdir. O, əslində, bir millətin adını, qürurunu, şərəfini və etibarını təmsil edir. 

Azərbaycan dənizçisinin formalaşmasında Xəzər dənizinin oynadığı rol danılmazdır. Qədim zamanlardan bəri bu dəniz xalqımıza həm həyat, həm də peşə verib. Bu gün Azərbaycan Dövlət Dəniz Akademiyası, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və digər dənizçilik strukturları dənizçi peşəsinin inkişafında mühüm rol oynayır.  

Xəzər dənizi yalnız coğrafi sərhəd deyil, həm də iqtisadi həyatın mühüm arteriyasıdır. Bu nəhəng su hövzəsində ölkəmizin iqtisadi yükünü çiynində daşıyan əsas qəhrəmanlardandır Azərbaycan dənizçiləri.  "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin müasir donanması, təlimli heyəti və innovativ yanaşmaları ilə bu sahə hər il daha da inkişaf edir. Dənizçilər bu inkişafın əsas iştirakçısıdırlar. Onların  fədakar əməyinin nəticəsidir ki, Azərbaycan artıq Xəzərdə neft və qaz hasilatında, tranzit  və logistik daşımalarında, həmçinin beynəlxalq yük və sərnişin nəqliyyatında aparıcı mövqe tutur.

Məhz bu qurumun fəaliyyəti nəticəsində dənizçilik sahəsi həmçinin milli iqtisadiyyatın strateji dayağı kimi formalaşıb. Bu gün sahilboyu sükutla dayanan gəmilər, əslində, Azərbaycan iqtisadiyyatının hərəkətdə olan mühərrikləridir. Onların hərəkətə gəlməsi təkcə limanlardan malların daşınması deyil, eyni zamanda Azərbaycanın tranzit potensialının reallaşması, yeni iqtisadi bağlantıların qurulması və ölkəyə valyuta axınının təmin olunması deməkdir. Həmin gəmilər təkcə suların üzərində deyil, həm də ölkənin iqtisadi damarlarında dövr edən həyat enerjisini daşıyır. Hər yola çıxan gəmi ilə Azərbaycan dünya bazarlarına bir addım da yaxınlaşır.  Yük gəmiləri sayəsində Azərbaycan regionda və Avrasiya məkanında mühüm logistik mərkəz kimi çıxış edir. Dənizçilərimiz Xəzər dənizi vasitəsilə Rusiya, Qazaxıstan, Türkmənistan və İran kimi ölkələrlə yükdaşımaların həyata keçirilməsində əsas icraçıdırlar.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu gün Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta dəhlizin) əsas qovşaqlarından biri hesab olunur. Bu liman Orta dəhlizin Çin-Mərkəzi Asiya-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa marşrutunun əsas hissəsidir. Çin ilə Avropa arasında uzanan bu strateji yolboyu hərəkət edən yüklərin əhəmiyyətli bir hissəsi Xəzər üzərindən daşınır. Bu da müasir texnikanı idarə edən peşəkar dənizçilərin zəhməti hesabına mümkün olur. Onların  dərin bilikləri və peşəkar yanaşması olmasaydı, heç bir dəhliz bu qədər səmərəli və davamlı işləyə bilməzdi. Azərbaycan dənizçiləri sanki  bu qlobal marşrutun görünməyən səssiz və məsuliyyətli qəhrəmanlarıdır. Bu gün Orta dəhlizin rəqabət üstünlüyü coğrafi mövqeyi ilə yanaşı, onun arxasında duran  təcrübəli dənizçilərin əməyində də öz əksini tapır. 

Xəzər dənizindəki neft və qaz yataqlarında çalışan mühəndis və texniki heyətin də böyük bir hissəsi dəniz təcrübəsi olan mütəxəssislərdir. Onların əməyi enerji sektorunun ürəyi sayılır. Çünki platformalarda təhlükəsiz və fasiləsiz iş rejimi məhz bu peşəkarların zəhməti ilə mümkün olür. Qaynar metallarla işləyən qaynaqçılardan tutmuş analizlər aparan geoloqlara qədər - hər biri dəniz şəraitində işləməyi bacaran, ekstremal hava və təzyiq şəraitinə uyğunlaşma qabiliyyətinə malik insanlardır. Bu əməyin arxasında ciddi hazırlıq, fiziki və psixoloji dözümlülük, yüksək ixtisaslaşma dayanır. Onların fəaliyyəti nəticəsində Azərbaycan dünya enerji bazarlarında etibarlı təchizatçı imicini qoruyur və gücləndirir.

Amma dənizçilər yalnız iqtisadi deyil, həm də strateji təhlükəsizlik baxımından vacib rola malikdirlər. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Dəniz Nəqliyyatı Donanması ilə birgə fəaliyyət göstərən dənizçilərimiz Xəzərdə ölkəmizin sərhədlərini və iqtisadi maraqlarını qoruyurlar. Bugünkü dünyada dənizçilər təkcə yük və sərnişin daşımırlar, ekoloji təhlükəsizliyin qorunmasına da töhfə verirlər. Xüsusən iqlim dəyişmələri və ətraf mühitin çirklənməsi ilə bağlı problemlərin artdığı bir dövrdə dənizçilərin məsuliyyəti daha da artıb. Onlar gəmilərdə tullantıların düzgün idarə olunmasından tutmuş dəniz canlılarının qorunmasına qədər bir sıra beynəlxalq ekoloji standartlara əməl edirlər.

Dənizçilərin zəhməti ilə qurulan iqtisadi körpülərin arxasında isə çox vaxt gözə görünməyən, amma duyulan bir hiss var - dənizlə insan arasında  içdən qurulan bağ və bir ömür boyu davam edən sədaqət, vəfa. Çünki dənizçilik təkcə iqtisadi göstəricilər və rəqəmlərlə ölçülmür, bu peşənin dərinliklərində bir romantika, bir həyat fəlsəfəsi də gizlənir. Bu, dəniz sularında batmaqda olan günəşin altında üfüqsüz səfərlər, dənizlə dialoq və sərbəstlikdir.  Amma peşənin reallığı daha fərqlidir. Dənizçi fırtınaya qarşı sükan tutan, saatlarla naviqasiya sistemlərini izləyən, texniki nasazlıqları aradan qaldıran və hər an təlimata uyğun davranmalı olan peşə sahibidir.

Dənizçilər hər səfərə çıxarkən riskə atılırlar. Onlar üçün hər liman bir başlanğıcdır, hər yelkən bir ümiddir. Çünki yelkənin açılması təkcə texniki əməliyyat deyil, dənizçi qəlbində ümidin, inamın və həsrətin küləklə birgə dalğalanmasıdır. Hər dəfə lövbərin qaldırılması dənizçinin növbəti səfərə çıxması deməkdir. Bu səfərlərdə sularla dost olan dənizçi ulduzlarla da danışmağı bacarır. Gecə səmada parlayan hər ulduz onun üçün Vətəndə gözləyən anasının duasıdır, sevdiyi qadının həsrət dolu gözləridir, övladının sonsuz arzularıdır. Ona görə də dənizçinin gözləri uzaqlarda gəzər, amma ürəyi həmişə sahildə qoyub gəldiyi doğma baxışlarda yaşayar. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!