31 Avqust 2025 09:10
2224
Mədəniyyət
A- A+
Xatirələri çözən şəkillər

Xatirələri çözən şəkillər


Yavaş-yavaş qızmar istilər ötüb arxada qalır. Hərdənbir əsən sərin küləklər payızın gəlişindən xəbər verir. Sanki bizə xoş müjdələr yetirir. Bir az isti, bir az ilıq havada ağacın kölgəsində oturub hamımız üçün dəyərli və maraqlı olan, müxtəlif illərdə çəkilmiş şəkillərə baxırıq. Baxdıqca da o günlər, o aylar, o illər üçün burnumuzun ucu göynəyir, darıxırıq. Şəkillərə baxdıqca fikrə gedib yavaş-yavaş olanları, keçənləri xatırlayıb duyğulanırıq. 

Ağlı-qaralı, rəngli-rəngsiz, irili-xırdalı, illərcə bir-birindən aralı düşmüş, bir az büzüşmüş, bir az da saralmış şəkillərə baxdıqca şirin-şirin xəyallara dalırıq.  Dünənimizi, keçmişimizi özündə yaşadan və sabahlara daşıyan şəkillər bizi ötən günlərimizə qaytarır, olub keçənləri xatırladır. 

Şəkillərin hərəsi bizim üçün bir cür doğmadır, əzizdir. Çünki onlar bu günümüzdür, dünənimizdir. Bir sözlə, ən əziz, ən doğma, ən şirin xatirələrimizdir.

Şəkillər bizdən sonrakılara qalan pozulmayan izlərdir. Dilsiz olsa da, sanki hərdən danışmaq istəyirlər. Di gəl ki, buna toparlana bilmirlər. Çünki dilsizdir, səssizdirlər, yalnız qovluqların arasında qiymətlidirlər.

Ömür yollarımızın anlarının, günlərinin şahididir şəkillər. Ağlı-qaralı, rəngli şəkillərdən boylanan baxışalar da bir-birinə bənzəmir, bir-birinə oxşamır. Onunla sərt, kobud davranmağı da heç vaxt xoşlamır. 

Şəkillər sanki ay-ay, il-il ömür yollarımızı geriyə çəkib aparan bir vasitədir.  Donub əbədi olaraq kağız üzərində qalmış bir andır. Həmişəlik itirilmiş, birdəfəlik əlimizdən çıxmış, bir daha geri dönməyəcək zamanın əksidir. Keçmişimizdən bu günümüzə yol gəlir şəkillər, baxdıqca bizə xoş təsir bağışlayır, ya da kövrək hisslər yaşadır. Amma bütün bunlara baxmayaraq, sevdikcə sevilir şəkillər. Yorulmadan, dayanmadan bu günümüzdən üzü sabahlara doğru yol gedir şəkillər. 

Ömür yollarımızı özündə əks etdirən şəkillərə baxdıqca ötənlər, keçənlər gözlərimiz qarşısında canlanır. Şəkillərin bəzilərinə baxanda ürəyimiz yanır, qəlbimiz odlanır. Keçdiyimiz ömür yolları gün-gün sıralanıb qarşımızda səhifələnir. Şəkilləri asta-asta, ehmal-ehmal aşırıb baxdıqca qəlbimizin bir guşəsində məskən salmış, yuva qurmuş mürgülü xatirələrin qoynunda ötən illərə qayıdırıq. Xatirələrin acısını da, şirinini də dadırıq. Dada-dada xatirələri də silkələyib oyadırıq. 

Eh, şəkillər, şəkillər. Bu gün onu yenə də həvəslə, maraqla çəkirlər. Sanki çəkdikcə də geniş bir bağçada yeni xatirələrin toxumlarını əkirlər. Şəkillər əkilmiş, çəkilmiş xatirələrimizin canlı şahididir. Ötən illəri özündə saxlayan əvəzsiz bir yadigardır. Nə yaxşı ki, elə onlar da vardır. 

Ömrümüzün, günümüzün yaraşığıdır şəkillər. Arxada qalmış illərimizin heç vaxt sönməyən işığıdır, çırağıdır şəkillər. Ömür yollarımızın saralmayan, qaralmayan vərəqidir şəkillər.

Şəkillər sanki tərcümeyi-halımızdır, yaşadığımız ömrü ardıcıllıqla hissələrə, mərhələlərə bölür. Körpəlik, uşaqlıq, yeniyetməlik, gənclik, orta yaş, bir az da yaşlı, xeyli yaşlı, qocalıq... və sonuncu şəkillər. 

Diqqətlə baxanda görürük ki, şəkillərdəki duruşumuz da, baxışımız da, gülüşümüz də bir-birindən fərqlənir. 

Dünyamızın özü də elə başdan-ayağa gözəl, bənzərsiz bir şəkildir. Bu şəkil bütün rəngləri, meşələri, çayları, gölləri, dənizləri, okeanları, dağları, dərələri ilə qəlbimizə yatır. Gözəl ovqatımıza bir az da ovqat qatır. Acılı-şirinli xatirələrimizi də hərdən asta-asta səsləyib oyadır. 

Ağacın kölgəsində şəkillərə baxdığım zaman yaxınlarımız bizə qonaq gəlir. Oturub şəkillərə birlikdə baxırıq. Bulaq kimi, çay kimi ötən illərə axırıq. Sonra bir yerə yığışıb gülə-gülə, sevinə-sevinə təzə şəkillər çəkdiririk. Çəkdiririk ki, sabahlarda şəkillərə baxıb bu günümüzü xatırlayaq. Günlərimizi, həftələrimizi üzü geriyə sayaq. Heç vaxt şəkillərsiz olmayaq, xatirələrsiz qalmayaq. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!