15 Dekabr 2025 19:21
361
CƏMİYYƏT
A- A+
Baş prokuror Qətərdə işgüzar səfərdədir  

Baş prokuror Qətərdə işgüzar səfərdədir  


Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 14-də Qətər Dövlətinin paytaxtı Doha şəhərinə rəsmi səfərə gəlib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində Baş prokuror qlobal korrupsiyaya qarşı mübarizədə mükəmməllik mükafatının təqdimetmə mərasimində iştirak edib.

Tədbirdə Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Təni, BMT-nin və Qətər Dövlətinin yüksəksəviyyəli rəsmiləri, müxtəlif ölkələrin nümayəndə heyətləri və beynəlxalq ekspertlər iştirak ediblər.

Məlumat üçün qeyd edilməlidir ki, 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlığa qarşı İdarəsinin (UNODC) dəstəyi ilə təsis edilən mükafatın məqsədi korrupsiyaya qarşı mübarizənin vacibliyini təbliğ, BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Konvensiyasının implementasiyasını təşviq və bu sahədə nailiyyətləri ictimaiyyətə təqdim etməkdir.

Tədbir çərçivəsində Baş prokuror Qətər Dövlətinin Qanunun Aliliyi və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin (ROLACC) sədri və qeyd edilən mükafatın Himayəçilər Şurasının sədri Ali Al Marri arasında görüş keçirib.

Görüşdə ölkələrimiz arasında siyasi rəhbərliklər səviyyəsində dostluq münasibətlərindən qaynaqlanan yüksək dinamika ilə inkişaf edən qarşılıqlı əlaqələr vurğulanıb və korrupsiyaya qarşı mübarizə sahəsində təcrübə mübadiləsinin vacibliyi qeyd edilib, həmçinin birgə layihələr müzakirə olunub.

Səfər çərçivəsində Baş prokuror, həmçinin BMT Baş katibinin terrorçuluqla mübarizə üzrə müavini Alexander Zuyevlə görüşdə tərəflər arasında qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər üzrə müzakirələr aparıb. Bundan başqa, Azərbaycanın terrorçuluqla, korrupsiyaya qarşı mübarizə ilə bağlı bir sıra təşəbbüslərinin BMT tərəfindən dəstəkləndiyi bildirilib.

Görüşlərdə ölkəmizin Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov da iştirak edib.

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev, həmçinin ölkəmizin Qətər Dövlətindəki səfirliyini ziyarət edib, səfirlik əməkdaşları ilə görüşüb.

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Doha şəhərində fəaliyyətə başlayacaq BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Konvensiyasına Tərəf Dövlətlərin 11-ci Assambleyasında iştirak edəcəyi gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Astara sərhədində diplomatların təxliyəsi davam edir

12:18
03 Mart

Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya

11:23
03 Mart

Avropada qazın qiyməti 25 faiz artıb

11:18
03 Mart

Milli Məclis 8 məsələnin müzakirəsinə başlayıb  

11:15
03 Mart

Səbinə Əliyeva: 2025-ci ildə Ombudsman Aparatına 42 mindən çox müraciət daxil olub  

11:12
03 Mart

Ötən gün 59 cinayətin açılması təmin edilib

10:35
03 Mart

Dünya birjalarında neft bahalaşıb

10:24
03 Mart

Dünya bazarında qızıl və gümüşün bahalaşması davam edir

10:19
03 Mart

Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşır

10:15
03 Mart

Şanxay Əməkdaşlıq Təşkilatı BMT-ni beynəlxalq sülhün pozulmasına qarşı təcili tədbirlər görməyə çağırıb  

10:15
03 Mart

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında iştirak edir YENİLƏNƏCƏK

10:08
03 Mart

FHN Od çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət edib

09:56
03 Mart

Rəcəb Tayyib Ərdoğan: Türkiyə bölgədə davamlı sülhün tərəfdarıdır

09:34
03 Mart

Yaxın Şərqdə gərginlik fonunda Avropada qaz qiymətləri 50 faizdən çox artıb

09:33
03 Mart

Serbiyanın İrandakı səfiri və səfirlik əməkdaşları Azərbaycan vasitəsilə təxliyə olunublar

09:31
03 Mart

COVID və qripə qarşı birgə peyvənd təsdiq olunub

09:20
03 Mart

QƏZƏLLƏR

09:17
03 Mart

ABŞ vətəndaşlarını 10-dan çox ölkəni dərhal tərk etməyə çağırıb

09:15
03 Mart

Poeziyanın intibah günəşi

09:15
03 Mart

Bakı - tarixlə gələcəyin görüşdüyü məkan

09:10
03 Mart

Od çərşənbəsi işıq, yenilənmə, güc, birlik və yüksəliş rəmzidir

09:05
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!