01 Oktyabr 2023 10:40
1851
Mədəniyyət
A- A+
Xatirələrdə yaşayan ömür

Xatirələrdə yaşayan ömür

 

İşi, əməli, elmi fəaliyyəti ilə adını yaddaşlara yazmağı bacaranların keçdiyi ömür yolu sonradan xoş xatirələrə çevrilir. Belələri haqqında söz düşəndə "gəldi, yaşadı, getdi", - demirlər. "O, bu ömrü əsl insan kimi yaşamağı bacardı", - söyləyirlər. 
Həyatını insanların hüququnun qorunmasına, ədalətin bərqərar olmasına həsr ermiş, uzun müddət prokurorluq orqanlarında səmərəli fəaliyyət göstərmiş Xanoğlan Şıxəliyevin ömrü kimi...  Xanoğlan Şıxəliyev cəmi 66 il yaşasa da, adını onu tanıyanların, el-obasının, Azərbaycan hüquq ictimaiyyətinin yaddaşına əbədi yazdırmağı bacaran, sağlığında "elin adamı", "Allah adamı", "Vətənin övladı" kimi dəyərləndirilən, bu dünyadan köçdükdən sonra hörmət və rəhmətlə anılan nadir insanlardandır.
Bu günlərdə Xətai rayonunda, Yeni Azərbaycan Partiyasının inzibati binasında mərhum Xanoğlan Şıxəliyevin keçdiyi mənalı ömür yolundan və fəaliyyətindən bəhs edən "Qısa ömrün xatirələri" adlı kitabın təqdimatı keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Mərhumun yaxın dostu, uzun illər onunla prokurorluq orqanlarında birgə çalışan Zahid Vəliyev Xanoğlan Şıxəliyevin işlədiyi müddətdə dövlətə sədaqətlə xidmət etdiyindən, prinsipiallığından, tutduğu vətəndaş mövqeyindən, yaxşı dost, işini sevən ədalətli prokuror olmasından, digər insani keyfiyyətlərindən danışdı.
Zahid Vəliyev çıxışında mərhumun yaradıcı təfəkkürə malik insan olduğunu da vurğulayaraq qeyd etdi ki, Xanoğlan Şıxəliyevin müəllifi olduğu "Heydər Əliyevin çörəyi" adlı kitab indi də prokurorluq işçilərinin stolüstü kitabıdır.
Tədbirdə Azərbaycan Respublikasının Xalq rəssamı Arif Hüseynov,  Milli Məclisin deputatları Hikmət Babaoğlu və Vüqar İsgəndərov, Əməkdar incəsənət xadimi Abdulla Qurbani, din xadimi Hacı Surxay Məmmədli, mərhumun qohumu Hacı Mirmehdizadə, Əməkdar müəllim Nizami Şıxəliyev, mərhumun oğlu Müşfiq Şıxəliyev çıxış edərək, Xanoğlan Şıxəliyevin keçdiyi zəngin  həyat yolu haqqında xatirələrini bölüşüb, tədbir iştirakçılarına maraqlı məlumatlar verdilər.
Xatırladaq ki, kitabın müəllifi mərhumun qızı Nuranə Şıxəliyevadır. Oxuculara təqdim olunan "Qısa ömrün xatirələri" kitabında respublikamızda tanınmış, sayılıb seçilən içtimai-siyasi xadimlərin, qələm sahiblərinin Xanoğlan  Şıxəliyevin keçdiyi şərəfli və məzmunlu həyat yolu haqqında ürək sözlərini oxuduqca, xalqı, dövləti üçün çalışan sədaqətli bir insanın sevənlərinin qəlbində əbədi yaşadığına əminlik yaranır. Eyni zamanda "əsl dost, ləyaqətli və şərəfli insan necə olmalıdır" sualına asanlıqla cavab tapmaq olur.

Elşən QƏNİYEV,
İlham BABAYEV, (foto)
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!