19 İyun 2025 19:13
588
CƏMİYYƏT
A- A+
“Xarici Siyasət Proqramı” çərçivəsində ölkəmizdə səfərdə olan bir qrup xarici diplomatla görüş keçirilib  

“Xarici Siyasət Proqramı” çərçivəsində ölkəmizdə səfərdə olan bir qrup xarici diplomatla görüş keçirilib  


İyunun 19-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Qaya Məmmədov ADA Universitetinin İxtisasartırma Proqramı və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) tərəfindən birgə təşkil olunan “Xarici Siyasət Proqramı” çərçivəsində ölkəmizdə səfərdə olan bir qrup xarici diplomatla görüşüblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə “Xarici Siyasət Proqramı” barədə tədbir iştirakçılarına qısa məlumat verilib. Bildirilib ki, 2018-ci ildən etibarən həyata keçirilən bu proqramda indiyədək 90-a yaxın ölkədən 150 diplomat iştirak edib. Cari il üçün nəzərdə tutulan proqramda isə 27 ölkəni təmsil edən 30 diplomat yer alır. Proqramın əsas məqsədi Azərbaycanla xarici ölkələr arasında qarşılıqlı anlaşmanın, diplomatik əlaqələrin və əməkdaşlıq imkanlarının dərinləşdirilməsidir.

Səməd Seyidov Milli Məclisin strukturu, fəaliyyəti və beynəlxalq əlaqələri haqqında məlumat verib. Bildirib ki, hazırda parlamentdə 100-dən artıq ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. O, həmçinin diqqətə çatdırıb ki, parlament 19 beynəlxalq parlament təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Azərbaycan Milli Məclisi hazırda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası və Asiya Parlament Assambleyası da daxil olmaqla, 3 beynəlxalq parlament qurumuna sədrlik edir.

Dünyada və regionda baş verən prosesləri dəyərləndirən komitə sədri qlobal və regional transformasiya meyilləri ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, dünyada cərəyan edən mürəkkəb geosiyasi proseslər fonunda formalaşmaqda olan yeni dünya düzənində dialoq və əməkdaşlığın əhəmiyyəti daha da artıb. Ərazilərimizin Ermənistan tərəfindən 30 illik işğalına son qoymuş 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlardan söz açan Səməd Seyidov Ermənistanla ikitərəfli əsasda davam edən sülh danışıqları barədə də məlumat verib. Qeyd olunub ki, Azərbaycan sülh gündəliyinə sadiqliyini qoruyur və Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində səylərini davam etdirir.

Görüşdə Azərbaycanın yürütdüyü daxili və xarici siyasətin prioritetləri barədə fikirlərini bölüşən Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə və deputat Qaya Məmmədov ölkəmizin ilbəil artan beynəlxalq nüfuzundan bəhs edib, Azərbaycanın həm regional, həm də qlobal güclərlə konstruktiv dialoq quraraq qarşılıqlı maraqlara əsaslanan uğurlu əməkdaşlıq münasibətləri formalaşdırdığını bildiriblər. Deputatlar, həmçinin COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirin ölkəmizdə keçirilməsinin Azərbaycanın etibarlı sülh və tərəfdaşlıq platforması kimi tanınmasına töhfə verdiyini vurğulayıblar.

Görüş diplomatları maraqlandıran mövzuların müzakirəsi ilə davam edib, onların sualları cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!