26 Noyabr 2026 09:55
185
Mədəniyyət
A- A+
"Xaqani Şirvani və İraq" mövzusunda elmi müzakirələr aparıldı

"Xaqani Şirvani və İraq" mövzusunda elmi müzakirələr aparıldı


Azərbaycan Prezidenti İlham Əliyevin böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncamına uyğun olaraq, noyabrın 25-də "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzində həmin mərkəzin və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə "Xaqani Şirvani və İraq" mövzusunda elmi müzakirə keçirilib.

Tədbiri giriş sözü ilə açan "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzinin sədri, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev Prezident İlham Əliyevin 28 yanvar 2026-cı ildə Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı sərəncamın əhəmiyyətindən danışdı, il ərzində ölkəmizdə və xaricdə şairin həyat və yaradıcılığına həsr olunmuş tədbirlərə, alimlərin apardığı elmi tədqiqatlara toxundu. Qeyd etdi ki, Xaqani ilə bağlı hələ sovet dövründə ciddi elmi araşdırmalar mövcud idi: "Lakin Prezidentin sərəncamından sonra Xaqani Şirvani irsinə yeni aspektlərdən yanaşmalar müşahidə edildi. Bu gün keçirdiyimiz müzakirə də məhz bu tədbirlər sırasındadır. İraq Xaqani Şirvaninin həyat və yaradıcılığında xüsusi rola malikdir. Təsadüfi deyil ki, mütəfəkkir şairin ən böyük əsərlərindən biri İraqa aiddir və "Töhfətül-İraqeyn" adlanır". Mərkəzin sədri həmçinin Azərbaycan-İraq-türkman ədəbi-mədəni əlaqələrinin yaranmasında Xaqani irsinin mühüm rol oynadığını qeyd etdi.

Daha sonra söz AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlıya verildi. Aygün xanım il ərzində Azərbaycan Milli Elmlər Akademiyasında, o cümlədən Ədəbiyyat İnstitutunda Xaqani Şirvani ilə bağlı aparılan tədqiqatlardan, çap olunan kitablardan, jurnallardan və məqalələrdən danışdı, Prezidentin sərəncamı ilə xaqanişünaslığa yeni nəfəs gəldiyini bildirdi. Alim hələ 2020-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən sənətkarın elmi pasportu seriyasından "Xaqani Şirvani. Həyatı və yaradıcılığı" adlı monoqrafiyanın çap olunduğunu, Prezidentin sərəncamından sonra isə bu istiqamətdə daha geniş tədqiqatların aparıldığını tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Görkəmli alim, professor İmamverdi Həmidov Xaqaninin İraqda keçən illərindən, burada görüşdüyü şəxslərə münasibətindən, yazdığı əsərlərdən söz açdı. İraqın və İraq türkmanlarının Xaqani Şirvaninin həyatında önəmli rol oynadığını vurğuladı.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Könül Hacıyeva çıxışında şairin Azərbaycan ədəbiyyatında rolundan danışdı, onun ədəbi məktəbinin sonrakı illər hansı istiqamətdə davam etməsi ilə bağlı dəyərli fikirlərini səsləndirdi.

Filologiya üzrə fəlsəfə doktoru Elnarə Zeynalova Xaqani Şirvaninin ərəbdilli yaradıcılığına toxundu, onun məktubları ilə bağlı bir sıra yeni və maraqlı məlumatlar verdi. Qeyd etdi ki, Xaqaninin ərəbdilli yaradıcılığı və məktubları son illər aparılan elmi tədqiqatlar nəticəsində daha dərindən öyrənilmişdir. Azərbaycan klassik ədəbiyyatında Xaqani Şirvaninin xüsusi rolunun olduğunu söyləyən alim hər dəfə bu istiqamətdə tədqiqatlar apardıqca görkəmli şairin özünəməxsus xüsusiyyətlərinin ön plana çıxdığını qeyd etdi.

Şirvan şəhər B.Aslanov adına 16 nömrəli orta məktəbin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Şəhla Məcidova Xaqani Şirvani yaradıcılığının tədrisi məsələlərindən danışdı, gənclərə klassik irsimizin, xüsusən Xaqani Şirvaninin nəsihətnamələrinin öyrədilməsinin vacibliyini önə çəkdi.

"Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzinin əməkdaşı Şəfəq Ağalarlı Xaqani Şirvani yaradıcılığının mədəniyyətlərarası dialoq çərçivəsində tədqiqinin də önəmli olacağını diqqətə çatdırdı. Bildirdi ki, görkəmli şairin əsərlərində müxtəlif xalqların adət və ənənələrinə, mədəniyyətlərinin müxtəlif sahələrinə aid dəyərli fikirlər çoxdur.

Tədbir maraqlı müzakirələrlə yekunlaşdı.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin dekabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

10:44
26 Noyabr

Neft qiymətləri artır 

10:41
26 Noyabr

Kəlbəcərdə bayram konserti və atəşfəşanlıq olub

10:31
26 Noyabr

Qızıl və gümüş bahalaşıb

10:12
26 Noyabr

Azərbaycan nefti 100 dollardan baha satılır

10:01
26 Noyabr

"Xaqani Şirvani və İraq" mövzusunda elmi müzakirələr aparıldı

09:55
26 Noyabr

Geniş yayılmış virusun Altsheymer xəstəliyinin yaranma riskini artırdığı müəyyən edilib

09:50
26 Noyabr

Çin ABŞ-nin yeni gömrük rüsumları planını "siyasi manevr" adlandırdı

09:45
26 Noyabr

Çempionlar Liqası: “Fənərbağça” “Şaxtyor”a qalib gəlib, “Bavariya” məğlub olub  

09:43
26 Noyabr

Müharibənin qaranlığında yanan vicdan işığı

09:40
26 Noyabr

Kiyev şəhəri ballistik raketlərlə vurulub

09:37
26 Noyabr

Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır

09:35
26 Noyabr

Əlisəfa Azayevin qələmində "Əlfi Qasımov fenomeni"

09:35
26 Noyabr

Mümkünsüz görünəni mümkün edən cəsarət və məharət 

09:30
26 Noyabr

Gözəllik abadlıqdan başlayır

09:25
26 Noyabr

Səyyar qəbulda qaldırılan problem həll olundu

09:20
26 Noyabr

Bu şəhər bizimdir

09:15
26 Noyabr

Problem tezliklə aradan qaldırıldı

09:10
26 Noyabr

Uşaqların uşaqlığı niyə ekrana köçür?

09:05
26 Noyabr

Masallıda xeyriyyəçilik ənənələri yaşadılır

09:00
26 Noyabr

Piyada keçid körpüsü təmir edildi

08:55
26 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!