15 Avqust 2026 08:05
1047
CƏMİYYƏT
A- A+
Xankəndinin Böyük qayıdış səhifəsi

Xankəndinin Böyük qayıdış səhifəsi


"Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

Prezident İlham Əliyevin Xankəndi şəhərində Dövlət bayrağını qaldırdıqdan sonra çıxış edib səsləndirdiyi bu fikirlər tam olaraq gerçəkliyə çevrilib. Qarabağlılar artıq öz doğma dədə-baba torpaqlarına əbədi qayıdır, orada həyatlarını yenidən qururlar. Bu isə həyata keçirilən davamlı, ardıcıl dövlət siyasətinin nəticəsidir. 

44 günlük Vətən müharibəsindəki qələbə başa çatdıqdan sonra qarşıda duran əsas vəzifə bu ərazilərdə sürətli quruculuq işləri aparmaq və Böyük qayıdışı təmin etmək idi. Dövlət başçısının tapşırığı məhz bu istiqamətdə olmuşdu. İşğaldan azad olunmuş ərazilərə səfər edən Prezident İlham Əliyev ilk növbədə böyük quruculuq işlərinin təməlini atdı. Qısa zamanda keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı  qarşıya prioritet vəzifə kimi qoyuldu. Görülən sürətli bərpa və yenidənqurma işləri nəticəsində çox keçmədən 2022-ci ilin yayında Zəngilan  ilk sakinlərini qarşıladı. Bununla da Böyük Qayıdışa dair I Dövlət Proqramının, demək olar ki, ilkin nəticələri göz önünə çıxdı. İlk sakinlərin Ağalıya qədəm qoymasından sonra isə köç prosesi davamlı xarakter aldı. Neçə-neçə yaşayış məntəqələrinə köç karvanları yola salındı. Onun nəticəsidir ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda 90 mindən çox insan yaşayır, işləyir və təhsil alır. Otuzillik həsrətdən sonra bu gün hər bir azərbaycanlı bu torpaqları özünə doğma ev, ocaq hesab edir.

2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olundu. Xankəndidə Dövlət bayrağının ucaldılması isə bu tarixi Zəfərin ən parlaq zirvəsinə yüksəldi. Beləliklə, yeni ünvanlara qayıdış başladı. Bərpa işləri yekunlaşdıqdan sonra bu il xankəndililərə də xoş xəbər verildi. Yeni ilin ilk ayında 162 nəfərdən ibarət 36 ailə Xankəndiyə qədəmlərini qoydular. Bu baxımdan, bu ilin həm də xankəndililərin ili olduğunu desək yanılmarıq.  

Avqustun 14-də də Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Xankəndiyə 22 ailə - 102 nəfər köçürülüb. Köç edən ailələr respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış sakinlərdən ibarətdir. Doğma yurda qayıdan sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını ifadə edib, Vətən uğrunda canlarından keçən şəhidlərə rəhmət diləyiblər.

Beş il ərzində Qarabağ və Şərqi Zəngəzurda vüsət almış geniş quruculuq işləri nəticəsində Böyük qayıdış prosesinin birinci mərhələsi bu il uğurla tamamlanacaq. Növbəti ildən isə ikinci mərhələyə start verilir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın hazırlanması haqqında sərəncamına əsasən, artıq ikinci proqram da hazırlanır. 2027-2030-cu illəri əhatə edəcək proqram Böyük qayıdışın davamlılığını təmin etməklə yanaşı, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafını sürətləndirəcək, müasir infrastrukturun formalaşdırılmasına və əhalinin doğma yurdlarına təhlükəsiz, rahat şəkildə qayıdışına xidmət edəcək.

İşğaldan azad edilmiş ərazilərdə yaşayış üçün zəruri şəraitin yaradılması və sosial xidmətlərin əlçatanlığının artırılması əvvəlki proqramdakı kimi, yenə də əsas istiqamətlərdən biri olacaq. Sənəddə yeni yaşayış məntəqələrinin salınması ilə yanaşı, mövcud şəhər və kəndlərin müasir standartlara uyğun inkişaf etdirilməsi nəzərdə tutulur. Bu proses ərazilərin iqtisadi potensialının reallaşdırılmasına, yeni iş imkanlarının yaradılmasına və yerli məşğulluğun artırılmasına da töhfə verəcək. Beləliklə, Böyük qayıdış proqramının icrası yalnız insanların doğma torpaqlarına qayıtmasını deyil, həmin ərazilərdə uzunmüddətli və dayanıqlı həyatın qurulmasını təmin edən genişmiqyaslı proses kimi davam edəcək.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub 

22:43
04 Sentyabr

Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib  

20:26
04 Sentyabr

Bakıda Türk dünyası travmatoloq və ortopedlərinin beynəlxalq konqresinin açılışı olub 

19:32
04 Sentyabr

Ədliyyə naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

19:30
04 Sentyabr

Amerikalı jurnalist Qarabağa qayıtmış sakinlərlə görüşüb

19:27
04 Sentyabr

Sahibə Qafarova: "Parlament diplomatiyası ölkələr arasında dialoq və əməkdaşlığa mühüm töhfə verir"

19:26
04 Sentyabr

Həkim əməyinə verilən dəyər insan sağlamlığına xidmət edir

19:16
04 Sentyabr

Qaradağ rayonunda şəhid və qazi ailələrinin övladlarına yeni dərs ili ilə əlaqədar hədiyyələr təqdim olunub

19:07
04 Sentyabr

Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

19:04
04 Sentyabr

ŞƏT məkanı Azərbaycanın xarici ticarət əlaqələrində xüsusi əhəmiyyət daşıyır

18:17
04 Sentyabr

Bakı Metropoliteninin yeni stansiyası “20 Sentyabr” adlandırılacaq

18:14
04 Sentyabr

Türk professor: “Azərbaycan Avrasiyanın yeni geoiqtisadi xəritəsində “qovşaq ölkə” rolunu gücləndirir “

17:33
04 Sentyabr

Azərbaycan-ŞƏT əməkdaşlığı siyasi, iqtisadi və nəqliyyat imkanlarını genişləndirir

17:30
04 Sentyabr

Gürcüstan gəncləri üçün Azərbaycanın ali təhsil imkanları təqdim ediləcək 

17:27
04 Sentyabr

Ekspert: Azərbaycanın ŞƏT ilə əməkdaşlığında iqtisadi və logistika prioritetləri ön plandadır

17:24
04 Sentyabr

ETSN-də görüş: ayıların kəndlərə və təsərrüfatlara yaxınlaşması məsələsi araşdırılıb

17:00
04 Sentyabr

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  

16:58
04 Sentyabr

Baş prokuror paytaxtın Yasamal rayonunda vətəndaş müraciətlərini dinləyib

16:55
04 Sentyabr

Azərbaycan-Qazaxıstan strateji münasibətlərinin inkişafı müzakirə olunub

16:52
04 Sentyabr

M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

16:50
04 Sentyabr

Professor: “ŞƏT plyus” formatı Azərbaycanın balanslaşdırma siyasəti üçün imkanları genişləndirir

16:48
04 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!