07 İyun 2023 09:27
956
Mədəniyyət
A- A+
Xanəndəlik sənəti dünya musiqisinin incisidir

Xanəndəlik sənəti dünya musiqisinin incisidir

 

Mehriban xanım Əliyeva Azərbaycan muğam sənətinin
qorunmasına və inkişafına xüsusi diqqət, qayğı göstərir

 

Şərq sivilizasiyasının mühüm mərkəzlərindən biri olan Azərbaycanda ta qədim dövrlərdən etibarən zəngin incəsənət mövcud olub. Eləcə də muğam sənətimizin qədimliyi bu sahədə aparılan araşdırmalarla təsdiqini tapıb və bu sənətin ilk nümunələrinin müasir tipli insanların formalaşdığı dövrlərə qədər gedib çıxdığı bildirilir. 


Muğamla bağlı araşdırmalarda Abasqulu Nəcəfzadə "Adında bayatı sözü olan muğamlar" adlı məqaləsində muğamların genezisini araşdıraraq onların qədimliyi ilə bağlı yazır ki, Azərbaycan ərazisində muğamların ilk nümunələrini müasir tipli insanların formalaşdığı qədim Qobustanda öyrənməliyik. Yəni muğamın yaranma tarixi Qobustanda məskunlaşan ana və nənələrimizin körpələrin beşiyi başında oxuduqları ilk "Layla"lar qədər daha qədimdir: "Layla"lar şeir formasında deyilmir, hər hansı muğam üzərində zümzümə edilir. Bu, min il də, 20 min il də bundan əvvəl belə oxunmuşdur. İndinin özündə avazla oxunan ən qədim laylaları dinləyəndə onların hansı muğama kökləndiyini asanlıqla müəyyənləşdirmək mümkündür. Həm qədim, həm də çağdaş laylaların əksəriyyəti "Segah" muğamının məqam-intonasiyası əsasında oxunur. Muğam janrı həm uzaq keçmişin, həm bu günün, həm də gələcəyin möhtəşəm xəzinəsidir".
Azərbaycan muğam ifaçılığının tarixi köklərini araşdırsaq onun 8 min illik tarixə malik olduğunun faktlarla sübut edildiyini görürük. Bunu Cənubi Azərbaycanın Cığamış şəhərində tapılmış gil qablar üzərindəki müxtəlif musiqi alətlərinin təsviri də sübut edir. 
Muğam sözünün etimologiyası Azərbayca ərazisində yaşayan atəşpərəst kahinlər olan maqların adı ilə bağlıdır. Məlumdur ki, zərdüştlüyün tərəfdarları digər dinlərdə olduğu kimi, xüsusi mərasimlərdə rituallar yerinə yetirərkən xeyir Allahı Ahuramazdanın şərəfinə mahnılar, himnlər maqlar tərəfindən oxunmuşdur. Onlar musiqinin insanlara emosional təsirindən xəbərdar olub insanların əhvalına, psixikasına musiqi ilə təsir edə bilirdilər. 
Sasanilər dövründə zərdüştlüyün geniş yayılması, Sasani şahlarının maqlara xüsusi diqqət ayırması faktı hər kəsə məlumdur. Bu dövrdə şah saraylarında musiqi məclislərinin təmtəraqlı şəkildə təşkil olunması ilə bağlı ədəbiyyatda və tarixdə xeyli məlumat var. 
Bəzən müğənniləri mütrüb kimi adlandırsalar da, dahi Nizami ərğanun və çəngin müşayiətilə çıxış edən müğənnini mütribdən fərqləndirir. Dünya ədəbiyyatının klassiki Əbdülqasım Firdövsi "Şahnamə" əsərində bağlı beytlər işlətmişdir.
Çünki eyvandan döyüş sədalarının yüksək səsi gəlirdi Müğənni qanun və çəngin müşayiəti ilə oxuyurdu.

 

Dahi şairlərin yaradıcılığı özünü muğam ifaçılığında da göstərib 

 

Daha sonralar Şimali Azərbaycanda xristianlığın yayılması nəticəsində Alban kilsələri və xristian din xadimləri cəmiyyətin önəmli təbəqəsinə çevrildilər. Məlumdur ki, xristian dininin kilsə ayinlərində xüsusi yeri kilsə xoru tutur. İncilin mətninə uyğun dini musiqi ilə yaradana mədh etmək bu musiqinin əsas vəzifəsi idi. Təəssüf ki, musiqişünaslar tərəfindən bu dövrün araşdırılmasına rast gəlmirik. Buna görə də qarşıya sual çıxır - Alban xristian kilsələrində III mömin Vaçaqan və Girdiman hökmdarı Cavanşirin zamanında kilsə xoru fəaliyyət göstərmişdir? O dövrdə Azərbaycan vokal sənətinin inkişafına bu xorun təsiri olub?
VII əsrdə islamın ölkədə yayılması Azərbaycanın vilayətləri arasında mədəni dini birliyin yaranmasına gətirib çıxardı. İslamın əsas müddəalarını elm və təhsilə qayğı göstərmək kimi ideyalar təşkil etsə də, incəsənət növlərinə münasibət birmənalı deyildi. Memarlıq, miniatür sənəti, nəqqaşlıq kimi sahələr öz inkişaf zirvəsinə çata bilsə də, musiqi, rəssamlıq və heykəltaraşlıq haqqında eyni fikri söyləyə bilmərik. Birmənalı şəkildə insan portreti və heykəlinin yaradılması qəbuledilməz idi. Musiqiyə münasibət bəzi hallarda loyal olsa da, bəzi fanatiklər tərəfindən sərt münasibət formalaşırdı. Baxmayaraq ki, islam ayinlərində dini rituallardan musiqi təcrid edilmişdi. 
Abbasi xəlifələrinin hökmranlığı dövründə musiqiyə münasibət dəyişdi. Xəlifələr özləri musiqiyə qulaq asır, bəstəkar və ifaçıları himayə edir, eyni zamanda onların nəzəriyyəçi kimi formalaşmasına da yardım edirdilər.
Təbii ki, din xadimlərinin musiqiyə mənfi münasibəti muğam ifaçılığının xanəndəlik sənətinin inkişafına əngəl törədirdi. Azərbaycanın görkəmli tar və kaman ustası Ağasəlim Abdullayev və Fəxrəddin Dadaşov "Şərq musiqisində muğam ənənələri" adlı məqalələrində muğam ifaçılığının təşəkkül tapmasında islam dininin müsbət rolu olduğunu vurğulayırlar: "Muğamı müəyyən dərəcədə islam dini ilə də bağlamaq olar. Bu, Quran ayə və surələrinin, müsəlmanları ibadətə səsləyən azanın improvizasiyalı şəkildə ifasında özünü göstərir. Lakin muğam inkişafda olub, fundamental forma kəsb etdiyi üçün onu bütövlükdə dini musiqi ilə bağlamaq düzgün olmazdı. Avazlı-reçitativli bu oxu tərzi vurğulu-vurğusuz, uzun və qısa hecaların növbələşməsi ilə icra edilir." 
Xanəndə Aqil Məlikov isə islamın musiqidən ayrılmadığını bildirib. Xanəndəyə görə islam aləmində quran, şəriət, Əli süfrəsi, "Məhərrəmlik əzadarlığı" adlı məclislər mövcuddur. Hər məclisdə musiqiyə bu və ya digər şəkildə müraciət olunur. Quran məclisində ayələr muğam üzərində xüsusi avazla oxunur, Əli süfrəsində əhli-beyt aşiqləri imamların şərəfinə mərasim təşkil edir, dərvişlər xanəndələrin rolunu həyata keçirirlər. Aqil Məlikov qeyd edir: "Sadəcə olaraq onları xanəndələrdən fərqləndirən əsas xüsusiyyət muğam ifası zamanı qinayə yol verməmələridir. Qina deyərkən, burada həddindən artıq çox istifadə edilən zəngulələr, qışqırıqlar nəzərdə tutulur. Bundan əlavə, dərvişlər muğamları daha çox məzhər (sağanağında haram sayılan metal halqalar, pulcuqlar, zınqırovlar olmayan dərviş dəfi) alətinin müşayiəti ilə və ya dəmyə ifa edirlər". 
Məhərrəm əzadarlığı məclisləriylə bağlı ədəbiyyatda ayrı-ayrı müəlliflərə aid məlumatlar var. X-XVII əsrlərdə Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Xaqani Şirvani, İzəddin Həsənoğlu, İmadəddin Nəsimi, Cahan şah Həqiqi, Həbibi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Həqiri Təbrizi, Qövsi Təbrizi, Saib Təbrizi kimi şairlərin yaradıcılığı özünü muğam ifaçılığında da göstərib. 

 

Ustadlarımızın hər birinin yetişməsində bu məktəblərin müstəsna xidmətləri olub 

 

Məlumdur ki, xanəndəlik sənəti oxuma sənəti sayılır. Qərb oxu tərzindən bir sıra xüsusiyyətlərə görə fərqlənən bu ifaçılıq növü Şərq musiqisinin özülü hesab edilən muğam sənəti ilə sıx bağlıdır. Buna görə də xanəndəlik sənəti dedikdə ilk növbədə vokal-instrumental muğam ifaçılığı nəzərdə tutulur. 
Vokal-instrumental muğam ifaçılığında xüsusi yer tutan zərbi-muğamlar aşıq sənəti ilə qarşılıqlı əlaqədə inkişaf etmişdir. İddia edə bilərik ki, zərbi-muğamların, şikəstələrin, təsniflərin və xalq mahnılarının çoxunun əsasını aşıq sənəti təşkil edir. Orta əsrlərdə aşıq sənətinin inkişafında da mühüm dəyişiklik müşahidə olundu. Xüsusən Şah İsmayıl Xətainin hakimiyyəti dövründə aşıqlara fərqli münasibət formalaşmağa başladı. Bu dövrdə Aşıq Qurbani, Sarı Aşıq, Aşıq Abbas Tufarqanlı, Aşıq Abdulla kimi xalq sənətkarları yaşayıb yaratmışdır. 
Xanəndəliyin bir sənət kimi inkişafında xüsusi rolu olan dövr XVIII-XIX əsrlərdir. Bu dövrü xarakterizə etsək Qarabağ, Abşeron, Şirvan, Gəncə və digər mədəni mərkəzlərdə incəsənətin müxtəlif sahələrinin inkişafı, xüsusən musiqi və muğam ifaçılığı sənətini təkmilləşdirən mühitin məclislərin və məktəblərin meydana gəlmə prosesinin şahidi oluruq.
Bütün bu musiqi məclisləri yeni xanəndələr nəslinin yetişdirilməsilə bərabər, muğam sənətinin xalq arasında intişar tapmasında da böyük rol oynamışdır. Digər tərəfdən, məclislər musiqimizi yad təsirlərdən qorumuş, muğamların milli məzmunlu, xalq ruhunda olmasını təmin etmişdir. Muğamın geniş xalq kütlələrinin məişətində möhkəm yer tutmasına səbəb də məhz bu idi. XX əsrin ilk onilliklərində Azərbaycanın böyük şəhərlərində musiqi məclislərinin ənənələri davam etdirilirdi. Göründüyü kimi, Qarabağ, Şamaxı və Bakı musiqi məclislərinin Azərbaycan muğam sənətinə verdiyi töhfələr danılmazdır. Çünki ustadlarımızın hər birinin bir xanəndə kimi püxtələşməsində, yetişməsində bu məktəblərin müstəsna xidmətləri olub.

 

Muğam sənətinə böyük diqqət və qayğı 

 

Ta qədimdən inkişaf edə-edə bu günümüzə gələn milli muğam sənətinin yaşadılmasına böyük önəm verilir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında bu sənətin qorunmasına, inkişafına və təbliğinə xüsusi diqqət və qayğı göstərilir, bu istiqamətdə fundamental işlər gerçəkləşdirilir. 
Məhz Mehriban xanım Əliyevanın milli mədəniyyətimizin, muğam sənətimizin inkişafı ilə bağlı göstərdiyi şəxsi səy və əzmin nəticəsidir ki, Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.
Eyni zamanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən keçirilən milli muğam müsabiqələri və beynəlxalq muğam festivalları milli sərvətimiz olan muğamın dünya miqyasında tanıdılmasına, eyni zamanda yaşadılaraq gələcəyə ötürülməsinə xidmət edir. 
Vətən müharibəsindəki zəfərdən sonra Mehriban xanım Əliyeva muğamımızın qorunması, inkişafı və yaşadılması kimi müstəsna missiyanı Qarabağda da davam etdirir. 30 ildən sonra yenidən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən "Xarıbülbül" festivalında səsləndirilən Azərbaycan muğamlarının sədasının bütün Qarabağa, Azərbaycana, dünyaya səs salması buna ən gözəl örnəkdir. 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda və ölkəmizin bir neçə bölgəsində muğam mərkəzləri yaradılıb. İşğaldan azad olunduqdan sonra muğamın mərkəzi sayılan Ağdam rayonunda Ağdam Muğam Mərkəzinin təməlinin qoyulması isə bu sahəyə daha bir müstəsna xidmətdir. Həmçinin fondun təşəbbüsü ilə görkəmli ifaçılarımızın diskləri, kitabları, albomları buraxılır.
Hər zaman muğam sənətinin ustadlarına qayğı və diqqət göstərən Mehriban xanım Əliyeva bu sənətdə olan gənclərin ən böyük hamisi sayılır, onların inkişafı üçün əlindən gələn dəstəyi göstərir. 
Fəxr edirik ki, qədim ənənələrə malik milli muğam sənətimiz bu gün daha da inkişaf etdirilərək gələcək nəsillərə layiqli bir şəkildə ötürülür. 

Zümrüd MƏMMƏDOVA,
Muğam müsabiqəsinin qalibi 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!