23 Dekabr 2025 08:50
168
Mədəniyyət
A- A+
Xalqın qəlbini oxşayan şair

Xalqın qəlbini oxşayan şair


120 illik yubileyi qeyd olunan Xalq şairi Osman Sarıvəlli 1905-ci ilin dekabrında Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olub. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləyib. 

Sonra təhsilini artırmaq məqsədilə Moskva Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə bir sıra ziyalılar, ədəbiyyat nümayəndələri ilə yaxın münasibət yaradıb. Sonralar şairin özü qeyd edir ki, "Moskvadakı təhsil illəri mənim həyatımda yeni bir mərhələnin başlanğıcı oldu. Orada klassik və müasir rus poeziyası ilə ətraflı tanış oldum. Rus dili vasitəsilə dünya ədəbiyyatının ən maraqlı nümunələrini öyrəndim".

XX əsr Azərbaycan poeziyasının mənzərəsini göz önünə gətirəndə, tərəddüdsüz deyə bilərik ki, böyük  şairimiz Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza ilə bərabər Osman Sarıvəllini xatırlamamaq mümkün deyil. Xalqından, milli-mədəni irsindən ilham alan şairin yazdığı hər bir sətir, Azərbaycan poeziyasının inkişafında misilsiz rol oynayıb. Yurdumuzun gözəllikləri, folklorumuzun müdriklikləri, klassik poeziyamızın incəlikləri şairin yaradıcılığının mənəvi qidasına çevrilib.

O.Sarıvəlli ədəbi yaradıcılığa 1933-cü ildə başlayıb. Həmin ildə "Gənc işçi" qəzetində "Ayaqsız" adlı ilk şeiri çap olunub. Onun "Dəmir sətirlərim" adlı birinci kitabı 1934-cü ildə çapdan çıxıb. Şair 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilib.

Bakı Pedaqoji Texnikumunda müəllim, Bakı Teatr Texnikumunda müdir, Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, "Ədəbiyyat qəzeti"nin redaktoru, "Uşaqgəncnəşr"də redaktor, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləyib.

Sovet rejiminin qanlı-qadalı illəri onun da həyatından yan keçməyib. Qazax rayon NKVD-si Qriqoryan Bakıya göndərdiyi arayışda yazırdı: "AYİ (AYB) İdarə Heyətinin üzvü Qurbanov Osman Abdulla oğlunun atası kənd koxasının müavini olmuş, qayınatası, bibisi uşaqları Türkiyəyə qaçmış, qardaşlarından Qurban Qurbanov 1918-1919-cu illərdə türk ordusunun könüllü əsgəri kimi Qızıl orduya qarşı vuruşmuş, Hümbət Gəncə qiyamının fəal iştirakçısı olmuş, bibisi oğlu Əsəd Nəsibov 1926-cı ildə müsavatçı kimi həbs edilmiş, özü isə xalq düşmənləri Hacıkərim Sanılı və Mikayıl Müşfiqlə yaxın münasibətdə olmuşdur".

Göründüyü kimi, Osman Sarıvəllinin şair taleyi heç də asan olmamış, ömrünün müxtəlif anlarında haqsızlıqlara, təqiblərə məruz qalıb, əzizlərindən bəziləri yaxın və uzaq ölkələrə üz tutub, bəziləri Sibirdə sürgün həyatı yaşayıb, bəziləri isə məhkəməsiz-filansız bir qurşunla "qırmız terror"un qurbanına çevrilib. 

O ağır illərdə nəsli bu cür tar-mar edildiyindən, bolşevik rejiminin yerə-göyə sığmayan "əda"larından şair daim  repressiya qorxusu altında yaşayıb. Amma nə xoş ki, heç bir qorxu onun ilham pərisini əlindən ala bilməyib.

Ustad şairin şeirlərində torpağa bağlılıq hər misrada hiss olunur. Bu baxımdan, onun 1943-cü ildə qələmə aldığı "Gətir oğlum, gətir" poeması o dövrdə böyük əks-səda doğurur. Xalq mənəviyyatının aynası hesab olunan bu əsər fəlsəfi lirikanın əsl nümunəsi kimi dəyərləndirilir. Səməd Vurğunun "Azərbaycan" şeirindən sonra vətən sevgisini ali hiss, müqəddəs duyğu səviyyəsində bu qədər ehtirasla tərənnüm etmək böyük istedadın qələbəsi idi. 


Kömürdən almaz çək, yarpaqdan ipək,

Daşdan gövhər çıxart, buluddan şimşək,

Gətir ildırımın məğrur səsini,

Qumru bulaqların zümzüməsini,

Zəmilərdən sünbül, bağçalardan bar,

Dərələrdən vüsət, dağlardan vüqar... 


- deyə şair poemada atanın diliylə söylənilən "gətir!", "yaşat!" kəlmələri xalq müdrikliyinin, milli-mənəvi dəyərlərimizin yaşanılmasına inamdır. Burada kəndin şəhərlə, köhnəliyin yeniliklə qarşılaşdırılması tendensiyası qətiyyən hiss edilmir. 

Deyimləri aforizmlərə çevrilən Osman Sarıvəlli xalq yaradıcılığının təbliği, aşıq sənətinin tədqiqi ilə yanaşı, tərcüməçiliklə də məşğul olmuş, Nizami, Xəqani, Viktor Hüqo, Nazim Hikmət, Aleksandr Puşkinin əsərlərini, Sofoklun "Antiqona" faciəsini ana dilimizə çevirib. Folklorumuzun və aşıq yaradıcılığının tədqiqində, eləcə də yaxın dostu - böyük Səməd Vurğun yaradıcılığının külliyyatının hazırlanıb çap edilməsində öz qüvvəsini əsirgəməyib. 

Şairin şeirləri axıcı və yaddaqalan olduğundan aşıqların dilindən düşməmiş, sevə-sevə oxumuşlar. Zamanından tutmuş üzü bəri Osman Sarıvəllinin qoşmalarını Azərbaycan aşıqları sevə-sevə oxuyublar. 

Xalq şairi Mirvarid Dilbazi şairin zəngin yaradıcılığına yüksək dəyər verərək yazırdı: "Osman Sarıvəlli çörəksiz yaşayıb, məsləksiz yaşaya bilməyən sənətkarlardandır". Onun şeirləri süjetli, vətənpərvərlik lirikası nümunələri hesab olunur. Eyni zamanda o, şair-filosofdur. İnsan, həyat, ölüm onun şeirlərində önəmli bir yer tutur.


"Döydü yağış məni, döydü qar məni,

Minsəm qarışqanı, aparar məni"


- demiş bu şairin yaradıcılığında boy verən milli-ibrətamiz hikmətlər onu xalqımıza sevdirən ən başlıca amillərdir. 

Ömrün cavan vaxtlarında "Hər kim yüz il yaşamasa, günah onun özündədir", ahıl vaxtlarında isə "İndi görürəm ki, həyat öz işini görür, bizi ucaldan illər qocaltmağı da bacarır" - deyən şairin zəngin yaradıcılığı illərdir ki, Osman Sarıvəllini yaşadır və onu unudulmağa qoymur.

Osman Sarıvəllinin Azərbaycan ədəbiyyatında və poeziyasında xidmətləri ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. 1946-cı ildə "Əməkdə fərqlənməyə görə" medalı,  1959-cu ildə "Qırmızı əmək bayrağı" ordeni, 1963-cü ildə "Şərəf nişanı" ordeni, 1975-ci ildə "Xalqlar Dostluğu" ordeni, 1985-ci ildə "Oktyabr inqilabı" ordeni ilə təltif olunub, nəhayət, 1977-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə "Azərbaycanın xalq şairi" fəxri adına layiq görülüb.

Şeirləri ilə xalqın qəlbini ovsunlayan tanınmış şair 1990-cı il iyulun 3-də vəfat edib və doğma kəndində dəfn olunub.

 

Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən  

15:37
23 Dekabr

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerdən  

14:58
23 Dekabr

Baş Prokurorluq Mingəçevirdə regional konfrans keçirib  

14:55
23 Dekabr

Prezident İlham Əliyev Xankəndinin Kərkicahan qəsəbəsində olub FOTOLAR YENİLƏNİB

13:58
23 Dekabr

Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin Nümunəvi Nizamnaməsi təsdiq edilib  

13:53
23 Dekabr

Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması qaydasında dəyişiklik edilib  

13:47
23 Dekabr

İçərişəhər və Qala qoruqlarında mədəni irsin mühafizəsi və təbliği istiqamətində görülən işlər təqdim olunub - YENİLƏNİB  

13:42
23 Dekabr

Naxçıvanda Dövlət qurumlarının İT rəhbərlərinin VII Zirvə toplantısı keçirilib - YENİLƏNİB  

13:41
23 Dekabr

Sabah bəzi yerlərdə yağış yağacaq  

13:19
23 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub

13:18
23 Dekabr

İKTA internet provayderlərinin internet sürət göstəricilərini dərc edib  

13:17
23 Dekabr

Bakı-Tbilisi-Ceyhan kəməri ilə Türkiyə ərazisindən nəql olunan neftin həcmi açıqlanıb  

13:16
23 Dekabr

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna dəyişiklik edilib  

13:15
23 Dekabr

Azərbaycan-Türkmənistan strateji tərəfdaşlıq münasibətləri 2025-ci ildə daha da möhkəmlənib  

13:14
23 Dekabr

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər üçünü oxunuşda təsdiqlənib  

13:13
23 Dekabr

Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Natiq Ağamirovdan  

13:08
23 Dekabr

Rusiya Federasiyasının senatoru İlyas Umaxanovdan  

13:05
23 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən  

13:02
23 Dekabr

BDYPİ: Piyada keçidlərində diqqətsizlik ağır nəticələrə yol açır

13:01
23 Dekabr

Azərbaycan və Oman diplomatik, xüsusi və xidməti pasport sahibləri üçün viza rejimini ləğv edir  

12:53
23 Dekabr

Nazir müavini: Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın yaşıl enerji potensialının reallaşdırılması üçün infrastrukturun yenilənməsi əsas prioritetlərimizdəndir  

12:44
23 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!