23 Dekabr 2025 13:01
151
CƏMİYYƏT
A- A+
BDYPİ: Piyada keçidlərində diqqətsizlik ağır nəticələrə yol açır

BDYPİ: Piyada keçidlərində diqqətsizlik ağır nəticələrə yol açır


Piyada keçidləri yol hərəkəti təhlükəsizliyi baxımından xüsusi diqqət tələb edən yol sahələridir. Bu ərazilərdə baş verən yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, qəzaların əksər hissəsi yol hərəkəti iştirakçılarının, xüsusilə də sürücülərin qaydalara əməl etməməsi səbəbindən baş verir və ağır nəticələrlə müşayiət olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatında bildirilib.

Qeyd edilib ki, Bakı-Şamaxı avtomobil yolunun Binəqədi rayonu ərazisindən keçən hissəsində qeydə alınan yol-nəqliyyat hadisəsi bir daha göstərir ki, eynisəviyyəli piyada keçidlərində qəzaların əsas səbəbləri sırasında sürət həddinin aşılması, diqqətsizlik, tələskənlik və riskin düzgün qiymətləndirilməməsi xüsusi yer tutur: “Piyada keçidinə yaxınlaşan sürücülərin sürəti vaxtında azaltmaması, yol şəraitini lazımi səviyyədə müşahidə etməməsi və piyadalara üstünlük verməməsi ağır nəticələrə yol açır. Nəzərə alınmalıdır ki, sürücünün verdiyi hər bir qərar, sükan arxasında göstərdiyi hər bir davranış birbaşa insan həyatına təsir göstərir. Bu səbəbdən piyada keçidlərinə yaxınlaşarkən maksimum diqqət və ehtiyatlılıq nümayiş etdirilməsi zəruridir”.

Eyni zamanda, vurğulanıb ki, piyadalar da yol hərəkətinin iştirakçısı kimi üzərlərinə düşən məsuliyyəti unutmamalı, yalnız müəyyən olunmuş keçidlərdən istifadə etməli, yolun hərəkət hissəsinə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin məsafəsini və hərəkətin intensivliyini real qiymətləndirməlidirlər. Qəfil hərəkətlər, ləngimələr və yola qaçaraq çıxmaq qəza riskini əhəmiyyətli dərəcədə artırır.

“Aparılan müşahidələr və təhlillər göstərir ki, piyada keçidlərində təhlükəsizliyin təmin olunması qarşılıqlı məsuliyyət prinsipi əsasında mümkündür. Sürücü və piyada arasında diqqət və qaydalara əməl edilməsi insan həyatının qorunmasında həlledici rol oynayır. BDYPİ hər bir yol hərəkəti iştirakçısını qaydalara ciddi əməl etməyə, insan həyatına biganə yanaşmamağa çağırır”,- deyə məlumatda diqqətə çatdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən  

15:37
23 Dekabr

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerdən  

14:58
23 Dekabr

Baş Prokurorluq Mingəçevirdə regional konfrans keçirib  

14:55
23 Dekabr

Prezident İlham Əliyev Xankəndinin Kərkicahan qəsəbəsində olub FOTOLAR YENİLƏNİB

13:58
23 Dekabr

Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin Nümunəvi Nizamnaməsi təsdiq edilib  

13:53
23 Dekabr

Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması qaydasında dəyişiklik edilib  

13:47
23 Dekabr

İçərişəhər və Qala qoruqlarında mədəni irsin mühafizəsi və təbliği istiqamətində görülən işlər təqdim olunub - YENİLƏNİB  

13:42
23 Dekabr

Naxçıvanda Dövlət qurumlarının İT rəhbərlərinin VII Zirvə toplantısı keçirilib - YENİLƏNİB  

13:41
23 Dekabr

Sabah bəzi yerlərdə yağış yağacaq  

13:19
23 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub

13:18
23 Dekabr

İKTA internet provayderlərinin internet sürət göstəricilərini dərc edib  

13:17
23 Dekabr

Bakı-Tbilisi-Ceyhan kəməri ilə Türkiyə ərazisindən nəql olunan neftin həcmi açıqlanıb  

13:16
23 Dekabr

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna dəyişiklik edilib  

13:15
23 Dekabr

Azərbaycan-Türkmənistan strateji tərəfdaşlıq münasibətləri 2025-ci ildə daha da möhkəmlənib  

13:14
23 Dekabr

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər üçünü oxunuşda təsdiqlənib  

13:13
23 Dekabr

Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Natiq Ağamirovdan  

13:08
23 Dekabr

Rusiya Federasiyasının senatoru İlyas Umaxanovdan  

13:05
23 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən  

13:02
23 Dekabr

BDYPİ: Piyada keçidlərində diqqətsizlik ağır nəticələrə yol açır

13:01
23 Dekabr

Azərbaycan və Oman diplomatik, xüsusi və xidməti pasport sahibləri üçün viza rejimini ləğv edir  

12:53
23 Dekabr

Nazir müavini: Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın yaşıl enerji potensialının reallaşdırılması üçün infrastrukturun yenilənməsi əsas prioritetlərimizdəndir  

12:44
23 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!