23 Dekabr 2025 13:14
156
İQTİSADİYYAT
A- A+
Azərbaycan-Türkmənistan strateji tərəfdaşlıq münasibətləri 2025-ci ildə daha da möhkəmlənib  

Azərbaycan-Türkmənistan strateji tərəfdaşlıq münasibətləri 2025-ci ildə daha da möhkəmlənib  


Azərbaycanla Türkmənistan arasındakı dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri 2025-ci ildə əhəmiyyətli inkişaf yolu keçərək daha da möhkəmlənib, qarşılıqlı etimad və dostluq prinsipləri üzərində genişlənib. 2017-ci ildə imzalanmış “Strateji tərəfdaşlığa dair Bəyannamə”nin ruhuna uyğun olaraq, iki ölkə arasında strateji əməkdaşlığın daha da dərinləşdirilməsi və yeni sahələrdə qarşılıqlı faydalı təşəbbüslərin reallaşdırılması xüsusi əhəmiyyət kəsb edir.

Bu sözləri AZƏRTAC-a müshibəsində Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov deyib. O bildirib ki, 2025-ci ildə keçirilmiş ali, yüksəksəviyyəli qarşılıqlı səfərlər, görüşlər və tədbirlər əməkdaşlığın bütün sahələrdə, o cümlədən iqtisadi, enerji, nəqliyyat, tranzit, mədəni-humanitar və sosial sahələrdə daha da genişlənməsi üçün güclü zəmin yaradıb. Bu ilin iyulunda Türkmən xalqının milli lideri, Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Bakı və Qarabağa səfər edib, strateji əməkdaşlığın gücləndirilməsi və qardaş xalqlarımızın arasında dostluğun dərinləşdirilməsi baxımından əlamətdar tədbirlər həyata keçirilib.

Diplomat vurğulayıb ki, səfər çərçivəsində iqtisadiyyat, energetika, mədəni-humanitar və sosial sahələrdə bir sıra təşəbbüslər müzakirə edilib, əməkdaşlıq üçün yeni perspektivlər müəyyənləşdirilib: “Avqust ayında Prezident İlham Əliyev Türkmənistanın Avaza şəhərinə səfəri zamanı Azərbaycan, Türkmənistan və Özbəkistanın iştirakı ilə keçirilən üçtərəfli yüksəksəviyyəli görüşdə iştirak edərək regionda əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkan yaratdı və qarşılıqlı faydalı əməkdaşlıq haqqında bir sıra nəqliyyat və tranzit sahəsində əhəmiyyətli sənədlərin imzalanmasına nail oldu”.

Q.Gözəlov bildirib ki, oktyabr ayında Türk Dövlətlər Təşkilatının 12-ci Zirvə Görüşü çərçivəsində Qəbələdə keçirilən tədbirlər iki ölkə liderlərinin qarşılıqlı əlaqələrini daha da gücləndirdi. Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov arasında keçirilmiş görüşdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, gələcək əməkdaşlıq istiqamətləri və regional təşəbbüslər ətraflı müzakirə edildi.

“Qəbələdə keçirilən Zirvə çərçivəsində Türkmənistanın Arkadağ şəhəri ilə qardaşlaşan Azərbaycanın Füzuli şəhərində Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə inşa olunacaq məscidin təməlqoyma mərasimlərinin onlayn formatda keçirilməsi mədəni-humanitar əməkdaşlığın strateji əhəmiyyətini daha da artırdı. 2025-ci ilin noyabr ayında Daşkənddə keçirilən Zirvədə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Formatına tamhüquqlu üzv kimi qəbul olunması regiondakı əməkdaşlıq arxitekturasına yeni element əlavə etdi. Türkmən xalqının Milli Lideri Q.Berdiməhəmmədovun 2026-cı ildə Türkmənistanda keçiriləcək növbəti Zirvəyə Azərbaycanın dövlət başçısını dəvət etməsi Türkmənistanın ölkəmizə açıq dəstəyini nümayiş etdirir”, - deyə səfir vurğulayıb. O, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Zirvə toplantısında Prezident İlham Əliyevi təbrik etdiyini də xatırladıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən  

15:37
23 Dekabr

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerdən  

14:58
23 Dekabr

Baş Prokurorluq Mingəçevirdə regional konfrans keçirib  

14:55
23 Dekabr

Prezident İlham Əliyev Xankəndinin Kərkicahan qəsəbəsində olub FOTOLAR YENİLƏNİB

13:58
23 Dekabr

Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin Nümunəvi Nizamnaməsi təsdiq edilib  

13:53
23 Dekabr

Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması qaydasında dəyişiklik edilib  

13:47
23 Dekabr

İçərişəhər və Qala qoruqlarında mədəni irsin mühafizəsi və təbliği istiqamətində görülən işlər təqdim olunub - YENİLƏNİB  

13:42
23 Dekabr

Naxçıvanda Dövlət qurumlarının İT rəhbərlərinin VII Zirvə toplantısı keçirilib - YENİLƏNİB  

13:41
23 Dekabr

Sabah bəzi yerlərdə yağış yağacaq  

13:19
23 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub

13:18
23 Dekabr

İKTA internet provayderlərinin internet sürət göstəricilərini dərc edib  

13:17
23 Dekabr

Bakı-Tbilisi-Ceyhan kəməri ilə Türkiyə ərazisindən nəql olunan neftin həcmi açıqlanıb  

13:16
23 Dekabr

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna dəyişiklik edilib  

13:15
23 Dekabr

Azərbaycan-Türkmənistan strateji tərəfdaşlıq münasibətləri 2025-ci ildə daha da möhkəmlənib  

13:14
23 Dekabr

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər üçünü oxunuşda təsdiqlənib  

13:13
23 Dekabr

Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Natiq Ağamirovdan  

13:08
23 Dekabr

Rusiya Federasiyasının senatoru İlyas Umaxanovdan  

13:05
23 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən  

13:02
23 Dekabr

BDYPİ: Piyada keçidlərində diqqətsizlik ağır nəticələrə yol açır

13:01
23 Dekabr

Azərbaycan və Oman diplomatik, xüsusi və xidməti pasport sahibləri üçün viza rejimini ləğv edir  

12:53
23 Dekabr

Nazir müavini: Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın yaşıl enerji potensialının reallaşdırılması üçün infrastrukturun yenilənməsi əsas prioritetlərimizdəndir  

12:44
23 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!