21 Dekabr 2025 23:49
146
Mədəniyyət
A- A+
Arzu Əliyeva “Harmoniya” sənədli filminin təqdimatında iştirak edib  

Arzu Əliyeva “Harmoniya” sənədli filminin təqdimatında iştirak edib  


Dekabrın 21-də Nizami Kino Mərkəzində Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında mövcud olan birgəyaşayış və tolerantlıq ənənələrini əks etdirən “Harmoniya” sənədli filminin təqdimatı keçirilib. Film Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Mənəvi Dəyərlərin Təbliği Fondunun və Bakı Media Mərkəzinin birgə layihəsidir.

AZƏRTAC xəbər verir ki, filmin təqdimatında Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak edib.

Əvvəlcə film nümayiş etdirilib. Sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov film haqqında fikirlərini bölüşüb. O, ekran işində üç müxtəlif dini təmsil edən rəfiqələrin timsalında Azərbaycan xalqının müxtəlif din və xalqlara yanaşmasının ortaya qoyulduğunu bildirib: “Əsrlər, minilliklər boyu bu coğrafiyada Azərbaycan xalqı multikultural dəyərləri, bir-birinə hörməti, çiyin-çiyinə yaşamağı, adət-ənənəni növbəti nəsillərə ötürmək kimi çox möhtəşəm bir xüsusiyyəti özündə yaşadır. Bu gün Azərbaycanda müxtəlif dinlərin nümayəndələri birlikdə yaşayır, fəaliyyət göstərir, yaradır. Təbii ki, bu, Azərbaycan xalqının müdrikliyinin ən bariz nümunələrindən biridir”. Komitə sədri qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin apardığı siyasət nəticəsində multikultural dəyərlər Azərbaycan xalqının adət-ənənəsi kimi qalmadı. O, işğaldan azad edilən ərazilərdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın birgə səyləri nəticəsində bütün ibadət yerlərinin bərpa olunduğunu da diqqətə çatdırıb.

Ekran işinin quruluşçu rejissoru və ssenari müəlliflərindən biri Fuad Məmmədzadə filmin əsas qəhrəmanları olan Nigar, Cəmilə və Sofiya obrazlarının əsasında Azərbaycan üçün təbii olan bir reallığı çatdırmaq istədiklərini deyib.

“Azərbaycan dünyada nadir ölkələrdəndir ki, burada eyni zamanda müsəlman, yəhudi və xristianlar vahid ailə kimi yaşayır. Biz həmin xanımların timsalında bir mesaj vermək istəyirik ki, bu, həqiqətən də mümkündür”, - deyə o bildirib.

Qeyd edək ki, Bakı Media Mərkəzinin istehsal etdiyi sənədli film Azərbaycanda müxtəlif din mənsublarının birgəyaşayışı üçün yaradılmış imkanlar, dinlərarası harmoniyanın təbliği məqsədilə hazırlanıb. Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, quruluşçu rejissoru Fuad Məmmədzadə, ssenari müəllifləri Fuad Məmmədzadə və Ramil Ələkbərov, quruluşçu operatoru Ziya Babayev və bəstəkarı Hafiz İbrahimlidir.

Çəkilişlər Azərbaycanın müxtəlif bölgələrindəki dini ibadətgahlarda, eyni zamanda, ölkəmizdə formalaşmış nümunəvi tolerantlıq və multikulturalizm mühitini, dinlərarası harmoniyanı, həmrəyliyi, mədəni müxtəlifliyi, birgəyaşayış dəyərlərini təbliğ və təşviq etmək məqsədilə noyabrın 5-də Bakıda keçirilən “Fərqliliyin rəngi” festivalında aparılıb.

Film fərqli din mənsubu olan üç rəfiqənin gündəlik həyatı və qarşılıqlı münasibətlərinin nümunəsində ölkəmizdəki tolerant mühiti işıqlandırır. Onların yaşayış tərzi, ailə münasibətləri, dini ibadətləri və dostluq əlaqələri fonunda Azərbaycanda hökm sürən qarşılıqlı anlayış, etimad və mədəni müxtəliflik mühiti tamaşaçıya çatdırılır.

Qəhrəmanların ailə həyatları, ibadətləri və illərlə davam edən münasibətləri onların mədəni müxtəliflik və sülh şəraitində yaşadıqlarını nümayiş etdirir. Sənədli film vasitəsilə cəmiyyətdə tolerantlıq, qarşılıqlı hörmət və multikultural dəyərlərin təbliği, eyni zamanda, ölkəmizin dinlərarası harmoniyanın qorunması və inkişafı istiqamətində həyata keçirdiyi dövlət siyasətinin mahiyyəti diqqətə çatdırılır.

Azərbaycan tarixini yaşatmaq, həqiqətləri olduğu kimi çatdırmaq Bakı Media Mərkəzi üçün yarandığı ilk gündən böyük önəm daşıyır. Mərkəz bu müddət ərzində ölkəmizin ən müxtəlif tarixi dövrlərini özündə əks etdirən “Hədəf Bakıdır”, “Miras”, “Tağıyev”, “Son iclas”, “Əbədi ezamiyyət”, “Biz” və “Şuşa, sən azadsan!” kimi ictimaiyyət tərəfindən geniş marağa səbəb olan filmlər istehsal edib. “Harmoniya” sənədli filmi də “Bir günəş altında” sənədli filmindən sonra Azərbaycanda multikulturalizm ənənəsinin gündəlik həyatdakı təzahürlərini real insan hekayələri ilə əks etdirən ekran işidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Arzu Əliyeva “Harmoniya” sənədli filminin təqdimatında iştirak edib  

23:49
21 Dekabr

Paşinyan yüklərin Azərbaycan ərazisindən tranzitinin açılmasına görə Prezident İlham Əliyevə təşəkkür edib  

22:36
21 Dekabr

“Qarabağ” “Qəbələ”yə, “Araz-Naxçıvan” “Şamaxı”ya qalib gəlib  

19:51
21 Dekabr

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan  

19:41
21 Dekabr

Azərbaycana qış gəldi

19:07
21 Dekabr

Qida məhsulu alarkən nələrə diqqət etmək lazımdır?  

18:36
21 Dekabr

“Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi” uğurla başa çatıb  

16:51
21 Dekabr

Nazir: Türkiyədə bu ilin sonu turizmdən əldə edilən gəlir hədəflənən 64 milyard dolları ötəcək  

15:54
21 Dekabr

Külli miqdarda dərman vasitələrinin qanunsuz yolla ölkəyə gətirilməsinn qarşısı alınıb

15:03
21 Dekabr

Sabahın hava proqnozu açıqlanıb  

14:52
21 Dekabr

Azərbaycanda növbəti Uşaq Paralimpiya Oyunları keçirilib  

12:18
21 Dekabr

Peskov: Putin Makronla dialoqa hazırdır

09:03
21 Dekabr

Şəkidə canavarın hücumu nəticəsində 5 nəfər xəsarət alıb

08:16
21 Dekabr

Monteneqro Baş nazirinin müavini Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib  

21:31
20 Dekabr

Xarici ekspertlər Azərbaycan–Ermənistan münasibətlərində enerji əməkdaşlığının əhəmiyyətini dəyərləndiriblər 

21:23
20 Dekabr

Azərbaycan-Monteneqro münasibətlərinin inkişafı müzakirə olunub  

19:54
20 Dekabr

Mixail Qusman: Maqsud İbrahimbəyov təkcə Azərbaycanın dahi mədəni və ədəbi fenomeni deyil  

19:23
20 Dekabr

Premyer Liqa: “Zirə” xal itirib

19:09
20 Dekabr

“Sabah” qəzeti: Qərbin Ermənistanın texnoloji sektoruna yatırdığı investisiyalar Türkiyə üçün risklər yaradır

18:57
20 Dekabr

Bəyanat: Avropa Parlamentinin qətnaməsi onun institusional etibarlılığına dair ciddi suallar yaradır  

18:45
20 Dekabr

12-ci Prezident Kuboku uğrunda çövkən yarışlarının qrup mərhələsi yekunlaşıb

18:36
20 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!