16 Aprel 2026 08:45
479
CƏMİYYƏT
A- A+
Ot kökü üstə bitər

Ot kökü üstə bitər


Azərbaycanın perspektivli gənc hüquqşünası 30-cu illərdə repressiya qurbanı olmuş məşhur nəslin nümayəndəsidir 


Müasir Azərbaycan gəncləri arasında tanınan Vüqar Qədimov 2017-ci ildə Bakı Dövlət Universitetinin "Gənc İstedadlar" liseyini bitirib. Daha sonra BDU-nun Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2026-cı ildə isə həmin fakültənin Cinayət hüququ və kriminologiya, cəza-icra hüququ ixtisaslaşması üzrə doktorantura pillələrini bitirib.

Vüqar Qədimov məzun olaraq Respublika Vəkillər Kollegiyasının Rəyasət Heyətində dörd il vəkil köməkçisi işləyib. Daha sonra vəkil seçilib.

Deyirlər ki, elm insan həyatını dəyişdirən ən mühüm amillərdən biri, bəlkə də birincisidir. Bəşəriyyətin ən böyük zəfəri də elmdir. Dahi Nəsirəddin Tusiyə görə, alimdə bir neçə xüsusiyyətin olması vacibdir. Bunların sırasında zəka, zehin aydınlığı, dərk sürəti, ağıl gözəlliyi və hafizənin əhəmiyyəti mühüm rol oynayır.  Ona görə də sevib-seçdiyi peşəyə böyük maraq göstərən gənc hüquqşünas bilgilərini hüquq elminin zənginləşdirilməsində sınamaq üçün iki il öncə  Azərbaycanda hüquq üzrə ilk qadın 

elmlər doktoru, professor  Şəhla xanım Səmədovanın rəhbərliyi altında "Hərəkətsizlik cinayət-hüquqi kateqoriya kimi" mövzusunda dissertasiya yazmağa qərar vermişdir. O, gənc araşdırmaçı kimi tədqiqata cəlb olunan mövzu ilə əlaqədar Azərbaycanda və bir neçə xarici ölkədə müxtəlif beynəlxalq elmi seminarlarda və konfranslarda iştirak və çıxış etmişdir. Gənc hüquqşünasın 6-sı xaricdə olmaqla 14 elmi əsəri nəşr edilmişdir. Elmi tədqiqatlarında qanunçuluğun təkmilləşdirilməsi istiqamətlərində diqqətdən yayınan boşluqları aradan qaldırmaq üçün təkliflər işləyib hazırlamışdır, hazırda mövzu ilə əlaqədar monoqrafiya üzərində işləyir. 

Ötən ilin avqustunda Niderland Krallığının Leyden Universiteti tərəfindən təşkil olunan elmi proqramlarda yüksəksəviyyəli iştirakına görə sertifikatlara layiq görülmüş gənc hüquqşünasın cari ilin fevralında BDU-nun Hüquq fakültəsinin  professor-müəllim heyətinin iştirakı ilə təşkil etdiyi elmi seminarda "Təcavüz siyasətinə görə məsuliyyət: yeni tendensiyalar" mövzusunda etdiyi elmi məruzə dinləyicilər tərəfindən maraqla qarşılanmışdır. Vüqar Qədimov həmçinin cari ilin yanvarında peşəkar hüquqi ingilis dilini bilmə səviyyəsini müəyyən edən TOLES imtahanında 100-dən 92 bal toplayaraq yüksək bilgi nümayiş etdirmişdir. 

Gənc hüquqşünas ötən il iyun ayının əvvəllərində Niderland Krallığının Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Vəkillər Kollegiyasına (BCMVK) yeganə azərbaycanlı kimi dəvətli üzvlüyə qəbul edilmişdir. Bundan üç ay sonra bilik və bacarığı  nəzərə alınmaqla BCMVK-nın Hüquqi Dəstək Heyəti Komitəsinin üzvü seçilmiş, həmin ilin dekabrında isə Vəsait Komitəsinin üzvü təyin edilmişdir. Vüqar Qədimov burada  Azərbaycan Respublikasının Cinayət Məcəlləsində Beynəlxalq Cinayətlərə görə məsuliyyət məsələsinin Roma nizamnaməsinə uyğunluğu barədə geniş məlumat vermiş, ekosid cinayətinin ölkəmizdə kriminallaşdırıldığını və bunun Beynəlxalq Cinayət Məhkəməsinə üzv dövlətlər üçün müsbət nümunə ola biləcəyini vurğulamışdır. Bu zaman gənc hüquqşünas-tədqiqatçının Beynəlxalq Cinayət Məhkəməsinin prezidenti, hakim xanım Tomoko Akane ilə görüşü diqqətdən kənarda qalmamışdır.   

Gənc hüquqşünas-tədqiqatçı BDU-da və Milli Aviasiya Akademiyasının Hüquq fakültəsində pedaqoji fəaliyyətlə də məşğul olur. O, milli dövlətçiliyimizə dəstək olmaq üçün Azərbaycanın hüquqi və iqtisadi hərbi qüdrətini, habelə ekoloji və bioloji təhlükəsizliyini qorumaq və daha da möhkəmləndirmək istiqamətində tələbə-gəncləri bilgiləndirməklə onlara hüquq elminin incəliklərini yüksək səviyyədə öyrədir. Elmi-pedaqoji  qüvvəsini səfərbər etməklə gələcəyin hüquqşünası olacaq tələbələrinin hüquq elminin və qanunlarının icrası zamanı vəzifələrinin öhdəsindən layiqincə gələ bilmələrinə çalışır.

"Ot kökü üstə bitər" deyiblər. Vüqar Qədimov ötən əsrin 30-cu illərində Şəmkirdə repressiya qurbanı olmuş məşhur Bədirbəylilər nəslindən olan Xəlil ağa Bədirbəylinin nəticəsidir. Amma sovetlər dönəmində nəsillərinin soyadı məcburən dəyişdirilib. 26 il  əvvəl adi bir ailədə dünyaya göz açan Vüqarın atası Anar kişi orta təhsillidir, pensiya yaşındadır, anası Leyla xanım tibb bacısı işləyir, kiçik qardaşı İlqar isə hərbi xidmətdən bu günlərdə qayıdıb. Amma əsil-nəsil sözünü  deyib. Gənc hüquqşünas-pedaqoqun elmi araşdırmaları və uğurları ailə üzvlərini, onu yaxından tanıyanları, xüsusən də ona dərs deyən  professor və müəllimləri, tələbə yoldaşları və həmkarlarını  çox qürurlandırır.


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Slovakiya Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

14:17
17 May

Rumıniyalı ekspert: Avropanın yeni təhlükəsizlik arxitekturasında Ukrayna,Türkiyə və Azərbaycanın rolu artır  

14:16
17 May

Sabah yağış yağacaq, bəzi yerlərdə arabir intensivləşəcək

14:14
17 May

Bakıda intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam edir  

14:13
17 May

“Euronews”: Bakıdakı WUF13-ün bu günə qədər keçirilən ən böyük sessiya olacağı gözlənilir  

14:07
17 May

Şri -Lankalı nazir: Müzakirələr şəhərsalma sahəsində yeni yanaşmaların formalaşmasına töhfə verir

14:06
17 May

UN-Habitat: İqlim dəyişikliyi və sürətli urbanizasiya inkişaf nailiyyətlərinə təsir göstərən əsas çağırışlardır

14:05
17 May

Nazirlər səviyyəsində görüş: Yeni şəhərsalma təşəbbüslərinin həyata keçirilməsi konkret nəticələrlə müşayiət olunmalıdır 

14:04
17 May

Qvineyalı nazir: WUF13 beynəlxalq əhəmiyyətə malikdir  

13:53
17 May

Serbiya Prezidenti Azərbaycana səfərə gəlib

13:51
17 May

WUF13 çərçivəsində Xidmət Təchizatçıları Maraqlı Tərəflər Qrupunun açılış iclası başlayıb  

13:47
17 May

Türkiyə eksperti: WUF13 bəşəriyyətin gələcəyini və onun təbiətlə harmoniyasını müzakirə etmək üçün vacib platformadır  

13:41
17 May

UN-Habitat-ın baş eksperti: Dünyanın bir çox ölkələrinin nümayəndələrini bir araya gətirən Azərbaycan çox mühüm iş görüb 

13:31
17 May

WUF13: Yerli və regional hökumətlərin Ümumdünya Assambleyası keçirilir

13:23
17 May

Mexiko şəhər hökumətinin başçısı: Açıq, inklüziv şəhərlərə və çoxtərəfli əməkdaşlığa ehtiyacımız var  

13:19
17 May

Akademik Rasim Əliquliyev: Kommunikasiya kanalları rəqəmsal dayanıqlığın əsasını təşkil edir  

13:16
17 May

Qarabağ atları Avropada yenidən diqqət mərkəzində  

13:08
17 May

Mixail Qusman: WUF13-də bütün ölkələrin nümayəndələrinin iştirakı urbanizasiyanın qlobal xarakter daşıdığını göstərir  

13:03
17 May

Musadik Malik: WUF13-də mənzil təminatı ilə bağlı əsas problemlər gündəmə gətirilir  

13:01
17 May

Prezident İlham Əliyev Türkmənistanın Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədrini qəbul edib YENİLƏNİB

12:57
17 May

Hindistanlı ekspert: WUF13 müxtəlif ölkələrin təcrübələrinin müzakirəsi üçün mühüm məkandır  

12:47
17 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!