16 Aprel 2026 08:05
264
SİYASƏT
A- A+
Xəyanət şəbəkəsinin fiaskosu: Qarabağda nə sülhməramlı qaldı, nə də separatçı 

Xəyanət şəbəkəsinin fiaskosu: Qarabağda nə sülhməramlı qaldı, nə də separatçı 


Bədxahların qarayaxma kampaniyası Azərbaycan Prezidentinin uzaqgörən diplomatiyası qarşısında darmadağın oldu


44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu işğalçı Ermənistanı diz çökdürərək, onilliklər boyu davam edən təcavüzə son qoydu, tarixi ədalət öz yerini tapdı. Savaş Müzəffər Ali Baş Komandan İlham Əliyevin diktə etdiyi şərtlər daxilində düşmənin tam təslimiyyəti ilə yekunlaşdı.

İkinci Qarabağ müharibəsindən sonra imzalanan 10 noyabr üçtərəfli Bəyanatına uyğun olaraq, bölgədə Rusiya sülhməramlı kontingenti yerləşdirilmişdi. Hərbi kontingentin ölkəmizdə qalma müddəti müqavilənin imzalandığı tarixdən, yəni 2020-ci ildən 5 il təşkil edirdi. Tərəflərdən heç biri müddətin bitməsinə 6 ay qalmış öz tələbini bəyan etməsəydi, avtomatik olaraq daha 5 il uzadılacaqdı. Lakin postmüharibə dövründə Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozması, bölgəyə silah-sursat və canlı qüvvə daşınması, mülki şəxslərə qarşı təxribatlar 2023-cü ildə Silahlı Qüvvələrimizin birgünlük lokal antiterror tədbirlərini zərurətə çevirdi. Bu qətiyyətli addım nəticəsində Qarabağda separatçılığın kökü kəsildi, ərazimiz terrorçulardan təmizləndi. 

Yeni reallıqlar 2024-cü il aprelin 16-dan etibarən Rusiya sülhməramlı kontingentinin Azərbaycanı mərhələli şəkildə tərk etməsinə səbəb oldu. İyunun 12-də Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlıların tamamilə çıxarılması prosesi başa çatdı. Rusiya sülhməramlılarının 2024-cü ildə Azərbaycanı tərk etməsi suverenliyimizin tam bərpa edilməsinin məntiqi yekunu və Prezident İlham Əliyevin həyata keçirdiyi strateji diplomatiyanın parlaq qələbəsi idi. 

Bu tarixi uğurun arxasında duran bəzi məqamlara diqqət çəkək. Dövlətimizin başçısı sülhməramlıların fəaliyyəti dövründə yaranan hər bir insidenti və hüquqi boşluğu böyük ustalıqla diplomatik rıçağa çevirdi. Qarabağda keçirilən hərbi əməliyyatlar, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması və 2023-cü ilin sentyabrındakı antiterror tədbirləri sülhməramlıların ərazidə qalmasını  funksional olaraq əhəmiyyətsiz hala gətirdi. Prezidentimizin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyası sayəsində Rusiya bölgədə qalmaq üçün heç bir hüquqi və siyasi əsasın olmadığı faktı ilə üz-üzə qaldı. 

Dövlətimizin başçısı siyasi ustalıqla, Rusiya ilə münasibətləri gərginləşdirmədən hüquqi çərçivədə sülhməramlıların çıxarılması qərarının alınmasına nail oldu. Azərbaycan Prezidenti uzaqgörən siyasəti ilə vəziyyəti elə bir məntiqi sonluğa gətirdi ki, sülhməramlıların Qarabağda qalması Rusiyanın özü üçün resurs itkisinə çevrildi. Bununla bəzi xarici güclərin sülhməramlı məsələsindən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək planları da "suya düşdü". Sülhməramlıların gedişindən sonra Ermənistanla Azərbaycan arasında birbaşa, vasitəçisiz sülh danışıqları üçün sağlam zəmin yarandı. 

O vaxt Rusiya sülhməramlı kontingentinin Azərbaycanı tərk edəcəyinə inanmayan təkcə xarici dairələr deyildi. Sapı özümüzdən olan baltalar, özünü "müxalifət" zənn edən şər-şəbədə şəbəkələri, "Milli Şura" adlı xəyanətkar yuva və xarici ölkələrdəki əxlaqsız tör-töküntülər də "Rusiya ordusu heç vaxt Azərbaycandan getməyəcək" deyirdilər. Əlbəttə, xain qüvvələrin məsələyə dair vay-şüvəni heç də ölkəmizə görə narahatlıqdan irəli gəlmirdi. Milli mənlik duyğusundan və qalib ölkənin vətəndaşı kimi şərəfdən uzaq olan şəbəkə kənar dairələrin təlimatlarını yerinə yetirirdi. Ancaq bu ünsürlərin qara piar kampaniyası 2024-cü ilin aprelində tamamilə iflasa uğradı. 

Sülhməramlıların vaxtından əvvəl və insidentsiz şəkildə ərazimizdən çıxarılması antimilli ünsürlərin siyasi savadsızlığı ilə yanaşı, onların dövlətimizə, xalqımıza düşmən mövqedə dayandıqlarını da bütün çılpaqlığı ilə ortaya qoydu. Həqiqi müxalifət dövlətin suverenliyi bərpa ediləndə sevinməli olduğu halda bu ünsürlər sülhməramlıların gedişindən əməlli-başlı məyusluq keçirdilər. Çünki böhtan şəbəkəsinin siyasi varlığı Azərbaycanın uğursuzluğu üzərində qurulmuşdu. Dövlətimizin ardıcıl uğurları qarşısında deyəcək sözləri qalmadığından uçuruma yuvarlandılar, siyasi ofsayda düşdülər. 

Onlar Azərbaycanın daxili gücünə, xalq-iqtidar birliyinə yox, kənar mərkəzlərin ssenarilərinə inanırdılar. Həqiqətə kor baxdıqları üçün 44 günlük müharibədə ordumuzun gücünü, Xankəndi məsələsində diplomatik manevrləri düzgün qiymətləndirə bilmədilər. Bu, onların Azərbaycanın milli maraqlarından nə qədər uzaq olduqlarını, ermənipərəst dairələrin tezisləri ilə nəfəs aldıqlarını sübut etdi. Reallıq onların bütün yalanlarını hər addımda üzlərinə vurdu. Hansı məsələyə "mümkün deyil" dedilərsə, Azərbaycan lideri onu ən yüksək səviyyədə reallaşdırdı. 

2020-ci ildə 10 noyabr Bəyanatı imzalananda antimilli ünsürlər Rusiya sülhməramlılarının gəlişini "işğalın yeni forması" kimi qələmə verməyə çalışırdılar. Lakin Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan dövləti bu müddət ərzində sülhməramlıların status-kvonu dəyişməsinə imkan vermədi, onların müvəqqəti statusda olduqlarını hər an xatırlatdı. 

Antimilli ünsürlərin ən böyük manipulyasiyaları Xankəndi üzərindən idi. Onlar iddia edirdilər ki, "Şuşa alınsa da, Xankəndinə heç vaxt girə bilməyəcəyik". Ancaq 23 saatlıq antiterror tədbirləri ilə separatçılığın kökü kəsildi, 15 oktyabrda isə Azərbaycan bayrağı Xankəndidə ucaldıldı. Bu, antimilli ünsürlərin illərlə apardığı "qara qarğa siyasəti"nin ən böyük rüsvayçılığı idi.

Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması ilə cənab İlham Əliyev bütün dünyaya sübut etdi ki, Azərbaycanın taleyi kənar güclərin masalarında yox, məhz Bakıda, xalqın iradəsi ilə həll olunur. Bu gün Qarabağda nə sülhməramlı, nə də separatçı var. Bu gün Qarabağın hər qarışında torpağın həqiqi sahibləri yaşayır və geniş bərpa-quruculuq işləri ilə məşğul olurlar. Bu reallıq vaxtilə "ruslar getməyəcək" deyərək şadlanan bədxahların ən ağrılı məğlubiyyət qapazıdır. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Odessa raket və dron hücumuna məruz qalıb, azı 7 nəfər ölüb

09:47
16 Aprel

Mərkəzi Komandanlıq: Hörmüzdə ABŞ-nin blokadası başlayandan bəri 10 gəmi geri qaytarılıb  

09:39
16 Aprel

"Azərenerji" və Dünya Bankı nümayəndə heyətlərinin görüşü olub

09:00
16 Aprel

"Uğurlarıma görə müəllimlərimə minnətdaram"  

08:55
16 Aprel

Milli-mənəvi dəyərlərə bağlılıq nümunəsi

08:50
16 Aprel

Ot kökü üstə bitər

08:45
16 Aprel

Qeyri-neft sektoru üzrə ixracda aqrar və aqrar-sənaye məhsullarının çəkisi yüksəkdir

08:40
16 Aprel

Qardaş ölkə, strateji tərəfdaş

08:35
16 Aprel

Müasir şəhərsalmanın Azərbaycan nümunəsi

08:30
16 Aprel

Bakı qlobal əməkdaşlığın strategiyasını formalaşdırır

08:25
16 Aprel

İqtisadi inteqrasiya artdıqca etimad mühiti də güclənir

08:20
16 Aprel

Ölkəmiz üçün ən ciddi təhlükəsizlik çağırışı

08:15
16 Aprel

İnkişaf, yoxsa ideoloji girovluq

08:10
16 Aprel

Xəyanət şəbəkəsinin fiaskosu: Qarabağda nə sülhməramlı qaldı, nə də separatçı 

08:05
16 Aprel

Milli maraqları qətiyyətlə təmin edən lider

08:00
16 Aprel

Peskov: Rusiya Yaxın Şərqdə hərbi əməliyyatlarda iştirak etmir

07:38
16 Aprel

“Mən, Lalə, bir də Şerlok Holms 2” filminin ikinci mövsümü ictimaiyyətə təqdim olunub

07:37
16 Aprel

Çempionlar Liqası: “Bavariya” və “Arsenal” yarımfinala yüksəlib

07:36
16 Aprel

BMT İrana humanitar yardım üçün 12 milyon dollar ayırıb

07:33
16 Aprel

Kiyevə ballistik raket zərbələri endirilib, ölənlər və yaralananlar var

07:32
16 Aprel

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, "Müdafiə haqqında", "Veteranlar haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Polis haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:11
16 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!