01 May 2025 08:55
441
CƏMİYYƏT
A- A+
Xalqımıza qələbə, Vətənimizə sülh yaraşır

Xalqımıza qələbə, Vətənimizə sülh yaraşır


Torpaqlarımızın erməni qəsbkarları tərəfindən artıq tarixə qovuşmuş işğalı hamımızı sarsıdırdı. Düşmən tapdağında qalmış doğma ocaqlarımız bir gün, bir an olsun yadımızdan çıxmırdı. Tez-tez xəyalən ötən günlərə qayıdar, el-obamızı, ev-eşiyimizi xatırlayardıq. Bu anlarda yanağımızda göz yaşları tumurcuqlayardı. Kədər dolu, qəm yüklü anlar yaşayardıq. 

Elə bu kədər içində də 30 ilə yaxın idi erməni qəsbkarlarının tapdağında qalmış rayonlarımızın işğal günlərini qeyd edər, qəm yüklü, həsrət dolu məqalələr yazar, acılı-şirinli xatirələrimizi dilə gətirərdik. Göz yaşları axıda-axıda işğaldan öncəki günləri, bəxtəvər çağları xatırlayıb kövrələrdik. Beləcə, doğma ocaqlarımıza qayıdacağımız günü həsrətlə gözləyərdik, el-obamıza dönəcəyimiz zamanın intizarını çəkərdik. Ata-baba yurdumuz üçün burnumuzun ucu göynəyərdi. 

Amma illər bir-birini əvəz etsə də, ürəkaçan bir yenilik, sevinc gətirən bir dəyişiklik baş vermirdi. Uzandıqca uzanan səmərəsiz sülh danışıqları bizi bezdirər, ATƏT-in Minsk qrupunun vasitəsilə geriyə dönəcəyimizə inamımızı tükəndirərdi. Yurdumuza dönmək üçün ümidimiz ancaq və ancaq Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanına, şanlı Azərbaycan Ordusuna, qəhrəman zabit və əsgərlərimizə - onların gücünə, qüdrətinə qalmışdı. Çünki sülhə gəlməyən erməni qəsbkarları danışıqlar yolu ilə torpaqlarımızı qaytarmaq istəmirdilər. Bu azmış kimi, cəbhədə atəşkəs rejimini tez-tez pozur, mövqelərimizi atəşə tuturdular. Düşmən ölkənin müdafiə naziri bizi yeni ərazilərimizi işğal edəcəkləri ilə qorxutmaq istəyirdi. Erməni rəsmilərinin və qeyri-rəsmilərinin söylədiklərindən də hiss olunurdu ki, yaxın vaxtlarda qəsbkarların növbəti təxribatları gözlənilir. Və gözlənilən həmin təxribat baş verdi. Erməni qəsbkarları 27 sentyabr 2020-ci ildə səhər gözünü açar-açmaz mövqelərimizi atəşə tutmağa başladılar. 


Gələcək nəsillərə örnək olacaq qəhrəmanlıq


Bu, İkinci Qarabağ müharibəsinin başlanması idi. Ordumuzun hissələri qəsbkarların hücumlarını dəf etmək üçün döyüşə atıldılar. Zabit və əsgərlərimiz Vətən torpaqlarının azadlığı uğrunda gedən bu müqəddəs savaşda böyük cəsarət və hünərlə vuruşdular, gələcək nəsillərə örnək olacaq qəhrəmanlıq nümunələri göstərdilər. 44 gün ərzində nəfəs çəkmədən davam edən Vətən müharibəsi Zəfərlə başa çatdı. Azərbaycan Ordusunun qəhrəman zabit və əsgərləri Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında cəsarətləri ilə düşməni məhv etdilər. Uzun illər ermənilərin tapdağında qalmış torpaqlarımız işğaldan azad olundu. İndi biz rayonlarımızın işğal tarixini deyil, qurtuluş günlərini qeyd edirik. 

44 günlük Vətən müharibəsi başlayanda xalqımız ordumuzun gücünə, qüvvəsinə güvənərək düşmən üzərində qələbə qazanacağımıza böyük ümidlər bəsləyirdi. Çünki illərdən bəri yaranan və formalaşan ordumuz çox güclü və qüdrətliydi, düşmən üzərində qələbə qazanmağa, torpaqlarımızı işğaldan azad etməyə qadir və hazır idi. Qələbə qazanmaq bizim mənəvi haqqımız idi. Çünki Azərbaycan Ordusu xalqımızın haqq işi uğrunda vuruşurdu. Haqq işi uğrunda mübarizəyə qalxanlar isə nə qədər böyük çətinliklərlə üzləşsələr də, məğlub olmurlar, həmişə qalib gəlirlər, düşmən üzərində zəfər çalırlar. Zabit və əsgərlərimiz də döyüşlərə atılarkən yalnız və yalnız qələbə əzmi, zəfər ovqatı ilə vuruşdular. Vuruşdular və qalib gəldilər, uzun illər işğalda qalmış ərazilərimizə sahib çıxdılar, onu yağılardan qanları və canları bahasına azad etdilər.


İntiqamdan, qisasdan doğan sarsıdıcı zərbələr


30 ilə yaxın idi ki, üzləşdiyimiz çətinliklərə dözüb böyük ümidlərlə yurdumuzun işğalçılardan azad olunacağı günü gözləyirdik. Çünki bilirdik ki, Silahlı Qüvvələrimiz yurdumuzun azadlığı uğrunda döyüşlərə, düşməni məhv etməyə hazırdır. Bilirdik ki, xalqımızın torpaq itkisi ilə barışmaq fikri yoxdur. Bilirdik ki, hansı yolla olursa olsun, yurdumuz erməni işğalçılarından azad olunmalıdır. Və nəhayət, bilirdik ki, Silahlı Qüvvələrimiz savaşa hazır vəziyyətdə Müzəffər Ali Baş Komandanın döyüş əmrini gözləyir.

Nəhayət, sentyabrın 27-də - ilıq bir payız günündə düşmən təxribatının qarşısını almaq üçün savaş əmri verildi. Yurdu uğrunda savaşa hazır olan zabit və əsgərlərimiz bir göz qırpımında döyüşlərə atıldılar. Atəş səsləri yer-göyü silkələdi, yerlər-göylər alışıb-yandı, buludlar alovlandı, tüstüdən göy üzü görünməz oldu. Erməni qəsbkarları ordumuzun güclü əks-həmlə əməliyyatları qarşısında tab gətirməyərək geri çəkilməyə başladılar. İllərdən bəri torpaqlarımızı işğalda saxlayan ermənilər silahlarını, döyüş texnikalarını atıb arxalarına baxmadan qaçırdılar.

Bütün bunlar qəsbkarların zəifliyini, şanlı ordumuzun isə güc və qüdrətini göstərirdi. Bu qüdrət hesabına şanlı Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində xalqın ürəyindən xəbər verən zəfər qazandı. Xalqımıza yaraşan bu Zəfər nəticəsində erməni faşizmi, erməni vandalizmi məhv edildi, diz çökdürüldü. 


Sevincdən yaşaran gözlər, titrəyən səslər


Ermənilərin doğma ocaqlarından didərgin saldığı soydaşlarımız yurd-yuvalarını azad görəndə həyəcandan göz yaşlarını saxlaya bilmirdilər. Sevindiklərindən dilləri də söz tutmurdu. Uzun zamanlardan bəri dədə-baba ocaqlarından uzaq düşmüş məcburi köçkünlər bu günü, bu anı illər idi ki, həsrətlə gözləyirdilər. İndi onlar özlərinin də dedikləri kimi, daha köçkün deyildilər. Artıq onların qoynunda dünyaya göz açdıqları torpaqlar erməni qəsbkarlarından təmizlənmişdi. İndi köçkünlər dünyanın ən xoşbəxt insanlarıdır. Çünki uzun  illərdən sonra erməni işğalına son qoyulmuşdu, artıq doğma ocaqları rahat nəfəs alırdı. Bu xoşbəxtliyi, bu səadəti onlara Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və bir-birindən qəhrəman Azərbaycan Ordusunun zabit və əsgərləri bəxş etmişdi.

Bu gün işğaldan azad olunmuş ərazilərimiz başdan-başa yenidən qurulur. Qısa müddət ərzində "ağıllı" şəhərlər, kəndlər salınır, bir-birindən rahat, geniş evlər tikilir. Artıq keçmiş köçkünlər böyük sevinc içində ata-baba yurdlarına qayıdırlar. Qarabağa, Şərqi Zəngəzura dönən köç karvanlarının ardı-arası kəsilmir. Demək olar ki, hər gün Ağdama, Ağdərəyə, Xocalıya, Şuşaya, Suqovuşana və işğaldan azad olunmuş başqa bölgələrə köç karvanları yola salınır. Bu qayıdışdan, bu dönüşdən erməni işğalından azad edilmiş torpaqların da, doğma ocaqlarına dönən insanların da üzü gülür. Doğma ocaqlarına qayıdan insanların sevincdən kövrələn gözləri, titrəyən səsləri heç vaxt yaddan çıxmayacaq. Çünki bu yaşaran gözlərdə, bu titrəyən səslərdə erməni işğalçılarına qarşı sonsuz nifrət var. Qoy indidən sonra xalqımızın gözündən sevinc göz yaşı əskik olmasın, bir daha yurdumuzdan güllə səsləri gəlməsin, körpələrin şən səsləri eşidilsin, Vətənimiz üçün gün gündən, il ildən uğurlu gəlsin!

 

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!