16 Sentyabr 2025 11:12
908
Mədəniyyət
A- A+
Xalq artisti Hacı Murad Yagizarovun nəşi Bakıya gətirilib 

Xalq artisti Hacı Murad Yagizarovun nəşi Bakıya gətirilib 


Azərbaycan mədəniyyətinə dəyərli töhfələr vermiş, unudulmaz ifaları və səhnə rolları ilə xalqın dərin məhəbbətini qazanmış Xalq artisti Hacı Murad Yagizarovun nəşi dövlətimizin dəstəyi ilə sentyabrın 16-da Almaniyadan Vətənə gətirilib. Xalq artisti Hacı Murad Yagizarov Münxendə müalicə aldığı xəstəxanada vəfat edib.

AZƏRTAC xəbər verir ki, mərhumun cənazəsi ailəsinə təhvil verilib.

Xalq artisti ilə vida mərasimi Təzəpir məscidində keçiriləcək. Daha sonra görkəmli sənətkar II Fəxri xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 1939-cu il iyulun 18-də Bakı şəhərində anadan olub. Orta məktəb illərindən səhnə sənətinə maraq göstərib, dram dərnəyində çıxış edib. 1958-1962-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Aktyorluq fakültəsində (Xalq artisti Məhərrəm Haşımovun kursu) təhsil alıb.

1962-ci ildən sənət taleyini Azərbaycan Dövlət Rus Dram Teatrına bağlayan aktyor burada "Sən niyə yaşayırsan?", "Həyat necə də qısadır", "Pik saatı", "Öz yolunla", "Valentin və Valentina", "İvanov", "Qumluqdakı ev", "Aydın", "Şeyx Sənan", "Qurdlar və quzular", "Artist və onun kölgəsi", "Arzu tramvayı" və digər tamaşalarda yaddaqalan obrazlar qalereyası yaradıb.

1950-ci illərin sonundan filmlərə də dəvət alan aktyor “Böyük dayaq”, “Ulduz”, “Arşın mal alan” (1965), “Bir cənub şəhərində”, “Ən vacib müsahibə” və s. filmlərdə maraqlı rollar oynayıb.

Aktyorun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib. O, 1974-cü ildə “Əməkdar artist”, 1982-ci ildə “Xalq artisti” fəxri adlarına, 1986-cı ildə Dövlət mükafatına, 2009-cu ildə “Şöhrət”, 2019-cu ildə isə “Şərəf” ordenlərinə layiq görülüb.

Allah rəhmət eləsin!

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 94 dollara satılır

10:00
24 Noyabr

Neptundan kənarda Yerdən iki dəfə böyük planet mövcud ola bilər – Araşdırma

09:56
24 Noyabr

Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib  

09:51
24 Noyabr

Hörmüz boğazında üç neft tankeri minaya düşərək alovlanıb

09:49
24 Noyabr

Antibiotiklərdən düzgün istifadə sağlam həyatın təminatıdır

09:45
24 Noyabr

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi keçirilib

09:40
24 Noyabr

Qışdır, soyuqdur deyib istirahətinizi yaya saxlamayın

09:35
24 Noyabr

Tarixi keçmişdən soraq verən memarlıq abidəsi 

09:30
24 Noyabr

Gördü, sevdi, seçdi

09:25
24 Noyabr

Goranboyda pambıq istehsalı məhsuldarlıq hesabına artır

09:20
24 Noyabr

Balıqçılıq və sitrusçuluğun inkişafı üçün əlavə imkanlar açılıb

09:15
24 Noyabr

Mehmandarov - cümhuriyyət ordusunun qurucusu

09:10
24 Noyabr

Son nəfəsədək Vətən uğrunda...

09:05
24 Noyabr

Nişanlısına aldığı qızıl güllər solmamış döyüşlərə yollandı 

09:00
24 Noyabr

20 yaşı bir neçə ay idi tamam olmuşdu...

08:55
24 Noyabr

"Yoldaş" rəqəmsal mütaliə dostu… 

08:50
24 Noyabr

Sənaye, innovasiya və investisiya gündəmində yeniliklər

08:45
24 Noyabr

Ermənistan tarixi sınaq qarşısındadır

08:40
24 Noyabr

Müstəqil dövlətçiliyimizin təməl məfkurəsi azərbaycançılıqdır

08:35
24 Noyabr

Bölgələrin real tələbatına uyğun inkişaf planları: 14 iqtisadi zonada təlimlərə start verildi

08:30
24 Noyabr

Hasilatı artırmaq üçün laylar "canlandırılır"

08:25
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!