24 Noyabr 2026 08:45
114
İQTİSADİYYAT
A- A+
Sənaye, innovasiya və investisiya gündəmində yeniliklər

Sənaye, innovasiya və investisiya gündəmində yeniliklər


Həftənin ilk günü Azərbaycanda sənaye müəssisələrinin texnoloji inkişafı, rəqəmsallaşma və " yaşıl transformasiya"  istiqamətində əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində olub. İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Türkiyənin "MEXT Texnologiya Mərkəzi"nin təşkilatçılığı ilə "Digital Impact 2026" tədbiri keçirilib. Tədbirdə texnoloji və "yaşıl transformasiya"nın müəssisələrin məhsuldarlığına və rəqabət qabiliyyətinə təsiri, eləcə də süni intellekt texnologiyalarının sənayedə tətbiqi müzakirə edilib.

Tədbir çərçivəsində Türkiyənin sənaye müəssisələrinin rəqəmsal və "yaşıl transformasiyası" üzrə təcrübəsi təqdim edilib, SOCAR Karbamid zavodu, "Azerfloat", "Veysəloğlu" və "Azərsun Holdinq" şirkətləri öz transformasiya təcrübələrini bölüşüblər.

***

Noyabrın 17-də Milli Məclisdə dövlət büdcəsi, sosial fondların büdcələri və sosial göstəricilərlə bağlı qanun layihələri birinci oxunuşda qəbul olunub. 2027-ci ildə əmək pensiyalarının orta aylıq məbləğinin 640 manat olacağı proqnozlaşdırılır. Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müxtəlif müavinətlərin maliyyələşdirilməsi üçün isə 281 milyon manat vəsait nəzərdə tutulub. 

Bundan başqa, gələn il üçün yaşayış minimumunun ölkə üzrə 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün 274 manat müəyyən edilməsi təklif olunub. Dövlət büdcəsində əməkhaqqı və sosial ödənişlərin artırılmasını nəzərdə tutan növbəti - 6-cı sosial islahat paketi üçün də maliyyə təminatı yaradılıb.

Azərbaycanın nüfuzlu beynəlxalq texnologiya sammiti olan "Web Summit 2026" tədbirində  iştirakı ötən həftənin diqqətçəkən hadisələrindəndir. Ölkəmiz Portuqaliyanın Lissabon şəhərində keçirilən sammitdə ilk dəfə milli pavilyonla iştirak edib. 

Pavilyonda "AzInTelecom", "Azercosmos", "Polygraf AI", "Simbrella", "R.I.S.K. Company" və digər yerli şirkətlər süni intellekt, maliyyə texnologiyaları, kibertəhlükəsizlik, bulud xidmətləri, peyk texnologiyaları və innovativ yenilikləri beynəlxalq auditoriyaya təqdim ediblər.

Sammit çərçivəsində Azərbaycanın texnologiya şirkətlərinin xarici bazarlara çıxışı, investisiyaların cəlb edilməsi, beynəlxalq tərəfdaşlıqların qurulması və xarici şirkətlərin yerli texnoparklara cəlb olunması müzakirəyə çıxarılıb. Görüşlərdə ölkənin yeni texnopark və vençur qanunvericiliyinin startaplar üçün  açdığı perspektivlər qeyd olunub.

***

Beynəlxalq təcrübə mübadiləsi çərçivəsində Azərbaycan və Qazaxıstan arasında aqrar sahədə əməkdaşlıq məsələləri ötən həftənin gündəmində yer alıb. Hər iki ölkə arasında aqrar sahədə bilik və təcrübə mübadiləsi aparılıb. Bu çərçivədə Kənd Təsərrüfatı Nazirliyində Qazaxıstanın müxtəlif dövlət qurumlarında çalışan 19 dövlət qulluqçusu qəbul edilib. Görüşdə Azərbaycanda aqrar sektorun inkişafı, 2026-2030-cu illər üçün dövlət proqramının hədəfləri, kənd təsərrüfatının rəqəmsallaşdırılması, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin  (EKTİS) tətbiqi və aqrar startaplara dəstək mexanizmləri barədə məlumat verilib.

Tədbirdə Azərbaycan və Qazaxıstan arasında aqrar idarəetmə, dövlət siyasəti və innovativ texnologiyaların tətbiqi üzrə təcrübə mübadiləsi aparılıb.

***

Ötən həftə sənaye parklarına investisiya qoyuluşu və yeni istehsal layihələrinin həyata keçirilməsi ilə bağlı daha bir qərar qəbul edilib. "Vertus Engineering CO" MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib. Şirkət parkın ərazisində 22 milyon manat investisiya dəyəri olan layihə çərçivəsində müxtəlif növ lift və eskalatorların, yanğına davamlı qapıların və məişət avadanlıqlarının istehsalını təşkil edəcək.

Qeyd edək ki, Ağdam Sənaye Parkının rezidentləri 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən, istehsal avadanlıqlarının idxalı isə ƏDV və gömrük rüsumlarından azaddır.

***

Həftə ərzində Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində yeni təşkilati təşəbbüs həyata keçirilib. Azərbaycan ilə Afrika ölkələri arasında ticarət, investisiya və sosial əlaqələrin inkişafını hədəfləyən "Azərbaycan-Afrika İqtisadi və Sosial Əlaqələr Assosiasiyası" İctimai Birliyi təsis edilib. Assosiasiyanın sədri Rəna Qəfərova seçilib.

Yeni qurum Azərbaycan sahibkarlarının Afrika bazarlarına çıxışını təşviq etməyi, biznes-forumları və işgüzar missiyaları həyata keçirməyi, eləcə də qarşılıqlı investisiya imkanlarını genişləndirməyi hədəfləyir. Assosiasiya 2023-cü ildən fəaliyyət göstərən "Africa-Azerbaijan Cooperation" (AFAZ) platformasının bazasında formalaşıb. Platforma indiyədək Afrika ölkələrində biznes-forumların keçirilməsi, Azərbaycan şirkətlərinin beynəlxalq sərgilərdə iştirakı və xarici nümayəndə heyətlərinin Azərbaycana səfərlərinin təşkili istiqamətində fəaliyyət göstərib.

***

Həftənin son günlərində  regionlarda sahibkarlığın və yerli istehsalın təşviqinə yönəlmiş tədbir Gəncədə təşkil olunub. Şəhərdə ilk dəfə keçirilən "Regional Expo Gəncə 2026" sərgisində 112 müəssisə, məhsul və xidmətlər təqdim olunub.

İki gün davam edən sərgidə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi  istehsal etdiyi avtomobillər, traktorlar və kənd təsərrüfatı texnikaları ilə iştirak edib. Nümayiş olunan məhsullar arasında 

100 faiz yerli istehsal olan bunker hissəli kommunal avtomobil, maye daşıyan iritonnajlı maşınlar, kommunal təyinatlı traktorlar və qoşqular yer alıb.

Sərginin əsas məqsədi regionlarda sahibkarlığın inkişafına, yerli məhsulların tanıdılmasına və biznes əlaqələrinin genişləndirilməsinə dəstək göstərməkdir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nişanlısına aldığı qızıl güllər solmamış döyüşlərə yollandı 

09:00
24 Noyabr

20 yaşı bir neçə ay idi tamam olmuşdu...

08:55
24 Noyabr

"Yoldaş" rəqəmsal mütaliə dostu… 

08:50
24 Noyabr

Sənaye, innovasiya və investisiya gündəmində yeniliklər

08:45
24 Noyabr

Ermənistan tarixi sınaq qarşısındadır

08:40
24 Noyabr

Müstəqil dövlətçiliyimizin təməl məfkurəsi azərbaycançılıqdır

08:35
24 Noyabr

Bölgələrin real tələbatına uyğun inkişaf planları: 14 iqtisadi zonada təlimlərə start verildi

08:30
24 Noyabr

Hasilatı artırmaq üçün laylar "canlandırılır"

08:25
24 Noyabr

2027-ci ilin dövlət büdcəsi zərfi: maliyyə təhlükəsizliyindən fiskal dayanıqlığa

08:20
24 Noyabr

Tarixə söykənən dostluq və genişlənən əməkdaşlıq

08:15
24 Noyabr

Azərbaycan-Vyetnam: uzaq coğrafiya strateji tərəfdaşlıq üçün sədd deyil

08:10
24 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələyə yüksəlib

08:05
24 Noyabr

"Yeni Azərbaycan Partiyası: Heydər Əliyev dühası və siyasi varislik"

08:00
24 Noyabr

"Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 dekabr tarixli 572 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

03:11
24 Noyabr

"Banklar haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:10
24 Noyabr

"Banklar haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 noyabr tarixli 509-VIIQD nömrəli Qanununun tətbiqi haqqında

03:09
24 Noyabr

"Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:08
24 Noyabr

"Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 noyabr tarixli 510-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:07
24 Noyabr

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:06
24 Noyabr

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 noyabr tarixli 511-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:05
24 Noyabr

Azərbaycan Respublikası vətəndaşlarının 2027-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında

03:04
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!