05 İyul 2026 09:36
179
DÜNYA
A- A+
Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub

Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub


Rusiya Prezidenti Vladimir Putin və Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

O bildirib ki, ABŞ tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı Vladimir Putinin Donald Trampı və bütün Amerika xalqını Müstəqillik Günü münasibətilə təbrik etməsi ilə başlayıb.

Onun sözlərinə görə, Rusiya və ABŞ prezidentləri Ukrayna sülh prosesini də müzakirə ediblər:”Amerika Prezidenti hərbi əməliyyatlara tez bir zamanda son qoymağa çağırıb və böhranın öhdəsindən gəlmək üçün dinc həll yollarının axtarışına kömək etməyə hazır olduğunu bir daha təsdiqləyib. Eyni zamanda, Donald Trampın iyulun 7-8-də Türkiyədə keçiriləcək NATO sammitində iştirakı məsələsinə toxunulub".

Uşakov, həmçinin bildirib ki, Rusiya Prezidenti ABŞ-İran danışıqlarının əsas məsələlər üzrə qarşılıqlı uzunmüddətli məqbul həllərə gətirib çıxaracağına ümid etdiyini diqqətə çatdırıb. Putin Trampa Rusiyanın İran ətrafında gərginliyin azaldılmasına kömək etməyə hazır olduğunu vurğulayıb.

Rusiya Prezidentinin köməkçisi bildirib ki, Putin və Tramp arasında söhbət işgüzar və yüksək konstruktiv xarakter daşıyıb, ikitərəfli və beynəlxalq məsələləri açıq şəkildə müzakirə etməyə imkan verib.

”Vladimir Putin Donald Trampla telefon danışığında ona Rusiyaya səfər etmək üçün daimi dəvətnamə aldığını xatırlatdı. Prezidentlər telefon danışığında hərbi, siyasi və iqtisadi məsələlər də daxil olmaqla, ikitərəfli əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Putin və Tramp qeyd etdilər ki, Rusiya və ABŞ İkinci Dünya müharibəsi dövründəki müttəfiqliklərini unutmayacaq”, - deyə o bildirib.

Uşakov deyib ki, söhbət 1 saat 25 dəqiqə davam edib, Putin və Tramp tezliklə yenidən zəng etmək barədə razılığa gəliblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ 250 illik yubiley tədbirlərinə atəşfəşanlıq şousu ilə yekun vurdu

09:42
05 İyul

Xaçmazda zəlzələ olub

09:40
05 İyul

Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub

09:36
05 İyul

Ukrayna Prezidenti: Müharibəni başa çatdırmaq üçün real perspektiv var

09:13
05 İyul

DÇ-2026: Fransa 1/4 finala yüksəlib

09:01
05 İyul

DÇ-2026: Mərakeş millisi 1/4 finala vəsiqə qazanan ilk komanda olub  

23:21
04 İyul

Ağdamda və Ağdərədə 40 müəssisənin əməkdaşları əməyin mühafizəsi barədə məlumatlandırılıblar  

22:47
04 İyul

Tramp: Netanyahu rəhbərin kim olduğunu bilir

21:23
04 İyul

ABŞ 250 illik yubileyini qeyd edir

19:27
04 İyul

Gəncədə keçirilən XV “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı uğurla yekunlaşıb

18:53
04 İyul

Şahbaz Şərif sülh razılaşmalarından regionun rifahı naminə istifadə etməyə çağırıb

18:11
04 İyul

Marta Kos: Azərbaycan-Ermənistan-Türkiyə nəqliyyat əlaqələri daimi sülhə kömək edəcək  

16:13
04 İyul

“Kənddən Şəhərə”: Şərqi Zəngəzurda yetişdirilən məhsullar Bakıda satışa çıxarılıb

15:37
04 İyul

ATƏT PA Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edəcək

15:06
04 İyul

Avropa çempionatında 10 medal qazanan Azərbaycan cüdoçuları Vətənə qayıdıb  

14:34
04 İyul

İmişlidə 3,2 maqnitudalı zəlzələ qeydə alınıb

14:29
04 İyul

Nazirlik: Abşeron ərazisində müşahidə edilən çəyirtkələrlə bağlı vəziyyət nəzarət altındadır  

14:07
04 İyul

Bazar günü temperatur 36 dərəcəyə yüksələcək - Proqnoz

13:39
04 İyul

“Abşeron” sağlamlıq və istirahət mərkəzinin ərazisində ekoloji aksiya

12:52
04 İyul

DİN: İtkin düşən 9 nəfər tapılıb

11:47
04 İyul

“Sağlam məhəllə” layihəsi çərçivəsində bölgələrdə idman zonaları istifadəyə verilib  

11:39
04 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!