01 Aprel 2014 12:04
486
CƏMİYYƏT
A- A+
«Vətənimin seyrinə çağırıram elləri»

«Vətənimin seyrinə çağırıram elləri»

 


Maşın Ələt qəsəbəsinin kənarındakı keçid körpüsünə çıxaraq şüşə kimi hamar yolla irəli şığıyır. İstər-istəməz yadıma yolun 10-15 il əvvəlki vəziyyəti düşdü. O zaman bu yol bərbad halda idi. Digər bir tərəfdən - Ələt qəsəbəsinin içindən keçdiyi üçün müəyyən ləngimələr, qəzalar baş verirdi. Baxımsızlıq üzündən həmin yolla Bakıya, Sumqayıta, digər yerlərə gedib-gəlmək problemə çevrilmişdi.

"Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir". Bu məşhur kəlamın müəllifi ümummilli lider Heydər Əliyevdir. Həqiqətən, ölkəmizin müxtəlif istiqamətlərinə gedən yollar nəhəng və möhkəm palıd ağacının  rişələrini xatırladır. Salyandan Neftçala, Biləsuvardan Bəhrəmtəpə-İmişli, Masallıdan Yardımlı, Lənkərandan Lerik istiqamətlərinə ayrılan yolları ana rişədən ayrılan nisbətən kiçik köklərə bənzətmək olar. Ölkəmizin paytaxtı Bakıdan başlanan bu yollar respublikamızın şəhər, qəsəbə və kəndlərinə Naxçıvana, hətta İrana, qardaş Türkiyəyə, habelə digər yerlərə uzanıb gedir, ölkələri ölkələrə qovuşdurur.

Tikmək, qurmaq, yaratmaq bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edib. Həyatda iz qoymağa çalışan adamlar sağlıqlarında hörmət-izzət sahibi olublar, həyatdan köçəndən sonra həmişə xatırlanıb, yad ediliblər. Bakıda, bölgələrmizdə qərinələrin şahidi olan tikililər, abidələr var. Onlar qorunur, lazım gəldikdə bərpa edilir. Zaman və kəmiyyət etibarilə götürsək, Azərbaycanda heç vaxt müstəqilliyin bərpasından sonrakı dövründəki qədər quruculuq işləri aparılmayıb, möhtəşəm binalar, tikililər inşa edilməyib. Qeyd etdiyimiz Ələt-Astara avtomobil yolu boyunca gedərkən də bunu hər addımbaşı görürsən. Yaraşıqlı evləri, ictimai binaları, sosialyönümlü obyektləri gördükcə adamın ürəyi dağa dönür. Sevinirsən ki, vətəndaşı olduğun ölkə sürətli inkişaf yolundadır. Bunlar düşünülmüş siyasətin məntiqi nəticəsidir. O siyasətin ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Hər bir uğur ilk növbədə ölkə rəhbərinin adı ilə bağlıdır desək, yanılmarıq. Şübhəsiz, burada ölkənin iqtisadi gücü də mühüm şərtdir. Bu baxımdan Prezident İlham Əliyevin təşəbbüsü ilə neftdən gələn ilk gəlirlərin respublikanın tərəqqisinə, regionların sosial-iqtisadi inkişafına yönləndirilməsi və bununla bağlı dövlət proqramlarının qəbulu böyük rol oynamışdır.

Bakıdan üzü cənuba doğru gedərkən ilk rayon Salyandır. Bu yaxınlarda 2800 illiyi qeyd ediləcək. Yubleyə hazırlıq işləri görülür. Etiraf edək ki, az yaş deyil. Göstərilən zaman kəsiyində nəsil-nəsil insanlar doğulub, yaşayıb, zamanı gələndə köç edib. Onların içərisindən neçə-neçə qəhrəmanlar, ictimai xadimlər, alimlər, şairlər, müxtəlif sənət adamları çıxıb. Bu yaxınlarda 150 illiyi qeyd olunan Əli bəy Hüseynzadə bu torpağın yetirməsidir. Amma inamla demək olar ki, Salyan heç vaxt indiki qədər abad olmayıb. Bu gün Salyanda göz oxşayan bir mənzərə var. Olimpiya İdman Kompleksi, Bayraq meydanı, müasir işıqlandırma sistemi, tikilən binalar, əkilən ağaclar şəhərin  görkəmini tamam dəyişmişdir. Gecələr Salyan şəhəri başdan-başa işıq selinə qərq olur.

"Salyan dairəsi" deyilən ərazidən cənub istiqamətinə gedən yoldan üzü şərqə, gündoğan istiqamətə bir yol ayrılır. Yol boyunca Salyan və Neftçala rayonlarının qəsəbə və kəndləri sıralanıb. 40 kilometrlik məsafəni qət etdikdən sonra Neftçala rayonunun mərkəzinə çatırsan. Kürün Xəzərə qovuşduğu Neftçalada son illər möhtəşəm işlər görülüb. Rayon icra hakimiyyəti üçün yeni bina, Heydər Əliyəv Mərkəzi, Dövlət Bayrağı meydanı, Kür çayı sahilində bulvar tikilib. Şəhidlər xiyabanı yenidən qurulub. Hazırda şəhərin mərkəzində bir neçə il əvvəl çirkli suların axıdıldığı ərazidə istirahət mərkəzi və avarçəkmə idmanı üçün qurğu inşa edilir. Keçən il Şorsulu-Xəzərkənd avtomobil yolu yenidən çəkilərək istifadəyə verilib. Quruculuq işləri səngimək bilmədən davam edir.

Biləsuvar əsasən kənd təsərrüfatı rayonudur. Odur ki, sovetlər birliyi dağılan zaman buranın əhalisi çaşbaş qalmadı, əksinə, torpağa əvvəlki dövrdən də artıq bağlandı, pay torpağında istədiyini əkdi. Götürdüyü məhsulu satıb ailəsini dolandırdı, problemlərini həll etdi, get-gedə təsərrüfatını genişləndirdi, fəaliyyətini təkmilləşdirdi. Rayon əhalisi demək olar ki, iş-güc dalınca ora-bura getmədi, başını aşağı salıb öz təsərrüfatı ilə məşğul oldu. İndi üzü cənuba doğru gedərkən Biləsuvar rayonu ərazisinə çatanda ilk növbədə tikilən yaraşıqlı, fərdi evlər  diqqəti cəlb edir. Onlar artıq çiy kərpicdən yox, mişar daşından tikilib. Cənub bölgəsinə gedənlər daha Biləsuvar şəhərinin içindən keçmirlər, 3-4 il əvvəl çəkilən dairəvi şose ilə yollarına davam edirlər. Muğan şəhərinə daxil olanlar isə buradakı quruculuq, abadlıq işlərini görürlər. Mərkəzi küçə boyu sıralanan Olimpiya İdman Kompleksi, Mərkəzi Bankın filialı, Milli Qəhrəman Mübariz İbrahimov adına lisey, Rayon Maliyyə İdarəsi, Ticarət mərkəzi, yenidən qurulan avtovağzal, kommersiya şəbəkələrinin binaları son illər inşa edilib. Keçən il istifadəyə verilən rayon icra hakimiyyətinin binası, Heydər Əliyev Mərkəzi, YAP rayon təşkilatı üçün tikilən binalar şəhərə xüsusi gözəllik gətirir. Şəhərdə geniş park salınıb. Dövlət Bayrağı meydanı, ulu öndər Heydər Əliyevin ağ qranitdən olan möhtəşəm heykəli də bu ərazidədir. Park indi hər bir biləsuvarlının sevimli istirahət yeridir. Keçən il şəhərə təmiz içməli suyun verilməsi isə hadisəyə çevrildi. Hazırda şəhərdə kanalizasiya sisteminin çəklişi aparılır, digər məsələlər həll edilir.

Cəlilabadın torpağı bərəkətli, insanları əməksevərdir. Bu bərəkətli diyar özünün bol taxılı ilə "Azərbaycanın Ukraynası" kimi şöhrət tapıb. Keçən əsrin 70-ci illərində burada üzümçülük də sürətlə inkişaf etmişdi. Bu gün də kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən diqqət və qayğı nəticəsində taxıl, üzüm, kartof və digər bitkilərin istehsalı artır. Hazırda fermerlər, torpaq mülkiyyətçiləri yaz qayğıları ilə yaşayırlar. Ələt-Astara şose yolunun hər iki tərəfindəki sahələrdə yazın gəlişi ilə canlanma yaranıb. Bir tərəfdə taxıl zəmilərinə  yemləmə gübrəsi verilir, digər tərəfdə üzüm, kartof, çiyələk əkilən sahələrdə lazımi işlər görülür.

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində rayonda geniş quruculuq işləri aparılıb. Müalicə Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış evləri, məktəblər, digər obyektlər inşa olunub, parklar, xiyabanlar salınıb, küçələr asfaltlaşdırılıb, kəndlərə gedən yollar yenidən qurulub. Lakin bunlar görülən işlərin yalnız bir hissəsidir. Tikinti-quruculuq işləri davam edir.

Masallı ölkəmizin qədim yaşayış məskənlərindəndir. Əsrlərin yadigarı olan neçə-neçə abidələr burada keçmişlərdən soraq verir. Müsbət haldır ki, rayonda quruculuqla bərabər, mənəvi dəyərlərə də diqqətlə yanaşılır. 2012-2013-cü illərdə rayonda beynəlxalq folklor festivalı keçirilmişdir. Müxtəlif ölkələrdən gələn folklor ustaları tarixi-mədəni sənət örnəklərini böyük həvəslə nümayiş etdirmişlər. Qonaqlar Masallının gözəlliyinə, adamların qonaqpərvərliyinə heyran olduqlarını bildirmiş, hər il belə tədbirin keçirilməsini arzulamışlar. İndi iyun ayının əvvəllərində keçiriləcək növbəti folklor festivalına hazırlıq görülür. Yaxşı iş olanda qonaq qarşılamaq, yola salmaq hər kəsə zövq verir. Masallıda da son illər çox işlər görülüb. Hazırda rayon mərkəzində Tarix-diyarşünaslıq muzeyi üçün yeni bina tikilir, digər quruculuq işləri həyata keçirilir.

Yardımlı və Lerik dağlar qoynunda yerləşdiyindən ilk növbədə - 2005-ci ildə hər iki rayona gedən avtomobil yolları yenidən quruldu. Rahat yollar rayonların inkişafına imkan yaratdı. Yardımlı və Lerikə təbii qaz xətti çəkildi, yeni-yeni məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, idman qurğuları, inzibati binalar tikildi. Bu rayonların mərkəzi böyüdü, inkişaf etdi, şəhər statusu aldı. Lerikdə "Relax", Yardımlıda isə "Deman" və digər turist-istirahət mərkəzləri yaradıldı. İndi onlar xüsusilə yay aylarında nəinki yerli, habelə xarici ölkələrdən gələn turistləri qoynuna alır. Keçən əsrin 90-cı illərində rayondan Bakıya, Sumqayıta gedən yerli əhalinin bir qısmi bu şəraiti görüb doğma ata-baba ocaqlarına qayıtdı.

Sovetlər birliyi zamanında Lənkəranda olan Rusiyanın tanınmış şairi  N.Tixonov onu "Cənub mirvarisi" adlandırmışdı. Bu gözəl məkan qərbdən yaşıl donlu dağlar, şərqdən isə mavi gözlü Xəzərlə əhatə olunub. Rayonun zəngin tarixi, adət-ənənələri, qəhrəman övladları, istedadlı incəsənət adamları, görkəmli ziyalıları, qonaqpərvər insanları var. Keçən əsrin sonları bu rayon üçün də çətin olmuşdu. On illər boyu yaradılanlar dağıdılaraq məhv edilmişdi. Atalar "yaman günün ömrü az olar" - deyiblər. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması nəticəsində hər yerdə olduğu kimi, Lənkəranda da sabitlik yarandı. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində görülən işlər nəticəsində burada da dirçəliş dövrü başladı. Quruculuq işlərinə start verildi. Müasir binalar tikildi, abadlıq işləri görüldü. Ölkədə ilk olaraq açıq ürək əməliyyatı burada inşa edilən və hər cür müasir tibbi avadanlıqlarla təchiz edilən Müalicə Diaqnostika Mərkəzində aparıldı. Yeni tikilən stadion, Olimpiya İdman Kompleksi, Regional Boks Mərkəzi güclü idmaçıların yetişməsinə imkan yaratdı. "Xəzər-Lənkəran" futbol komandası ölkə çempionu, respublika kubokunun sahibi oldu. İndi rayonda quruculuq işləri sürətlə davam edir, aqrar sahənin, xüsusilə çayçılığın inkişafı üçün tədbirlər həyata keçirilir.

Azərbaycanın "Cənub qapısı" sayılan Astara da son illər sürətlə abadlaşan rayonlar sırasındadır. Respublika üzrə ilk modul tipli elektrik stansiyası burada inşa edilmişdir.

İnsanlar baharın gəlişi ilə sahələrə çıxır, həyət-bacalarında, ev-eşiklərində təmizlik, səliqə-sahman işləri aparırlar. Havada, torpaqda yaranan hərarət nəticəsində ağaclar, kollar tumurcuqlanır, çiçək açmağa hazrlaşır. Bir sozlə, hər şey insanın qəlbini, könlünü, gözünü oxşayır.

* * *

Lənkərandan maşınla geri qayıdarkən xəbərlərdən sonra diktor elan etdi: "Konsertimizə başlayırıq. Oxuyur ikinci muğam müsabiqəsinin qalibi Güllü Muradova. Mahnının musiqisi Əlibaba Məmmədovun, sözləri Süleyman Rüstəmindir". Həzin musiqi cənub bolgəsində gördüklərimizlə olduqca həmahəng səslənirdi:

Vətənimin seyrinə çağırıram elləri,

Hörm

ət görmək istəyən Azərbaycana gəlsin.

Bəzənib başdan-başa şəhərləri, kəndləri,

Cənnət görmək istəyən Azərbaycana gəlsin.

 

Seyran CAVADOV, 

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!