Vətən könüllüsü
Gənc fəal Kamran ƏLİYEV: "Prezidentin ali mükafatına layiq olduğum üçün qürur duyuram"
"Dövlət başçısının sərəncamı ilə 2023-cü il Gənclər üçün Prezident mükafatına layiq görülmüşəm. Hesab edirəm ki, bu mükafat Azərbaycan gənci üçün ən ali mükafatdır və bu, illər ərzində həm şəxsi adıma, həm də Azərbaycan könüllüləri adına gördüyümüz işlərin ölkə rəhbəri səviyyəsində yüksək qiymətləndirilməsinin göstəricisidir. Azərbaycan gənci olaraq Prezidentin ali mükafatına layiq olduğum üçün qürur duyuram. Bu cür yüksək qiymətə görə dövlət başçısına minnətdarlığımı bildirirəm".
Sağlam əqidə, çağdaş düşüncə, vətənpərvərlik ruhu
Bu gün Azərbaycan gəncliyi sağlam əqidəsi, çağdaş düşüncəsi, vətənpərvərlik ruhu ilə cəmiyyətimizə müvəffəqiyyətlə öndərlik edir. Tükənməz enerjili, yüksək potensiallı gənclərimiz xalqımıza, dövlətimizə, bütövlükdə Vətənimizə əzmkarlıqları və qətiyyətləri sayəsində parlaq qələbələr qazandırır, Azərbaycanı işıqlı gələcəyə ötürürlər.
Bütün bu parlaq nailiyyətlər isə vaxtilə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu gənclər siyasətinin Prezident İlham Əliyevin şəxsi diqqəti altında daha da inkişaf etdirilməsinin, gənclərimizə hərtərəfli dəstək və qayğı göstərilməsinin bariz nəticəsidir.
44 günlük Vətən müharibəsi zamanı gənclərimiz həm döyüş meydanında, həm də informasiya cəbhəsində haqq uğrunda apardıqları mübarizələri ilə adlarını qızıl hərflərlə tariximizə həkk etdirdilər.
Bu gün də Azərbaycan gəncləri xalqımızın milli mənafelərinin keşiyində ayıq-sayıq dayanıblar, ölkəmizə qarşı təhdid yaradan bütün qüvvələrə qarşı istənilən platformada layiqli mübarizə aparırlar.
Düz yeddi ildir ki, könüllü gənclərin sırasında Azərbaycan naminə aktiv fəaliyyət göstərən vətənpərvər gənclərimizdən biri də "Aqrar İnkişaf Könüllüləri" təşkilatının sədri, "Azərbaycan Könüllülər Təşkilatları İttifaqı"nın sədr müavini Kamran Əliyevdir.
Təsadüfi deyil ki, Prezident İlham Əliyevin sərəncamı ilə elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənənlərdən, 2023-cü il Gənclər üçün Prezident mükafatına layiq görülənlərdən biri də elə Kamran Əliyevdir.
Uğur illəri
1999-cu il yanvarın 17-də Bakı şəhərində anadan olan Kamran Əbülfəz oğlu Əliyev 2021-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Hazırda Ali Neft Məktəbində "Biznesin idarəedilməsi və təşkili" ixtisası üzrə magistr təhsili alır.
O, 2016-cı ildən aktiv şəkildə könüllü kimi fəaliyyət göstərir. 2017-2018-ci illər ərzində "ASAN Könüllüləri" Təşkilatında müxtəlif vəzifələrdə çalışıb, təşkilatın idarə heyətinin üzvü, "AVO MUN 2017", "AVO MUN 2018", "Könüllülər Parlamenti-Azərbaycan - 2017" layihəsinin təşkilat komitəsinin rəhbəri, 2019-cu ildə layihə rəhbəri olub. 2019-cu ildə həyata keçirilən BMT-nin Dövlət Xidmətləri Forumunun təşkilat komitəsinin üzvü, həmçinin "İstedadların və mükafatların idaredilməsi" konfransı, "HR SUMMİT" layihələrinin təşkilatçısı olub.
K.Əliyev 2020-ci ildə uğurlu fəaliyyətinə görə Gənclər və İdman Nazirliyi tərəfindən təltif edilib, 2022-ci ildə isə Azərbaycan Ağır Atletika Federasiyasına icraçı direktor təyin olunub.
Vətən müharibəsinin "Mətbuat səngəri"
Gənc Prezident mükafatçısı söyləyir ki, "Aqrar İnkişaf Könüllüləri" təşkilatının sədri olduğu dövrdə QHT üzvləri, könüllülər hər zaman öz fəaliyyət istiqamətlərinə uyğun olaraq ölkəmizin hərtərəfli və davamlı inkişafına mühüm töhfə vermək üçün ciddi səylə çalışıblar. Təşkilat üçdən çox beynəlxalq layihədə iştirak edib, 40-dan çox respublika miqyaslı layihə, regionlarda 5000-dən çox lokal xarakterli tədbirlər təşkil edib.
Xüsusilə 2020-ci ildə - pandemiya və Vətən müharibəsi dövründə aktiv fəaliyyət göstərdiklərini söyləyən Kamran Əliyev deyir ki, "Azərbaycan Könüllülər Təşkilatları İttifaqı" regionlarda yaşı 75-dən yuxarı və digər ehtiyacı olan şəxslərə yardımların çatdırılması, tibbi maskalardan istifadə qaydalarının təbliğ olunması istiqamətində əhəmiyyətli iş aparıb.
Vətən müharibəsi dövründə isə "Mətbuat səngəri" platforması yaratdıqlarını söyləyən gənc fəal bildirir ki, bu platforma çərçivəsində düşmənin provokativ təbliğatlarının qarşısını almaq üçün gəncləri, könüllüləri feysbukda, tviterdə və digər sosial media resurslarında təşkilatlandırıblar, onları yalan məlumatların ifşa olunması istiqamətində aktiv şəkildə iştiraka cəlb ediblər: "Müxtəlif yalan məlumatların həqiqətdə necə olduğunu göstərən real faktlar vasitəsilə biz dünya ictimaiyyətinə əsl reallığı çatdırırdıq".
Haqq mübarizəsinin gənc fəalı
Kamran Əliyev ötən il dekabrın 12-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi zonasında sərvətlərimizin talanmasının qarşısının alınması üçün Laçın-Xankəndi yolunda ekofəallarımızın keçirdiyi dinc etiraz aksiyasında da fəal iştirak edir. O, vətənpərvər gənclərimizlə birgə haqq səsimizin dünyaya çatdırılması, tələblərimizin yerinə yetirilməsi üçün qətiyyətlə mübarizə aparır: "Həm "Azərbaycan Könüllülər Təşkilatları İttifaqı"nın sədr müavini, həm də "Aqrar İnkişaf Könüllüləri" təşkilatının rəhbəri olaraq, Azərbaycan könüllüləri adından 55-ci gündür ki, Laçın-Xankəndi yolunda fəaliyyətimizi davam etdiririk. Minlərlə gəncimizin gəlib orada öz haqlı etirazlarını bildirməsi üçün həm təşkilati, həm də digər vacib dəstəkləri göstəririk".
Gənc fəal vurğulayır ki, tələbləri yerinə yetirilməyənə, sözügedən ərazilərimizdə qeyri-qanuni ekoloji istismar dayandırılmayana, eyni zamanda ekoloji monitorinq qrupumuzun öz ərazilərimizdə yoxlamalar aparması təmin olunmayana qədər mübarizələrini davam etdirəcəklər.
Bəli, Azərbaycan gəncləri hər zaman xalqının, dövlətinin müdafiəsindədirlər və ölkəmizin inkişafı üçün bütün sahələrdə cani-könüldən çalışırlar. Vətən könüllüsü olurlar...
Yasəmən MUSAYEVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ekoaksiya: Sülhməramlıların avtomobilləri axşam saatlarında da sərbəst hərəkət edir
22 Mart
Saray qəsəbəsindəki yol qəzasında Oqtay Əliyev ölüb, Dilarə Əliyeva və Mehriban Zəki xəsarət alıb...
22 Mart
Zelenski Baxmutda ukraynalı hərbçilərlə görüşüb
22 Mart
Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində “Valideyn görüşləri” keçirilib
22 Mart
İslam aləmində on bir ayın sultanı - Ramazan ayı
22 Mart
Laçın-Xankəndi yolu: Daha dörd avtomobil keçib
22 Mart
Sülhməramlıların altı avtomobili aksiya ərazisindən keçib
22 Mart
Bu gün Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb
22 Mart
Son sutkada COVID-19 infeksiyasına 5 yoluxma qeydə alınıb
22 Mart
Ekoaksiya: BQXK-nın altı avtomobili Xankəndiyə geri dönüb
22 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib Azərbayc...16 Mart 2023

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub YE...14 Mart 2023

Hikmət Hacıyev: Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi məsələsi sırf Azər...12 Mart 2023

“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham ...09 Mart 2023

Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB08 Mart 2023
jpg-1678287833.jpg)
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!