21 Sentyabr 2017 05:09
364
Mədəniyyət
A- A+
Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası ilk dəfə Rusiyada nümayiş olunacaq

Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası ilk dəfə Rusiyada nümayiş olunacaq

 

Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası oktyabrın 16-da ilk dəfə Rusiyada nümayiş etdiriləcək. Moskvada “Crocus City Hall”da təqdim olunacaq operada Məcnun obrazında Xalq Artisti Mənsum İbrahimov, Leyli rolunda isə beynəlxalq müsabiqələr laureatı, xanəndə Arzu Əliyeva çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, sentyabrın 21-də Azərbaycan Milli Konservatoriyasında “Leyli və Məcnun”un ilk dəfə Rusiyada nümayişi ilə bağlı mətbuat konfransı keçirilib.

Konservatoriyanın rektoru, Xalq Artisti, professor Siyavuş Kərimi bildirib ki, Şərqin 110 illik tarixə malik ilk operası “Leyli və Məcnun” Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Rusiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və İncəsənət Studiyasının və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə nümayiş olunacaq. Operanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev, simfonik orkestrin dirijoru Xalq Artisti Yalçın Adıgözəlovdur.

S.Kərimi deyib ki, “Leyli və Məcnun”la Azərbaycan musiqi mədəniyyəti tarixində yeni dövr açılıb, eyni zamanda, müsəlman Şərqində opera janrının əsası qoyulub. Opera Məhəmməd Füzulinin eyniadlı poemasının motivləri əsasında hazırlanıb.

“Leyli və Məcnun”un Rusiyada nümayişini Azərbaycan mədəniyyətində olduqca mühüm hadisə adlandıran rektor deyib: “Bu layihə bizə ölkəmizin mədəniyyətinin, incəsənətinin təbliği üçün yeni imkanlar açır. Bu işdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”.

Bu operanın dünyanın bir sıra ölkələrində səhnəyə qoyulduğunu söyləyən S.Kərimi bildirib ki, əsərin Rusiyada nümayişinə də xüsusi önəm verilir. “Nümayiş zamanı tamaşaçıda “Leyli və Məcnun” operası haqqında təsəvvür yaratmaq və onların bu sənət incisinin mahiyyətini başa düşmələri üçün rus dilində hazırlanacaq mətinlərdən də istifadə ediləcək. Məqsəd tamaşaçıda opera ilə bağlı aydın təsəvvür yaratmaqdır. Biz bütün bunları düşünürük və çalışacağıq ki, dinindən, dilindən, irqindən asılı olmayaraq “Crocus City Hall”a təşrif buyuracaq hər kəs səhnə əsərinə baxarkən zövq alsın, onda Azərbaycan mədəniyyəti, incəsənəti haqqında dolğun təsəvvür formalaşsın”,- deyə rektor vurğulayıb.

Üzeyir Hacıbəylinin adı ilə bağlı hər bir layihənin böyük əhəmiyyət daşıdığını söyləyən Xalq Artisti Yalçın Adıgözəlov deyib ki, harada səslənməsindən, səhnəyə qoyulmasından asılı olmayaraq dahi bəstəkarın bənzərsiz irsi xalqımızın tanınmasına xidmət edir.

“Moskvada 6 min tamaşaçı tutumu olan bir zalda nümayiş olunacaq bu səhnə əsərində aparıcı qüvvə Azərbaycan sənətçiləri olacaq. Biz “Crocus City Hall”a tamaşanın nümayiş olunacağı gün daxil olacağıq, bu səbəbdən də bizi çox böyük və gərgin iş gözləyir. Gərək elə işləyək ki, hər bir şey Üzeyir bəyin adına layiq olsun. Çalışacağıq ki, rusiyalı tamaşaçılara və Moskvada yaşayan xaricilərə bu operanı yüksək səviyyədə çatdıraq. Bu layihənin uğurlu alınmasından çox şey asılıdır. Ona görə ki, bu, bir başlanğıcdır, uğurlu alınarsa, başqa bu qəbildən olan yeni layihələrin reallaşdırılması da mümkün olacaq”, - deyə tanınmış dirijor bildirib.

Səhnədə 140 dəfə Məcnun obrazını canlandırmasına baxmayaraq, bu dəfə onu çox böyük bir sınağın gözlədiyini söyləyən Xalq Artisti Mənsum İbrahimov deyib: “Operanın təqdimatına yüksək səviyyədə hazırlaşırlar. Hazırda ciddi məşqlər aparırıq. İstəyirik ki, operanı yüksək səviyyədə təqdim edək. Bu, bizim mədəniyyətimizin bir parçası olmaqla yanaşı, həm də iki dahi sənətkarın bənzərsiz sənət incisidir. Gərək elə təqdim edək ki, bu, mədəniyyət tariximizdə əbədiyaşarlıq qazana bilsin”.

Leyli obrazının ifaçısı, beynəlxalq müsabiqələr laureatı Arzu Əliyeva isə çox həyəcanlandığını söyləyərək bildirib ki, operanın bu təqdimatında iştirak etmək gənc xanəndə üçün olduqca qürurvericidir.

Rusiyadakı Azərbaycan Mədəniyyət və İncəsənət Studiyasının PR direktoru Aytac Həsənova operanın premyerası üçün görülən işlər barədə məlumat verib. Artıq 4 aydır bu işin təbliği ilə məşğul olduqlarını deyən A.Həsənova operanın yeni həyat yaşayacağına, Moskvada 6 min insanın Azərbaycan sənətkarlarını ayaq üstə alqışlayacağına inamını ifadə edib.

Üzeyir bəyin əsərini 10-dan çox ölkədə səhnəyə qoyduğunu söyləyən operanın quruluşçu rejissoru Hafiz Quliyev deyib: “Hər dəfə olduğu kimi, bu dəfə də opera böyük maraqla qarşılanacaq. Ona görə ki, heyət çox böyük həvəslə çalışır. İnanıram ki, bütün çətinliklərin öhdəsindən gələcəyik. Üzeyir bəyin şah əsərini və Şərqin ilk operasını Moskvada milyonlara sevdirməyi bacaracağıq”.

Quruluşçu rejissor dinamikliyin təmin olunması naminə opera üzərində bir çox dəyşikliklərin edildiyini də diqqətə çatdırıb.

Tədbirdə Mənsum İbrahimovun və Arzu Əliyevanin ifasında "Leyli və Məcnun" operasından kiçik bir parça təqdim olunub. İfaçıları Əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança) müşayiət edib.

Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!