13 Mart 2022 00:36
3311
Elm və texnika
A- A+
Uzaqdan idarəetmə cihazı

Uzaqdan idarəetmə cihazı

 

Əşyaların uzaqdan idarə edilməsində əvəzsiz rolu olan düyməli idarəetmə cihazının - “pult”un icadı ilə bir çox işlər asanlaşdırılıb. Müəyyən düymələrə toxunmaq kifayət edir ki, cihaza komanda verilsin və müvafiq əmr yerinə yetirilsin.

Pultun ilk təsviri Nikola Teslaya aiddir. O, 1898-ci ildə hərəkət edən gəmilərin və quru nəqliyyat vasitələrinin mexanizmlərinin naqilsiz idarə edilməsi üçün cihaz kəşf etmişdi. Həmin ildə bu ideyanı patentləşdirərək sərgidə ilk dəfə pult ilə idarə olunan qayıq maketini ictimaiyyətə göstərmişdi.

Daha sonra - 1903-cü ildə İspaniyada Leonardo Torres de Kevedo elektromaqnit dalğalı siqnalla verilən əmrləri yerinə yetirən “Telekin” cihazını təqdim etdi. O, ixtirasını

3 ölkədə patentləşdirmişdi. Bu cihazın hərbi texnikalarda istifadəsi nəzərdə tutulsa da, maliyyə çatışmazlığı səbəbindən həyata keçirilmədi. İkinci Dünya müharibəsi illərində almanlar uzaqdan idarə olunan hərbi raketlər üzərində müntəzəm işləyirdilər. Nəticədə Almaniyada dünyanın ilk uzaqdan idarə olunan zenit raketi olan “Wasserfall” yaradıldı.

İlk naqilsiz televizor pultuna gəldikdə isə o, 1955-ci ildə “Zenith Radio Corporation”da işləyən amerikalı Eugene Polley tərəfindən hazırlanıb. Bir düyməli “Flash-Matic” adlandırılan pult siqnalı işıq şüası ilə ötürürdü. Görünüşcə fanara bənzəyən cihaz televizorun 4 küncündə yerləşdirilən müvafiq hissələrə tutularaq tənzimlənirdi, yalnız yandırıb-söndürmək funksiyasına malik idi. Lakin işığın qeyri-dəqiqliyi istifadəçilər üçün çətinlik yaradırdı.

Şirkətin bir il sonra hazırladığı nümunə isə kütləvi istehsalın başlanmasına səbəb oldu. Mühəndis Robert Adler cihazı ultrasəs texnologiyası əsasında ərsəyə gətirmişdi. 4 düyməli bu pultlar bazarda uzun müddət dominant olaraq qaldı. Lakin belə cihazla satılan televizorların qiyməti çox baha idi. 1960-cı illərin əvvəllərində şirkət yeni təqdim etdiyi pultların ölçü və funksiyasında dəyişiklik etdi. Onlar daha kiçik ölçülü idi və batareyadan istifadə mexanizmi ilə işləyirdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!