22 May 2025 10:07
571
DÜNYA
A- A+
ÜST pandemiyalarla mübarizə üzrə tarixi saziş qəbul edib

ÜST pandemiyalarla mübarizə üzrə tarixi saziş qəbul edib


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiya hallarında fəaliyyət haqqında saziş qəbul edib. Sənəd COVID-19 pandemiyası fonunda başlayan üçillik danışıqlardan sonra razılaşdırılıb. Nəticədə sazişi 124 ölkə dəstəkləyib. Daha 11 ölkə səsvermədə tərəfsiz qalıb.

Razılaşma Ümumdünya Səhiyyə Assambleyasının Cenevrədə keçirilən 78-ci sessiyası zamanı təsdiq edilib. Sənəd pandemiyaların qarşısının alınması, onlara hazırlıq və cavab tədbirləri ilə bağlı bərabərsizlikləri aradan qaldırmağa yönəlib və xüsusən dərmanların, peyvəndlərin və tibbi ləvazimatların hazırlanmasına aiddir. ÜST-nin saytında verilən açıqlamaya görə, sazişin bir məqsədi də ölkələr, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti, özəl sektor və digər maraqlı tərəflər arasında əməkdaşlığı gücləndirməkdir.

ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus bildirib ki, "bununla dünyanın hər yerində hökumətlər ədaləti təşviq edəcək, sağlamlığı inkişaf etdirəcək, habelə ölkələrini və qlobal ictimaiyyəti pandemiya potensialı olan patogenlər və virusların yaratdığı təhlükələrdən qoruyacaq" .

Təşkilatın üzvü olan 194 ölkənin üçdə ikisi bu qərara səs verməli idi. Amma səsvermə zamanı saziş layihəsinin əleyhinə səs verən ölkə olmayıb. Yalnız Rusiya, İran, İsrail, Polşa, İtaliya və Slovakiya da daxil olmaqla 11 ölkə tərəfsiz qalıb. Bununla belə, "Röyter" agentliyinin qeyd etdiyi kimi, sazişin qüvvəyə minməsi iki ilə qədər çəkə bilər. Ölkələr əvvəlcə patogenlərin mübadiləsinə dair razılığa gəlməli, bundan sonra sazişi ratifikasiya etməlidir.

Müqavilə layihəsinə əsasən, ölkələr pandemiya potensialı olan patogenlərinə çıxışı təmin etmək və peyvəndləri, testləri və müalicələri paylaşmaq üçün sistem (PABS) yaratmağı öhdələrinə götürürlər. ÜST-nin məlumatında deyilir ki, əczaçılıq istehsalçıları arasından olan PABS iştirakçıları pandemiya ilə mübarizə üçün tibbi ləvazimatlara çıxışın təmin edilməsində əsas rol oynayacaqlar. Onların hər biri ÜST-ü patogenə qarşı istehsal etdikləri vaksinlərin, dərmanların və diaqnostikanın 20 faizi ilə təmin edəcək. Bu resurslar öz növbəsində ictimai sağlamlıq üçün təhlükə səviyyəsindən və ictimai səhiyyə sistemlərinin ehtiyaclarından asılı olaraq ölkələr arasında bölüşdürüləcək.

Gələcəyə baxan Gebreyesus müqavilənin uzunmüddətli əhəmiyyətini vurğulayıb: "Bu sazişin əhəmiyyəti bizim cari problemlərimizin çərçivəsindən kənara çıxır. Bu, gələcək nəsillər - uşaqlarımız və nəvələrimiz üçün çox vacibdir. Pandemiyalara hazırlıq və cavab tədbirləri üçün güclü zəmin yaratmaqla biz onlara daha təhlükəsiz və sağlam dünyanın miras qalmasını təmin edirik".


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!