29 İyul 2025 09:01
394
CƏMİYYƏT
A- A+
Uşaqları zərərli informasiyalardan necə qorumalı?

Uşaqları zərərli informasiyalardan necə qorumalı?


 Neftçalada keçirilən tədbirdə bu suala cavab axtarılıb

 

 Neftçalada rayon icra hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın təşkilatçılığı ilə "Uşaqların zərərli informasiyadan qorunması" adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə sözügedən komissiyanın, rayon Polis Şöbəsinin, Gənclər və idman sektorunun məsul şəxsləri, "Gündoğar" rayon qəzetinin, Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndələri, hüquqşünaslar, psixoloqlar, gənc skautçular və məktəblilər iştirak ediblər.

Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin yad olunması ilə başlayan tədbirdə çıxış edənlər uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsinin, onların yaşına uyğun olmayan, psixoloji və mənəvi inkişafına zərər vura biləcək məlumatlardan qorunmasının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, uşaqların zərərli informasiyadan müdafiəsi yalnız valideyn və müəllim nəzarəti ilə deyil, həm də dövlətin hüquqi mexanizmləri ilə tənzimlənir. Bu baxımdan iştirakçılar "Azərbaycan Respublikasında uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunun əhəmiyyətinə toxunaraq bildiriblər ki, adıçəkilən qanun uşaqların fiziki, əqli və mənəvi inkişafına təhlükə yaradan informasiyaların qarşısının alınması üçün hüquqi çərçivə yaradır. Qanuna əsasən, uşaqlarla bağlı təqdim edilən materiallar onların yaş kateqoriyasına uyğun olmalı və zərərli məzmunlardan qorunma təmin edilməlidir. Çıxışlarda həmçinin sosial şəbəkələrdən şüurlu istifadə mədəniyyətinin formalaşdırılması, media savadlılığının artırılması, onlayn zorakılıq və kibertəhlükələrə qarşı maarifləndirmənin zəruriliyi xüsusi vurğulanıb. Tədbir zamanı gənc skautçular da öz uğur hekayələrini bölüşərək informasiya resurslarından necə düzgün istifadə etdiklərini, zərərli kontentlə qarşılaşdıqda hansı addımları atdıqlarını iştirakçılarla paylaşıblar.

Tədbir qarşılıqlı müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və sonda mövzu ilə əlaqədar videoçarx nümayiş olunub.

 

S.CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!