08 Fevral 2025 08:45
566
SİYASƏT
A- A+
USAID hər zaman Ermənistana xüsusi münasibətilə fərqlənib

USAID hər zaman Ermənistana xüsusi münasibətilə fərqlənib


Təşkilatın fəaliyyətinin dayandırılması təqdirəlayiqdir


"ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) fəaliyyətində Ermənistana xüsusi münasibətilə fərqlənib. Təşkilat indiyədək bu ölkədə mandatına uyğun olmayan fəaliyyətlə məşğul olub". 

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib. Deputat bildirib ki, ABŞ-nin yeni Prezidenti Donald Trampın məlum qərarından sonra USAID-in Ermənistandakı fəaliyyəti də dayandırılıb. Qurumun Ermənistan ofisi maliyyədən məhrum olub, bütün proqramların icrası dondurulub. USAID uzunmüddətli iqtisadi və sosial inkişafa yardım göstərmək adı ilə formalaşdırılıb. Qurumun ayrı-ayrı ölkələrdə müxtəlif proqramlarla əsasən kənd təsərrüfatına, ticarətə, qlobal səhiyyəyə, demokratiyanın inkişafına və humanitar məqsədlər üçün yardımlar ayırdığı iddia olunur. Əslində isə USAID yardım adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə aktiv şəkildə müdaxilə etmək, qeyri-sabit, çevriliş və xaos üçün münbit şərait yaratmağa çalışıb.

P.Kərimzadənin sözlərinə görə, USAID-nin rəhbərliyi Ermənistana xüsusi "diqqəti" ilə seçilib: "Azərbaycan öz torpaqlarını erməni işğalından azad etdikdən sonra bu "diqqət" daha da artmışdı. Qurumun rəhbəri Samanta Pauerin davamlı olaraq İrəvana səfərləri də bunu təsdiqləyir. Ötən ilin yayında ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin Ermənistana maliyyə yardımının həcmini iki dəfədən çox - 120 milyon dollardan 250 milyon dollara qədər artıracağı elan olunmuşdu. Guya bu vəsaitin "demokratik proseslər, regional əməkdaşlıq, fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi və s. kimi sahələrə yönəldiləcəyi" bildirilirdi. Qurumun rəhbərliyi daim torpaqlarını öz gücünə azad edən Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməkdən də çəkinmirdi".

Deputat qeyd edib ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra təşkilat rəhbərlərinin qərəzli mövqeyi bir sıra məqamları ortaya çıxardı. Yəni USAID Ermənistanın mövqeyini dəstəkləməklə, onun işğalçı siyasətini də dəstəkləyib. İndi qurumun fəaliyyətinin dayandırılması Ermənistana ciddi zərbə oldu, çünki xarici yardımlar hesabına yaşayan Ermənistan böyük maliyyə və siyasi dəstəyini itirdi. USAID-in vaxtilə respublikamızda müxtəlif adlar altında fəaliyyət göstərən təşkilatları, o cümlədən radikal müxalifəti maliyyələşdirməklə onların vasitəsilə Azərbaycan hökuməti əleyhinə qeyri-qanuni aksiyaların permanentliyini təmin etməyə çalışdığına dair təkzibolunmaz faktlar da var. Belə çirkin əməllərlə məşğul olan təşkilatın fəaliyyətinin dayandırılması təqdirəlayiq haldır.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kartofun qiyməti bu sahəyə marağı artırıb

09:17
17 Mart

Ramazan süfrəsində xoş arzular səslənib

09:15
17 Mart

Suya həyat deyiriksə, onun qədrini bilməliyik

09:10
17 Mart

Ağstafalılar "Keşikçidağ"da Novruz şənliyinə toplaşdılar

09:05
17 Mart

SDU şəhid məzunu ilə qürur duyur

09:00
17 Mart

Səyyar qəbul-görüş bu dəfə də sakinlərdə razılıq doğurdu

08:55
17 Mart

Regional və beynəlxalq əməkdaşlığımız genişləndi, neft bahalaşdı, qızıl ucuzlaşdı

08:50
17 Mart

AƏSMA-da innovativ ideyaların reallaşdırılması üçün yeni imkanlar yaradılır

08:45
17 Mart

Yaxın Şərq böhranı Ermənistan iqtisadiyyatını çıxılmaz vəziyyətə salıb

08:40
17 Mart

Enerjinin İpək yolu

08:35
17 Mart

Avropa İttifaqı etiraf edir

08:30
17 Mart

Azərbaycanın sülh modeli beynəlxalq rəğbət qazanır

08:25
17 Mart

Sülhü təşviq edən platforma

08:20
17 Mart

XIII Qlobal Bakı Forumunun çağırışları: dialoq, əməkdaşlıq və təhlükəsizlik

08:15
17 Mart

Naxçıvan türk dünyasının bütövlüyünün rəmzinə çevriləcək

08:10
17 Mart

Şəxsi həyatın toxunulmazlığının qorunması gücləndirilir

08:05
17 Mart

İLHAM ƏLİYEV: «SÜLHDƏN YAXŞI HEÇ NƏ OLA BİLMƏZ»

08:00
17 Mart

Ərdoğan: İslam dünyası həmrəy olmalı, mübahisələri kənara qoymalıdır  

07:53
17 Mart

Ağdərə, Xocavənd və Cəbrayıl rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb

07:51
17 Mart

"Kinematoqrafiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:12
17 Mart

"Kinematoqrafiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 364-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Kinematoqrafiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 19 avqust tarixli 750 nömrəli Fərmanında dəyişiklik edilməsi, "Kinematoqrafiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında" 2001-ci il 4 iyul tarixli 526 nömrəli Fərmanının ləğv edilməsi barədə

02:12
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!